Xəbərlər / Müəllim
20 avqust 2021
1 079


Valideyni vaksin olunmayan şagirdlər məktəbə buraxılmayacaq? - MÜSAHİBƏ

 

Dərs ilinin başlanmasına sayılı günlər qalır. Hədəfimiz, bütün səylərimiz ona yönəlib ki, ənənəvi təhsil bərpa olunsun, yenə tədris ocaqlarımız əvvəlki qələbəliyini yaşasın. Övladlarımız doğma məktəblərindən, sevimli müəllimləri, məktəb yoldaşları ilə canlı ünsiyyətdən uzaq qalmasınlar.

Bunu AZƏRTAC-a açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva söyləyib. M.Vəliyeva bildirib ki, məktəb divarları arasında müəllim-şagird ünsiyyəti, mənəvi bağlılığı heç nə ilə əvəz oluna bilməz. Məktəbin gözəlliyi, özəlliyi onun şagirdləridir. Dərs zamanı hökm sürən sakitlik, tənəffüs zəngi ilə yaranan səs-küy…bax, budur bizim həsrətində olduğumuz məktəb. Dediyim kimi, bütün səylərimiz də bunun üçündür. Bütün imkanlar ənənəvi təhsilin bərpa olunmasına yönəlib. Əlbəttə ki, bu arzuya gedən yol da kütləvi vaksinasiyadan keçir. Qeyd edim ki, müəllim həmişə yolğöstərən, maarifləndirən olub və bu, bu gün də belədir. Bu baxımdan bütün müəllimlər, təhsil işçiləri yaxşı anlayır ki, vaksinasiya prosesində fəallıq təkcə ənənəvi tədrisin bərpası üçün deyil, ümumilikdə cəmiyyətin gələcəyi üçün vacibdir. Bütün ehtimallar nəzərə alınarsa, sanitar-epidemioloji vəziyyətin dəyişmə riskləri qiymətləndirilərsə, təbii ki, vaksin olunmaq ənənəvi qaydada daha çox saatda dərs demək imkanı kimi səciyyələndirilə bilər. Tədris müəssisələrində heyət üzvlərindən vaksin vurulmuş şəxslərin vaksin pasportlarının, koronavirus infeksiyasına yoluxma səbəbilə vaksin vurulmayan şəxslərin immunitet sertifikatlarının və əks-göstərişi olan şəxslərin əks-göstəriş sertifikatlarının tələb olunması müzakirə edilir. Düşünürəm ki, müvafiq tədbirlər ümumi məqsədlərə xidmət etməklə yanaşı, həm də təhsilalanlar və təhsilverənlər üçün daha səmərəli tədris mühitinin yaradılmasına xidmət edəcək. Bizim üzərimizə düşən isə normal həyata qayıtmaq üçün vaksinasiya prosesində fəal iştirak etməkdir. Unutmayaq ki, virus görəcəyimiz tədbirlərdən daha güclü deyil. Ən böyük tədbir isə peyvənd olunmaqdır. Tədris ilinin başlanmasına qalan 20-25 gün ərzində ümid edirik ki, təhsil işçiləri arasında peyvənd olunanların sayı artacaq. Bu, həm ümumi işimizə, həm də sağlamlığımıza xidmət etmiş olacaq.

"Son zamanlar ictimaiyyət arasında, xüsusilə sosial şəbəkələrdə belə bir fikir dolaşır ki, valideyni vaksin olunmayan şagirdlər məktəbə buraxılmayacaq. Məsələyə Təhsil Nazirliyi rəsmi olaraq açıqlama verdi, aydınlıq gətirdi. Düşünürəm ki, valideynlər qarşısında bununla bağlı hər hansı tələbə və tapşırığa zərurət olmayacaq. Amma unutmayaq ki, məktəb təkcə müəllim və şagirddən ibarət deyil. Valideyn də bu sistemin bir parçasıdır və hətta deyərdim ki, çox əhəmiyyətli bir parçasıdır. Onların övladlarının sağlamlığını, təhsilini düşünərək peyvənd olunmuş müəllim qədər valideyn də məsuliyyət daşıyır. Ona görə də, əziz valideynlərimizi də ümumi təşəbbüsə qoşularaq ənənəvi tədrisin bərpasına layiqli töhfə verməyə çağırıram. Sonda bir daha qeyd edim ki, paytaxtın ümumi təhsil müəssisələrində çalışanların vaksinasiyasının əyani tədrisə keçidi sürətləndirəcəyinə ümidlərimiz sonsuzdur. Hər kəs öz cəbhəsindən bu işə dəstək olarsa, vaksinasiya prosesinə fəal qoşularsa normal həyata qayıtmağımız yolunda yaşıl işıq yanacaq”, – deyə Mehriban Vəliyeva fikrini yekunlaşdırıb.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Peyvənd olunmayan müəllim üzbəüz dərs deyə bilərmi? - RƏSMİ AÇIQLAMA

Peyvənd olunmayan müəllim üzbəüz dərs deyə bilərmi? - RƏSMİ AÇIQLAMA

Nadir İsrafilov :  Məktəb təkcə vaksin olunmuş müəllimdən deyil, həm də vaksinlənmiş valideyndən asılıdır.

