AzTehsil.com


Xəbərlər / Müəllim
03 sentyabr 2021
2 870


Mütəxəssislərin tövsiyələri- Distant təhsil ibtidai siniflər üçün uğurlu tədris forması deyil



Mütəxəssislərin tövsiyələri- Distant təhsil ibtidai siniflər üçün uğurlu tədris forması deyil

 

Nadir İsrafilov: Uşaqların küçələrdə, valideynləri ilə əyləncə mərkəzlərində gün keçirməsi ilə müqayisədə məktəblər daha etibarlı və təhlükəsiz sığınacaqlardır

Sentyabrın 15-nə sayılı günlər qalıb... Bu o deməkdir ki, əgər COVID-19 pandemiyası olmasaydı, ilin bu vaxtında məktəblərin açılmasına hazırlıq prosesinə başlanılmalı idi. Övladına məktəbli forması axtaranlar, məktəb ləvazimatları alanlar, uzunmüddətli tətildən sonra məktəbin qapısının açılacağı günü həyacanla gözləyənlər indi günləri sayırdılar...

Təəssüflər olsun ki, koronavirusla mübarizənin hələ də davam etməsi valideyn və şagirdləri yeni tədris ili üçün hazırlıqlara başlamağına imkan vermir. Çünki onlar ənənəvi təhsillə bağlı hansı qərarın veriləcəyini bilmirlər.

Bu səbəbdən son günlər hər kəsi bu sual düşündürür: COVID-19-a yoluxma sayının 3-4 min arasında dəyişdiyi bir vaxtda ənənəvi təhsil yenidən bərpa oluna, məktəblər şagirdlərin üzünə açıla bilərmi?

Bununla bağlı hələr rəsmi qərar qəbul edilməyib. Mütəxəssislər yeni tədris ilində ənənəvi təhsilin bərpasını zəruri hesab edirlərmi?

Distant təhsil ibtidai siniflər üçün uğurlu tədris forması deyil
 
Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov bu məsələ ilə bağlı açıqlamasında bildirdi ki, hadisələrin sonrakı gedişinə, sanitar-epidemioloji vəziyyətin daha da kəskinləşməyəcəyinə heç kim zəmanət verə bilməz. Amma təkzibolunmaz faktdır ki, distant adlandırdığımız məsafədən təhsil, ali məktəblər üçün nə qədər məqbul sayılsa belə, orta ümumtəhsil məktəbləri, xüsusilə də ibtidai siniflər üçün təhsilin keyfiyyəti baxımından, o qədər də uğurlu tədris forması deyil. Digər bir məsələ isə  ənənəvi dediyimiz üz-üzə təhsildən uzunmüddətli ayrılıq şagirdlərin məktəb mühitindən uzaqlaşmasına, vəziyyətdən digər çıxış yolları axtarmasına-repetitorlara, kurslara üz tutmasına gətirib çıxara bilər ki, sonradan onların məktəblərə cəlb olunmasında müəyyən problemlər yarana bilər.

Məktəblərin ənənəvi qaydada fəaliyyəti üçün ən məqbul yol....

Nadir İsrafilov vurğuladı ki, yoluxma sayının artması tədrisin hansı formada təşkil ediləcəyi ilə bağlı cəmiyyətin narahatlığını bir qədər də artırıb. Sərt karantin tətbiq edilməməsi, məktəblərin ənənəvi qaydada fəaliyyəti üçün ən məqbul yol vaksinasiya prosesini sürətləndirməkdir.  Cəmiyyətdə vaksinasiya ilə bağlı birmənalı fikir formalaşmasa da, hələlik yoluxucu xəstəliklərlə mübarizədə ən effektiv üsul vaksinasiyadır. Bu, bütün dünyada elmi cəhətdən təsdiq olunmuş profilaktika üsuludur və təbabətin nailiyyətlərindən biri hesab olunur. Ölkəmizdə də vaksin strategiyasına uyğun olaraq təhsil müəssisələrində çalışanların da vaksinasiya prosesi davam edir. Bütün bunlar ənənəvi tədrisə davamlı keçid üçün həyata keçirilən zəruri tədbirlərin tərkib hissəsidir.

Uşaqlar və gənclər təhsillərinə bir il də fasilə verilməsi riski ilə üzləşməməlidirlər

Müsahibimiz xatırlatdı ki, Nazirlər Kabinetinin "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərara etdiyi son dəyişikliyə əsasən sentyabrın 1-dən bəzi məhdudiyyətlərin tətbiqinə başlanılıb. Bütün bunlardan belə çıxır ki, ənənəvi təhsili bərpa etməyin inamlı və təhlükəsiz yolu məhz vaksinasiyadan keçir. Yalnız vaksinasiya prosesindən tam əmin olduqdan sonra sentyabrdan ənənəvi tədrisə qayıtmaq mümkün olar ki, bu da məktəbin ənənəvi formada fəaliyyətə başlamasını səbirsizliklə gözləyən çoxlarının arzusunun reallaşmasının başlıca şərtidir. İstənilən halda məktəblərin nə vaxt və hansı formada açılacağına son qərara yəqin ki, bu gün-sabah keçiriləcək brifinqdə aydınlıq gətiriləcək.

Həmsöhbətimiz hesab edir ki, ənənəvi təhsilə keçildiyi halda, yoluxmanın ən yüksək olduğuğu dövrdə belə, məktəbliləri virusdan, xəstəlikdən qorumaq üçün kifayət qədər təcrübə toplanılıb. Uşaqların küçələrdə, valideynləri ilə əyləncə mərkəzlərində gün keçirməsi ilə müqayisədə məktəblər daha etibarlı və təhlükəsiz sığınacaqlardır.

Təhsil müəssisələrin açılması riskli addımdır, amma...
 

Mütəxəssislərin tövsiyələri- Distant təhsil ibtidai siniflər üçün uğurlu tədris forması deyil

 

Təhsil eksperti Elçin Əfəndi vurğuladı ki, 2019-2020-ci tədris ilinin ikinci yarımili, 2020-2021-ci tədris ili isə tam olaraq təhsilin müxtəlif pillələri üzrə dərslər  distant formada keçirildi. Distant formada təhsildən yararlanan şagirdlərin, eyni zamanda, ali təhsil müəssisələrinin tələbələrinin ümumi nəticələri ürəkaçan olmadı. Bunun da başlıca səbəbi distant təhsil idi. Orta məktəb şagirdlərinin summativ, məktəbdaxili və yekun qiymətləndirilmələrində, həmçinin ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri semestr imtahanlarında uğurlu nəticələr əldə edə bilmədilər. Yəni, onların da ümumi ortalama müvəffəqiyət göstəricisi ənənəvi təhsil dönəmindən fərqli olaraq olduqca aşağı oldu.

Müsahibimiz əlavə etdi ki, ənənəvi formada təhsilin əlçatanlılığını  90-95 faiz təmin edirdiksə, distant modeldə bu göstərici bütün respublika üzrə 60 faizi keçmədi. Bunun da başlıca səbəbi hər ailədə zəruri informasiya texnologiyalarının bərabər və uyğun səviyyədə olmamasıdır. Distant formada tədris onlayn şəkildə keçirildiyi üçün müasir texnoloji alətlərin olmaması təhsilin əlçatanlığını təmin edə bilmədi.

Vaksinlənmə prosesi təhsilin ənənəvi qaydada bərpasında mühüm rol oynayır

E.Əfəndi qeyd etdi ki, gündəlik yoluxma sayı yüksəkdir. Ötən illə müqayisə aparsaq görərik ki, ölkə əhalisi, eyni zamanda, təhsil işçiləri, 18 yaşdan yuxarı tələbələr peyvənd olunmamışdı. Hazırda vaksinlənmə prosesində iştirak edən əhalinin sayı kifayət qədərdir. Bütün bunlar gələcək üçün ümid vəd edir ki, ənənəvi təhsilin bərpa edə bilərik. Karantin qaydalarına riayət olunması, tibbi maskalardan düzgün istifadə, dezinfeksiya məhsulları ilə gigiyenanın qorunması, paralel olaraq vaksin prosesinin həyata keçirilməsi təhsilin ənənəvi qaydada keçirilməsini təmin edəcək əsas amillərdir və biz bunlara mütləq diqqət etməliyik. Bütün bu qaydalara riayət etməklə məktəbliləri, müəllimləri, valideynləri qoruya bilərik.

Həmsöhbətimiz xatırlatdı  ki, təhsilimiz məhv olmadan onu  ənənəvi qaydada bərpa etməliyik. Ümidvarıq ki, bu yaxınlarda da aiddiyyəti qurumlar müvafiq qərarlar qəbul edəcəklər.

Valideynlər diqqətli olmalıdır, uşaqlar arasında hərarətli xəstəliklər müşahidə olunur
 

 

Pediatr-infeksionist Aytən Ziyadova məsələ ilə bağlı "İki sahil"ə açıqlamasında vurğuladı ki, həm böyüklər, həm də uşaqlar arasında COVID-19 virusuna yoluxmada ciddi artım müşahidə edilir. Bu da valideynlərdə ciddi narahatlıq yaradır: "Uşaqlarda hərarətli xəstəliklər müşahidə olunur. Ona görə də hər bir valideyn diqqətli olmalıdır. Əgər, onlar övladlarında kiçik bir narahatlıq  görərlərsə həmin an ətrafdan izolyasiya olunmaq və yoluxmanın qarşısını almaq vacibdir. Mütləq şəkildə valideynlər uşaqlarının sağlamlığını nəzarətdə saxlamalı və məsuliyyətli olmalıdır.”
 

Mütəxəssislərin tövsiyələri- Distant təhsil ibtidai siniflər üçün uğurlu tədris forması deyil

 

İnfeksionist  qeyd etdi ki,  hazırda ölkəmizdə vaksinlənmə prosesi 18 yaşdan yuxarı şəxslərdə aparılır. Buna ciddi yanaşmaq və peyvənd olunmaq üçün gecikməmək lazımdır. Çünki yoluxmanın tempinin dəyişməsi peyvənlənmədən asılıdır. Əhalinin 70 faizi vaksin olunarsa yoluxma sayında ciddi azalma müşahidə ediləcək. Bu prosesdən sonra Azərbaycanda da uşaqların etaplı sürətdə vaksinasiyası aparılacaq. Çünki yoluxmanın qarşısını yalnız vaksinasiya ilə almaq mümkündür. Sağlamlığımızı qoruyaq  və vaxtında peyvənd olunaq!



Загрузка...
Həmçinin oxuyun:
Nadir İsrafilov :  Məktəb təkcə vaksin olunmuş müəllimdən deyil, həm də vaksinlənmiş valideyndən asılıdır.

Nadir İsrafilov : Məktəb təkcə vaksin olunmuş müəllimdən deyil, həm də vaksinlənmiş valideyndən asılıdır.

Sentyabrın 15-də ənənəvi təhsil bərpa olunacaq - Ekspertdən AÇIQLAMA

Sentyabrın 15-də ənənəvi təhsil bərpa olunacaq - Ekspertdən AÇIQLAMA

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov: Ənənəvi təhsil hazırki təhsildən daha vacibdir

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov: Ənənəvi təhsil hazırki təhsildən daha vacibdir

Nadir İsrafilov: “Məktəblilərin ənənəvi formada təhsilə başlaması istisna deyil”

Nadir İsrafilov: “Məktəblilərin ənənəvi formada təhsilə başlaması istisna deyil”

Dərslər sentyabrın 1-dən BAŞLANACAQ? – RƏSMİ CAVAB

Dərslər sentyabrın 1-dən BAŞLANACAQ? – RƏSMİ CAVAB

Dərslərin ənənəvi qaydada keçirilməsi mart ayına qədər gözlənilmir - Ekspert

Dərslərin ənənəvi qaydada keçirilməsi mart ayına qədər gözlənilmir - Ekspert

Nadir İsrafilov:"Distant forma ali məktəblər üçün məqbul sayılsa da, orta məktəblər üçün müəyyən problemlər yaradacaq".

Nadir İsrafilov:"Distant forma ali məktəblər üçün məqbul sayılsa da, orta məktəblər üçün müəyyən problemlər yaradacaq".

Qonşu ölkələrdə “Koronavirus qaydaları”na əsasən yeni dərs ili

Qonşu ölkələrdə “Koronavirus qaydaları”na əsasən yeni dərs ili

Sentyabrın 15-dən yuxarı siniflər üçün dərslər distant formada keçirilə bilər - AÇIQLAMA

Sentyabrın 15-dən yuxarı siniflər üçün dərslər distant formada keçirilə bilər - AÇIQLAMA

Ənənəvi dərslərin martın 1-dən başlayacağı ilə bağlı RƏSMİ AÇIQLAMA

Ənənəvi dərslərin martın 1-dən başlayacağı ilə bağlı RƏSMİ AÇIQLAMA

Paytaxtda iki məktəb koronavirusa görə bağlandı

Paytaxtda iki məktəb koronavirusa görə bağlandı

Azərbycanda bu tarixdən məktəblər açıla bilər

Azərbycanda bu tarixdən məktəblər açıla bilər

Həqiqətən də məktəblər açılırmı və bundan sonra əyani təhsilin davamlı olacağına ümid etmək olarmı?

Həqiqətən də məktəblər açılırmı və bundan sonra əyani təhsilin davamlı olacağına ümid etmək olarmı?

Sentyabrdan ənənəvi tədris bərpa olunacaqmı? - RƏSMİ AÇIQLANDI

Sentyabrdan ənənəvi tədris bərpa olunacaqmı? - RƏSMİ AÇIQLANDI

Dərslərin sentyabrda başlayacağı sual altındadır, amma maraqlı alternativlər var

Dərslərin sentyabrda başlayacağı sual altındadır, amma maraqlı alternativlər var

Yanvarın 18-dən sonra Azərbaycanda ənənəvi dərslər bərpa oluna bilər?

Yanvarın 18-dən sonra Azərbaycanda ənənəvi dərslər bərpa oluna bilər?

Dərs ili kim üçün nə vaxt başlayacaq: bağçalar, məktəblər, ali məktəblər - DƏQİQ İNFOQRAFİKA

Dərs ili kim üçün nə vaxt başlayacaq: bağçalar, məktəblər, ali məktəblər - DƏQİQ İNFOQRAFİKA

Məktəblərlə bağlı mühüm açıqlama - VİDEO

Məktəblərlə bağlı mühüm açıqlama - VİDEO

Məktəblər hansı şərtlərlə açıla bilər? - VİDEO

Məktəblər hansı şərtlərlə açıla bilər? - VİDEO

Dərslər nə vaxt başlayacaq? - Təhsil Nazirliyindən AÇIQLAMA

Dərslər nə vaxt başlayacaq? - Təhsil Nazirliyindən AÇIQLAMA

Deputat: “Məktəblərin açılması yoluxma sayını artıracaqsa, bu, kimə lazımdır?”

Deputat: “Məktəblərin açılması yoluxma sayını artıracaqsa, bu, kimə lazımdır?”

Ənənəvi təhsilə yol göründü: Gələn il hamı məktəbə gedəcək

Ənənəvi təhsilə yol göründü: Gələn il hamı məktəbə gedəcək

Sentyabrın 15-i dərslər əvvəlki qaydada başlayacaq? - AÇIQLAMA

Sentyabrın 15-i dərslər əvvəlki qaydada başlayacaq? - AÇIQLAMA

Valideyni vaksin olunmayan şagirdlər məktəbə buraxılmayacaq? - MÜSAHİBƏ

Valideyni vaksin olunmayan şagirdlər məktəbə buraxılmayacaq? - MÜSAHİBƏ