AzTehsil.com


Xəbərlər / Müəllim
25 aprel 2021
1 205


Sinfə qayıdıb şagirdlərimizlə birlikdə olmaq istəyiriksə...



Sinfə qayıdıb şagirdlərimizlə birlikdə olmaq istəyiriksə...

 

Təhsil işçiləri vaksinasiya prosesinə inamla qoşulurlar

"COVID-19” virusu ilə mübarizəyə qoşulan təhsil işçiləri vaksinasiya prosesində fəal iştirak edirlər. Belə ki,  pandemiyaya qalib gəlmək məqsədi ilə təhsil işçiləri həmrəy olub  vaksinasiya kampaniyasında  nümunə göstərirlər. Bu günlərdə paytaxtın 258 nömrəli tam orta məktəbin  vaksinasiya məntəqəsində olarkən bunun bir daha şahidi olduq.  Müəllimlər vaksin vurulduqdan sonra özlərini yaxşı hiss etdiklərini bildirərək prosesə könüllü qatıldıqlarını söylədilər.

7 nömrəli Bakı Peşə liseyinin riyaziyyat müəllimi Çiçək Həsənəliyeva: "Vaksin vurulduqdan sonra heç bir əlavə yan təsiri müşahidə etmədim. Bu gün ikinci dozanı qəbul etdim. Birinci dəfə gələndə də  vaksindən sonra səhhətimdə heç bir problem yaşamadım.  Ümumiyyətlə, heç bir narahatlığım yoxdur. Vaksinasiyadan keçən bütün dost-tanışlardan da hər hansı əlavə yan təsir olduğu barədə eşitməmişəm. Tövsiyəmiz odur ki, bu bəladan tez yaxa qurtarmaq, normal həyatımıza dönmək üçün insanlarımız könüllü şəkildə vaksinasiyadan keçsin. Xüsusən də biz təhsil işçiləri peyvənd olunmalıyıq ki, sinifimizə qayıdaq və şagirdlərimizlə birlikdə olaq”.

Azərbaycan Turizm və Menecment Universitetinin İnformasiya Texnologiya şöbəsinin mütəxəssisi  Savalan Tarverdiyev: "Peyvənddən sonra özümü çox yaxşı hiss edirəm.  Birinci dozanı qəbul etdim.  Hər kəsi könüllü şəkildə bu prosesə qoşulmağa dəvət edirəm. Dövlətimiz koronavirusla mübarizədə nümunəvi siyasət həyata keçirdi. Vətəndaşların sağlamlığını qorumaq üçün silsilə tədbirlər, proqramlar icra olundu. Bunun nəticəsidir ki, xalqımız bu ümumbəşəri bəladan az itkilərlə çıxmağı bacarır. Sevindirici haldır ki, Cənubi Qafqazda Azərbaycan ilk olaraq əhalinin vaksinasiyasına başlayıb. Pandemiya ilə mübarizədə vaksinasiya çox vacibdir. Vaksinasiyadan uğurla keçdim. Heç bir narahatlığım yoxdur. Bütün təhsil işçilərinə və həmkarlarıma növbəlilik əsasında peyvənd olunmaqlarını xahiş edirəm. Təhsil  ocaqlarımızda əvvəlki həyatın qayıtmağını istəyiriksə hamımız bu kampaniyada bir nəfər kimi iştirak etməliyik”.

Bakıdakı 258 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi Vəli Kərimov: "Bu gün mən də həmkarlarım kimi vaksinasiya prosesinə gəlmişəm. Məktəblərimizdə şagirdlərimizlə bərabər dərslərin keçirilməsini istəyiriksə, bütün təhsil işçiləri peyvənd olunmalıdır.   Bu gün məktəbə girəndə çox kövrəlib pis oluram.  Şagirdlərsiz məktəb  ağacı, gülü və çiçəyi olmayan bir bağa bənzəyir. Arzu edirəm ki, əvvəlki həyatımıza qayıdaq. Şagirdlərimizin səs-küyü  üçün çox darıxmışıq.  Çox şükürlər olsun ki, dövlətimiz tərəfindən peyvəndləmə ilə bağlı yüksək səviyyədə işlər həyata keçirilir. Bizlərin üzərinə düşən vəzifə isə vaksinasiyada könüllü şəkildə iştirak etməkdir”.  

5 nömrəli Şəhər Klinik Xəstəxanasının həkimi Şəlalə Əliyeva vaksinin əhəmiyyətindən danışıb. Həkim bu məntəqədə  indiyə qədər peyvənd olunan təhsil işçiləri arasında  xoşagəlməz halların baş vermədiyini  qeyd edib: "Bizim çalışdığımız 5 nömrəli Şəhər Klinik Xəstəxananın həkimləri növbəli şəkildə bu prosesə cəlb olunublar. Mən burada vaksin olunmağa gələn insanları qəbul edib, onların səhhətləri ilə bağlı bir narahatçılığın olub-olmadığını yoxlayıram. Bu günə kimi mərhələli şəkildə keçirilən vaksinasiyada hələlik xoşagəlməz hal yaşanmayıb. Peyvənd olunan hər bir vətəndaş tələb olunan qaydalara ciddi şəkildə əməl etməlidir. Mən də bir həkim olaraq bu bəlanın qızıl açarını vaksinləşmədə görürəm”.
Rəşad ZİYADOV



Загрузка...
Həmçinin oxuyun:
Təhsil üçün vaksinasiya

Təhsil üçün vaksinasiya

Müəllimlər kütləvi şəkildə vaksinasiya ediləcək?

Müəllimlər kütləvi şəkildə vaksinasiya ediləcək?

Azərbaycanda bu şəxslərə vaksin VURULMAYACAQ - Baş HƏKİM AÇIQLADI

Azərbaycanda bu şəxslərə vaksin VURULMAYACAQ - Baş HƏKİM AÇIQLADI

Azərbaycanlı həkim vaksinasiyadan qorxanlara müraciət etdi

Azərbaycanlı həkim vaksinasiyadan qorxanlara müraciət etdi

#TəhsilÜçünVaksinasiya

#TəhsilÜçünVaksinasiya

Peyvənd olunmayan müəllimlər cəzalandırılacaqmı? - RƏSMİ AÇIQLAMA

Peyvənd olunmayan müəllimlər cəzalandırılacaqmı? - RƏSMİ AÇIQLAMA

Azərbaycan 3-cü dalğadan kənar qala bilər - Tanınmış alim

Azərbaycan 3-cü dalğadan kənar qala bilər - Tanınmış alim

Peyvənd olunmayanlar ölkədən kənara çıxa bilməz? - TƏBİB AÇIQLADI

Peyvənd olunmayanlar ölkədən kənara çıxa bilməz? - TƏBİB AÇIQLADI

Covid-19-dan sağalan şəxslər də vaksinasiya olunmalıdır - TƏBİB

Covid-19-dan sağalan şəxslər də vaksinasiya olunmalıdır - TƏBİB

BŞTİ-nin kollektivi vaksinasiya prosesinə qoşulub

BŞTİ-nin kollektivi vaksinasiya prosesinə qoşulub

40 yaşdan yuxarı şəxslərin nəzərinə

40 yaşdan yuxarı şəxslərin nəzərinə

Vaksinasiya olunan müəllim və texniki işçilərin sayını açıqladı

Vaksinasiya olunan müəllim və texniki işçilərin sayını açıqladı

Vaksinasiya üçün yaş həddi açıqlandı

Vaksinasiya üçün yaş həddi açıqlandı

Baş infeksionist: “Peyvənd olunan şəxslər tam arxayınlaşmalı deyil”

Baş infeksionist: “Peyvənd olunan şəxslər tam arxayınlaşmalı deyil”

COVİD-ə qarşı vaksinlər necə vurulacaq? - TƏBİB AÇIQLADI

COVİD-ə qarşı vaksinlər necə vurulacaq? - TƏBİB AÇIQLADI

Azərbaycan normal həyata nə vaxt qayıdacaq? - AÇIQLAMA

Azərbaycan normal həyata nə vaxt qayıdacaq? - AÇIQLAMA

Bakıda xəstəxanada peyvənd oyunu - görüntülər yayıldı - VİDEO

Bakıda xəstəxanada peyvənd oyunu - görüntülər yayıldı - VİDEO

Vaksinasiya olunmayan müəllimlər dərsə buraxılmayacaq? – Təhsil Nazirliyindən açıqlama

Vaksinasiya olunmayan müəllimlər dərsə buraxılmayacaq? – Təhsil Nazirliyindən açıqlama

Azərbaycanda peyvənd olunanların ümumi sayı açıqlandı

Azərbaycanda peyvənd olunanların ümumi sayı açıqlandı

ÜST-dən peyvənd pasportlarına dair QƏRAR

ÜST-dən peyvənd pasportlarına dair QƏRAR

Azərbaycanda 101 yaşlı qadın COVID-19-a qarşı peyvənd olundu - VİDEO

Azərbaycanda 101 yaşlı qadın COVID-19-a qarşı peyvənd olundu - VİDEO

İmmunitet iki yolla yarana bilər - Həkim-infeksionist AÇIQLADI

İmmunitet iki yolla yarana bilər - Həkim-infeksionist AÇIQLADI

Vaksinasiyadan sonra antikor yaranmırsa, nə etməli?

Vaksinasiyadan sonra antikor yaranmırsa, nə etməli?

Bütün təhsil işçiləri vaksinasiya olunacaq -RƏSMİ

Bütün təhsil işçiləri vaksinasiya olunacaq -RƏSMİ