AzTehsil.com


Xəbərlər / Səhiyyə
01 yanvar 2021
1 488


İmmunitet iki yolla yarana bilər - Həkim-infeksionist AÇIQLADI



İmmunitet iki yolla yarana bilər - Həkim-infeksionist AÇIQLADI

 

Vaksinasiya COVID-19-dan qurtuluş yoludur. Dünyada pandemiyaların bitməsinin üç yolu var: ya virus öz-özünü öldürəcək qədər mutasiyaya uğramalı, ya kollektiv immunitet formalaşmalı, yəni bunun üçün dünya əhalisinin 70-80 faizi xəstəliyi keçirib immunitet əldə etməli, ya da ən effektiv və perspektiv yol hesab olunan vaksinasiya tətbiq olunmalıdır.

Virusun öz-özünü öldürəcək dərəcədə mutasiyası, hələ ki, mümkün deyil. Bəzi mutasiyalar qeydə alınsa da, ilk mülahizələrə görə, onlar yoluxmanın daha sürətlə artması istiqamətindədir. Lakin həmin mutasiyaların daha nələrə səbəb olacağı araşdırılmayıb. Vaksinasiya bu məsələdə çox önəmlidir. Bu günə qədər vaksinasiya ilə kökü kəsilən xəstəliklər az deyil – çiçək, difteriya və s.

Ölkəmiz də vaksinasiyaya hazırlaşır. Dünyada üçüncü fazanı tamamlamış bir neçə vaksin var. Əsas diqqət yönləndirilən 5 vaksin mövcuddur. Onlardan ikisinin təsir mexanizmi təxminən eynidir. Digərləri isə fərqli təsir mexanizmi ilə effektini göstərir.

AZƏRTAC xəbər verir ki, bunu Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infeksionisti Fərrux Sədirov deyib.

Onun sözlərinə görə, vaksinasiya bizim süni yolla immunitet əmələ gətirməyimizə xidmət edən tətbiqdir: "İmmunitet iki yolla yarana bilər - ya xəstəliyi keçirərək, yəni təbii yolla, ya da vaksinlər vasitəsilə süni yolla. Vaksinlərin təsir mexanizmləri immun sisteminin cavabı qiymətləndirilərək fərqli yollarla hazırlanır. Peyvəndlərin nəzərəçarpmayacaq dərəcədə yan təsirləri var. Bu, illərlə tətbiq olunan vaksinlərə də aiddir. Bunlar keçici və təhlükə yaratmayacaq təsirlərdir. İnsandan-insana fərqli təsir göstərə bilər. Həmin təsirlər yerli və ya sistemik təsirlər ola bilər. COVID-19 vaksinlərinin bəzilərində üçüncü fazada ciddi yan təsirlər aşkarlandı. Buna görə onların tədqiqatları dayandırıldı. Hazırkı vaksinlərin effektivliyinə və təhlükəsizliyinə istehsalçılar zəmanət verir. TƏBİB nəzdində Elmi Komitə və Nazirlər Kabineti yanında Operativ Qərargah bu məsələləri ciddi nəzarətdə saxlayır. Təhlükəsizliyi və effektivliyi yüksək olan vaksinin əldə olunub tətbiqi planlaşdırılır.

Araşdırmalarda koronavirusu- SARS-CoV-2 virusunu təbii yolla keçirənlərin minimal üç ay qoruyuculuğu göstərilib. Bəzi statistik rəqəmlərə görə, xəstəliyi keçirənlərdə 6 ay sonra təkrar yoluxmanın min nəfərdən ikisində rast gəlindiyi aşkarlanıb. Bununla bağlı kifayət qədər araşdırma aparılmasa da, xəstəliyi keçirəndən üç ay sonra təkrar yoluxma halı çox yüksək deyil”.

Həkim-infeksionist bildirib ki, vaksinlərin qoruyuculuğu onun növündən, xəstənin yaşından, yanaşı xəstəliklərin olub-olmamasından, immun statusundan asılı ola bilər. Çünki eyni peyvənd hər kəsdə eyni cavab əmələ gətirmir: "Bunu xəstəliyi təbii yolla keçirənlərdə də görə bilirik. Ya onların bir qismində antitel yaranmır, bəzilərində çox az, digərlərində çox yüksək antitel miqdarı qeydə alınır. Bu, şəxsin immun sisteminin cavabvermə qabiliyyətinə bağlıdır. İnaktiv şəkildə də olsa, güclü immun cavab formalaşmasa belə, təmas yaddaş hüceyrələrinin aktivləşməsinə və qoruyuculuğun təmin olunmasına kömək edir.

Peyvəndlər tərkibcə və təsir mexanizmlərinə görə fərqlidir. Əsas təsir mexanizmi insanın antitel yaratma qabiliyyətini aktiv etməkdir. Məsəlçün, Çinin istehsal etdiyi "Sinovac" inaktiv bir peyvənddir. Yəni öldürülmüş virusun proteinləri və bəzi komponentləri vücuda yeridilir və hüceyrələrimiz o virusu görüb ona qarşı immunitet, antitel cavabı formalaşdırır. Ümumiyyətlə, hazırlanan vaksinlərdə 90-95 faiz, hətta ondan çox effektivlik təqdim edilir.