Nadir İsrafilov : Məktəb təkcə vaksin olunmuş müəllimdən deyil, həm də vaksinlənmiş valideyndən asılıdır.

Sentyabrdan ənənəvi tədris bərpa olunacaqmı? - RƏSMİ AÇIQLANDI

Sentyabrdan ənənəvi tədris bərpa olunacaqmı? - RƏSMİ AÇIQLANDI

Mehriban Vəliyeva: “Məktəblərdə koronavirusa yoluxma çoxala bilər” – VİDEO

Mehriban Vəliyeva: “Məktəblərdə koronavirusa yoluxma çoxala bilər” – VİDEO

Məktəblərlə bağlı mühüm açıqlama - VİDEO

Məktəblərlə bağlı mühüm açıqlama - VİDEO

Sentyabrın 15-də ənənəvi təhsil bərpa olunacaq - Ekspertdən AÇIQLAMA

Sentyabrın 15-də ənənəvi təhsil bərpa olunacaq - Ekspertdən AÇIQLAMA

Azərbaycanda vaksin olunan və olunmayan müəllimlərin sayı AÇIQLANDI

Azərbaycanda vaksin olunan və olunmayan müəllimlərin sayı AÇIQLANDI

Təhsil üçün vaksinasiya

Təhsil üçün vaksinasiya

Yayda vaksin vurdurmaq olar? - AÇIQLAMA

Yayda vaksin vurdurmaq olar? - AÇIQLAMA

Ənənəvi təhsilə yol göründü: Gələn il hamı məktəbə gedəcək

Ənənəvi təhsilə yol göründü: Gələn il hamı məktəbə gedəcək

Peyvəndlənməyə neçə təhsil işçisi cəlb olunacaq? - AÇIQLAMA

Peyvəndlənməyə neçə təhsil işçisi cəlb olunacaq? - AÇIQLAMA

Dərslər sentyabrın 1-dən BAŞLANACAQ? – RƏSMİ CAVAB

Dərslər sentyabrın 1-dən BAŞLANACAQ? – RƏSMİ CAVAB

Cəsarət Valehov: Valideynlərinin vaksin olunması ilə bağlı...

Cəsarət Valehov: Valideynlərinin vaksin olunması ilə bağlı...

Yaşı 65-dən yuxarı olan müəllimlər əyani tədrisə cəlb olunmayacaq- RƏSMİ

Yaşı 65-dən yuxarı olan müəllimlər əyani tədrisə cəlb olunmayacaq- RƏSMİ

Peyvənd olunmayan müəllimlər cəzalandırılacaqmı? - RƏSMİ AÇIQLAMA

Peyvənd olunmayan müəllimlər cəzalandırılacaqmı? - RƏSMİ AÇIQLAMA

Təhsil işçilərinin vaksinasiyası barədə məlumat

Təhsil işçilərinin vaksinasiyası barədə məlumat

Valideynlərdən vaksin sənədi tələb edilirmi?

Valideynlərdən vaksin sənədi tələb edilirmi?

Ənənəvi tədrisin bərpası ilə bağlı Bakı Şəhər Təhsil İdarəsinin müdirindən açıqlama - VİDEO

Ənənəvi tədrisin bərpası ilə bağlı Bakı Şəhər Təhsil İdarəsinin müdirindən açıqlama - VİDEO

Paytaxtda iki məktəb koronavirusa görə bağlandı

Paytaxtda iki məktəb koronavirusa görə bağlandı

BŞTİ-nin kollektivi vaksinasiya prosesinə qoşulub

BŞTİ-nin kollektivi vaksinasiya prosesinə qoşulub

Bakıda müəllimlər arasında koronavirusa kütləvi yoluxma: İki məktəb bağlandı - RƏSMİ

Bakıda müəllimlər arasında koronavirusa kütləvi yoluxma: İki məktəb bağlandı - RƏSMİ

Nadir İsrafilov : Yeni dərs ilinin hansı formada başlanacağı barədə fikir söyləmək hələ tezdir.

Nadir İsrafilov : Yeni dərs ilinin hansı formada başlanacağı barədə fikir söyləmək hələ tezdir.

Təhsil Nazirliyindən vacib açıqlama

Təhsil Nazirliyindən vacib açıqlama

Sinfə qayıdıb şagirdlərimizlə birlikdə olmaq istəyiriksə...

Sinfə qayıdıb şagirdlərimizlə birlikdə olmaq istəyiriksə...