AzTehsil.com


Xəbərlər / Müəllim
14 aprel 2021
1 113


#TəhsilÜçünVaksinasiya



#TəhsilÜçünVaksinasiya

 

Bakı Slavyan Universitetinin professor-müəllim heyəti vaksinasiya prosesində fəal iştirak edir

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan edilmiş Koronavirus xəstəliyinə qarşı hazırda Azərbaycanda əhalinin peyvənd olunması prosesi çevik və mütəşəkkil şəkildə təşkil edilib. Qeyd edək ki, ölkəmizdə bu il yanvar ayının 18-dən başlayan vaksinasiya prosesi hazırda uğurla davam edir. Təhsil işçiləri isə mart ayının 3-dən başlayaraq peyvənd olunma prosesində fəal iştirak edirlər.

Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci-vitse prezidenti Mehriban Əliyevanın ölkə vətəndaşlarının peyvənd olunmaları ilə bağlı tapşırıq və tövsiyələrini, həmçinin Nazirlər Kabinetinin, Təhsil Nazirliyinin və digər müvafiq dövlət qurumlarının əmr, qərar və göstərişlərini əsas tutan Bakı Slavyan Universitetinin (BSU) rəhbərliyi bu ali təhsil müəssisəsində fəaliyyət göstərən professor-müəllim və tədris-köməkçi heyətin, eləcə də əməkdaşların peyvənd olunmalarının xüsusi diqqət və qayğı göstərir və bu vacib işi daim diqqət mərkəzində saxlayır. Bir məqamı xüsusi vurğulamaq istəyirik ki, ilk növbədə, BSU-nun yaşı 65-dən çox olan professor-müəllim heyəti və əməkdaşları müvafiq tibbi müəssisədə vaksinasiyadan keçiblər, sonra isə universitetin digər əməkdaşları mərhələli şəkildə peyvənd olunublar. Öz sağlamlıqlarına həssas yanaşan və peyvənd olunmağı vətəndaşlıq borcu hesab edən BSU-nun professor-müəllim heyətinin və əməkdaşlarının yarıdan çoxu artıq vaksinasiyadan keçib və hazırda bu proses davam edir. Eyni zamanda dəyərli professor-müəllim heyətimizin və əməkdaşlarımızın diqqətinə çatdırmaq istəyirik ki, hazırda Təhsil Nazirliyi tərəfindən təhsil işçilərinin Koronavirus pandemiyası əleyhinə vaksinasiyaya daha fəal qoşulmaları üçün # TəhsilÜçün Vaksinasiya həştəqi kampaniyası keçirilir. Müəllim və əməkdaşlarımız peyvənd olunmaları barədə şəxsi sosial hesabları üzərindən göstərilən həştəqi əlavə etməklə foto və mətn paylaşmaqla bu mühüm kampaniyada fəal iştirak edə bilərlər.

BSU-nun Mətbuat və informasiya şöbəsi



Загрузка...
Həmçinin oxuyun: