AzTehsil.com


Xəbərlər / Səhiyyə
18 yanvar 2021
2 583


Azərbaycanda bu şəxslərə vaksin VURULMAYACAQ - Baş HƏKİM AÇIQLADI



Azərbaycanda bu şəxslərə vaksin VURULMAYACAQ - Baş HƏKİM AÇIQLADI

 

Bu dəfə yolumuz 2 saylı şəhər poliklinikasınadır. Poliklinikanın koronavirus əleyhinə ilk vaksinasiya olunacaq həkimləri, tibb işçiləri ilə söhbətləşəcəyik.

Bizi 2 saylı şəhər poliklinikasının baş həkimi Sevda Aslanova qapıda qarşılayır. Baş həkim deyir ki, poliklinikada 150 nəfərlik tibb işçisi çalışır. Onu da əlavə edir ki, xəstəxanada çalışan tibb işçiləri arasında bu günə qədər 20 nəfər koronavirusa yoluxub:

"Virusa yoluxanlarda infeksiya əleyhinə anticisimlər formalaşdığı üçün onların vaksinasiyasına ehtiyac yoxdur. Onlara altı aydan sonra vurula bilər. Amma 130 tibb işçisinin hamısının vaksinasiyası həyata keçiriləcək”.

S.Aslanova bildirir ki, tibb işçiləri arasında təxminən 10 nəfərinin yaşı 65-dən yuxarıdır.

Şöbə müdiri Solmaz Qarayeva isə qeyd edir ki, vaksinasiya 21 gün fərqlə iki dəfə vurulacaq. Bununla da vaksinasiya prosesi yekunlaşmış hesab olunacaq:

"Vaksinasiya zamanı yüngül allergik reaksiyanın müşayiət edilmə ehtimalı var. Bir şəxsə vaksin 14-21 gün fərqlə vurulacaq. Vaksin vurulduqdan sonra şəxslər 30 dəqiqə həkim nəzarətində saxlanılacaq. Bu, canlı yox, ölü virusdur, ona görə də hər hansı ağır reaksiya gözlənilmir. Heç bir reaksiya olmasa, normal qaydada işlərinə davam edə bilərlər”.

Bəs yanaşı xəstəlikləri olanlara da vaksin vurulacaqmı?

Həmsöhbətimizin sözlərinə görə, bəzi xəstəlikləri olan şəxslər var ki, onlara həkim nəzarəti altında vaksinlər vurulacaq: "Məsələn, immun çatışmazlığı olan şəxslər, aktiv epilepsiya xəstələri və sair... Poliklinikada vaksinasiya üçün biri peyvənddən qabaq müayinə otağı olmaqla iki-üç otaq ayrılıb. Vaksinasiyadan qabaq hər kəsin hərarəti və təzyiqi ölçülür, anemnezi öyrənilir. Daha sonra vəziyyətə uyğun olaraq vaksin vurulur”.

Baş həkim deyir ki, hər bir peyvənd otağında iki tibb işçisi əyləşəcək və vaksinasiya prosesini həyata keçirəcək: "Gün ərzində 10 tibb işçisinin vaksinasiyası nəzərdə tutulub. 2 saylı şəhər poliklinikasında həm də 3 nömrəli Tələbə Poliklinikasının 20 əməkdaşının vaksinasiyası aparılacaq”.

Sonra bizə vaksinlər göstərilir. Bildirilir ki, onu açıqda saxlamaq olmaz. Daha sonra qaranlıq yerə qoyurlar.

İlk vaksinasiya olunanlar...

Bir az gözləyirik. İlk olaraq baş həkim stula yaxınlaşır. O, vaksinasiya olunandan sonra ortalığa qısa sükut çökür.

Bəs xəstəxananın "ən ürəkliləri” kimdir? İlk olaraq tibb bacısı Samirə Mehdiyeva və LOR həkim Arzu Baxışova peyvənd otağına yaxınlaşırlar. Qollarını çırmayırlar və əyləşib iynəni vuracaq həmkarlarını gözləyirlər. Üzlərində təbəssüm var. Arzu xanımdan həyəcanlı olub-olmadığını soruşuruq. Deyir ki, bir az həyəcan var. Vaksini vuracaq həkim baş həkimlə sakit səslə məsləhətləşir. Yanındakı həkim isə "ancaq əzələyə vurulur” deyir. Vaksinasiya olunan şəxslərdən narahatlıq keçirib-keçirmədiklərini soruşuruq:

- Hər şey qaydasındadır.

- Heç bir narahatlıq hiss etmirəm.

Başqa bir həkim isə vaksinasiya olunan həkimlərin yarım saat müddətində həkim nəzarətində olacaqlarını söyləyir.

Üstəlik pasport da verilir...

Həkim Firudin Seyidovun sözlərinə görə, vaksinasiya olunanlara pasport da verilir. Bu pasport 6 ay müddətində qüvvədə qalır: "Həmin şəxs ikinci vaksindən sonra pasportu alır. Ola bilər ki, xaricə və ya başqa ölkəyə getsin. O zaman əlavə prosedurlara ehtiyac qalmır. Bu pasportu göstərib rahat şəkildə işlərinin dalınca gedə bilərlər. Üstəlik, vaksin olunan şəxsləri elektron sistemə də salırıq. Yəni bu pasporta ehtiyac duyulmaya da bilər”.

Firudin həkim onu da əlavə edir ki, 4 gün müddətində tibb işçilərinin vaksinasiyası başa çatacaq. Hər gün saat 18:00-a qədər vaksinlər vurula bilər: "Bizim xəstəxanada yaşı 65-dən yuxarı olan 10 həkim var. İlk növbədə vaksinlər onlara vurulacaq. Sonra könüllü şəkildə hər kəsə...

18 yaşına çatmamış şəxslərə və hamilə qadınlara vaksin vurulmur. 14-21 gün müddətində isə revaksinasiya olunur. Xəstələrə "prob” qoyulmur. Sadəcə olaraq vaksin vurduracaq şəxslər həkim nəzarətində olur. Biz onlardan yan xəstəliklərinin olub-olmadığını soruşuruq. Hər şey qaydasında olarsa, vaksinlər vurulur. Onkoloji xəstəlikləri və bronxlarında aktiv xəstəliklər olanlara da vaksin vurulmayacaq”.publika.az



Загрузка...
Həmçinin oxuyun:
Nə vaxtadək maska taxacağıq? - TƏBİB-dən AÇIQLAMA

Nə vaxtadək maska taxacağıq? - TƏBİB-dən AÇIQLAMA

İmmunitet iki yolla yarana bilər - Həkim-infeksionist AÇIQLADI

İmmunitet iki yolla yarana bilər - Həkim-infeksionist AÇIQLADI

Azərbaycanda COVID-19 vaksinlərinin ilk olaraq kimlərə vurulacaq?

Azərbaycanda COVID-19 vaksinlərinin ilk olaraq kimlərə vurulacaq?

Azərbaycanlı həkim koronavirusun BİTƏCƏYİ TARİXİ AÇIQLADI

Azərbaycanlı həkim koronavirusun BİTƏCƏYİ TARİXİ AÇIQLADI

COVİD-ə qarşı vaksinlər necə vurulacaq? - TƏBİB AÇIQLADI

COVİD-ə qarşı vaksinlər necə vurulacaq? - TƏBİB AÇIQLADI

Tibb Universiteti şəhid olan məzunlarının adını açıqlayıb – FOTO

Tibb Universiteti şəhid olan məzunlarının adını açıqlayıb – FOTO

Robot tibb imtahanı verib həkim lisenziyası aldı - ÇİNDƏN DAHA BİR İLK

Robot tibb imtahanı verib həkim lisenziyası aldı - ÇİNDƏN DAHA BİR İLK

Karantin rejimi ilə bağlı VACİB XƏBƏR - Yanvarın 18-dən sonra...

Karantin rejimi ilə bağlı VACİB XƏBƏR - Yanvarın 18-dən sonra...

Azərbaycan Tibb Universitetinin 57 işçisi koronavirusa yoluxub

Azərbaycan Tibb Universitetinin 57 işçisi koronavirusa yoluxub

Xaricdən həkim gətirilməyə nə lüzum var? - ETİRAZ

Xaricdən həkim gətirilməyə nə lüzum var? - ETİRAZ

Bu ilin sonunda virus yekunlaşacaq - Adil Qeybulla

Bu ilin sonunda virus yekunlaşacaq - Adil Qeybulla

Sərt karantin rejimi nə vaxtdan yumşaldılacaq? - 2021-ci ildə bu qaydalarla yaşayacağıq

Sərt karantin rejimi nə vaxtdan yumşaldılacaq? - 2021-ci ildə bu qaydalarla yaşayacağıq

Ramin Bayramlı Azərbaycana gətiriləcək vaksindən danışdı: İlk ölkələrdən biri olacağıq

Ramin Bayramlı Azərbaycana gətiriləcək vaksindən danışdı: İlk ölkələrdən biri olacağıq

Azərbaycanda ilkin mərhələdə bu şəxslərə peyvənd vurulacaq - SİYAHI

Azərbaycanda ilkin mərhələdə bu şəxslərə peyvənd vurulacaq - SİYAHI

Sabahdan bu müəssisələrdə vaksinasiya aparılacaq - SİYAHI

Sabahdan bu müəssisələrdə vaksinasiya aparılacaq - SİYAHI

Pnevmoniyanın inkişafından necə şübhələnmək olar? Həkim izah edir

Pnevmoniyanın inkişafından necə şübhələnmək olar? Həkim izah edir

Süni intellektli virtual həkim hazırlanıb

Süni intellektli virtual həkim hazırlanıb

Qrip sürətlə yayıla bilən bir xəstəlikdir.

Qrip sürətlə yayıla bilən bir xəstəlikdir.

Vətən Müharibəsində şəhid olan tibb işçilərinin sayı AÇIQLANDI

Vətən Müharibəsində şəhid olan tibb işçilərinin sayı AÇIQLANDI

Orta məktəblərdə çalışan tibb işçilərinin vəzifələri

Orta məktəblərdə çalışan tibb işçilərinin vəzifələri

47 yaşlı həkim də koronavirusun qurbanı oldu

47 yaşlı həkim də koronavirusun qurbanı oldu

Evdə müalicə olunan COVID xəstələri nələrə diqqət etməlidirlər? Həkimdən vacib TÖVSİYƏLƏR

Evdə müalicə olunan COVID xəstələri nələrə diqqət etməlidirlər? Həkimdən vacib TÖVSİYƏLƏR

Bəzi qidaların günlük qəbulu uşaqlar üçün vacibdir -HƏKİM

Bəzi qidaların günlük qəbulu uşaqlar üçün vacibdir -HƏKİM

Həkim Ədalət Abdullayev: Məktəblərin açılmasına tələsmək lazım deyil

Həkim Ədalət Abdullayev: Məktəblərin açılmasına tələsmək lazım deyil