Peyvəndləmədən sonra şəxsin evdən çölə çıxmaması və başqaları ilə təmasda olmamasına dair qayda-qayda yoxdur. Bəzi peyvəndlərdə lokal təsirlərdən qorumaq, yerli iltihabi cavab yarana bildiyini nəzərə alaraq peyvənd olunan yeri qıcıqlandırmamaq üçün təhrikedici maddələrlə - spirt, odekolon kimi maddələrlə toxunmamaq məsləhət görülür. Təmas məsələsi heç bir peyvənddə tətbiq olunmur. Xüsusilə, cansız və ya reproduktiv RNT üzərindən təsir göstərən vaksinlə peyvənd olunanların digərləri ilə təmasında heç bir problem yoxdur. Peyvəndləmədən öncə hər kəs hazırda COVID keçirib-keçirmədiyini yoxlamalıdır. Aktiv koronavirus xəstəsinə peyvənd əks göstərişdir. Çünki təbii immunitetin əmələ gəlmə ehtimalı prosesi daha da dərinləşdirə bilər. Xəstəliyi keçirmiş şəxslərin immuniteti varsa, antitel yaranıbsa, onların da peyvənd olunmasına ehtiyac yoxdur. Xəstəliyi uzun müddət öncə keçirib hazırda heç bir antiteli olmayanlarda peyvənd tətbiq edilə bilər, bunun zərəri olmaz. Canlı peyvəndlər zamanı bəzi immunsupressiv xəstələrlə, immun sistemi zəifləyən xəstələrlə təmas qadağan oluna bilər.

Bəzi ölkələr kütləvi peyvəndləməyə başlayıblar, hələ ki, əldə olunan nəticələr ürəkaçandır - 92, 95, 97 faiz effektivlikdən bəhs edilir. Bu, yaxın tarixlərin nəticələridir. Altı ay, bir il sonra peyvəndin qoruyuculuq nəticələrinin necə olacağı ilə bağlı rəqəmlər dəyişə bilər".



Загрузка...
Həmçinin oxuyun:
Tanınmış pediatrdan CİDDİ XƏBƏRDARLIQ - Yeni dərs ilində uşaqları virus və infeksiyalardan necə qorumalı?

Tanınmış pediatrdan CİDDİ XƏBƏRDARLIQ - Yeni dərs ilində uşaqları virus və infeksiyalardan necə qorumalı?

DİQQƏT !:SU ÇİÇƏYİ XƏSTƏLİYİ GENİŞ YAYILIB - AĞIR FƏSADLAR

DİQQƏT !:SU ÇİÇƏYİ XƏSTƏLİYİ GENİŞ YAYILIB - AĞIR FƏSADLAR

Bu ilin sonunda virus yekunlaşacaq - Adil Qeybulla

Bu ilin sonunda virus yekunlaşacaq - Adil Qeybulla

Qrip sürətlə yayıla bilən bir xəstəlikdir.

Qrip sürətlə yayıla bilən bir xəstəlikdir.

Azərbaycanda COVID-19 vaksinlərinin ilk olaraq kimlərə vurulacaq?

Azərbaycanda COVID-19 vaksinlərinin ilk olaraq kimlərə vurulacaq?

İmmunitetin müddətin  bir ildən artıq uzatmağın çarəsi   tapıldı.

İmmunitetin müddətin bir ildən artıq uzatmağın çarəsi tapıldı.

Bu xəstəliyi olanlara koronavirus peyvəndi olmaz - QADAĞA SİYAHISI

Bu xəstəliyi olanlara koronavirus peyvəndi olmaz - QADAĞA SİYAHISI

COVID-19-dan qorunmağın üç mümkün yolu göstərildi

COVID-19-dan qorunmağın üç mümkün yolu göstərildi

Baş infeksionistdən koronavirusla bağlı BƏD XƏBƏR - 6 ay...

Baş infeksionistdən koronavirusla bağlı BƏD XƏBƏR - 6 ay...

Koronavirusdan sağalanlara peyvənd lazımdırmı? - Mütəxəssis cavab verir

Koronavirusdan sağalanlara peyvənd lazımdırmı? - Mütəxəssis cavab verir

Koronavirus epidemiyasının səbəbi nədir? Professordan qeyri-adi izah

Koronavirus epidemiyasının səbəbi nədir? Professordan qeyri-adi izah

İsti hava koronavirusa necə təsir edir? Epidemioloqdan açıqlama

İsti hava koronavirusa necə təsir edir? Epidemioloqdan açıqlama

Vasif İsmayıl: Koronavirusun ikinci dalğası 3 ay sonra, avqust-sentyabr aylarına gözlənilir

Vasif İsmayıl: Koronavirusun ikinci dalğası 3 ay sonra, avqust-sentyabr aylarına gözlənilir

Nə vaxtadək maska taxacağıq? - TƏBİB-dən AÇIQLAMA

Nə vaxtadək maska taxacağıq? - TƏBİB-dən AÇIQLAMA

DİQQƏT! Məndə koronavirus varmı? – NECƏ BİLMƏLİ?

DİQQƏT! Məndə koronavirus varmı? – NECƏ BİLMƏLİ?

Pediatr: “Bu hallarda uşaqların böyüklərlə ünsiyyətinə icazə verməyin” - AÇIQLAMA

Pediatr: “Bu hallarda uşaqların böyüklərlə ünsiyyətinə icazə verməyin” - AÇIQLAMA

Azərbaycanlı həkim koronavirusun BİTƏCƏYİ TARİXİ AÇIQLADI

Azərbaycanlı həkim koronavirusun BİTƏCƏYİ TARİXİ AÇIQLADI

Alimlər koronavirus kabusunun bitəcəyi tarixi açıqladı

Alimlər koronavirus kabusunun bitəcəyi tarixi açıqladı

Azərbaycanda karantin yenə sərtləşirilə bilər? - TƏBİB-dən açıqlama

Azərbaycanda karantin yenə sərtləşirilə bilər? - TƏBİB-dən açıqlama

İmmunitetin zəiflənməsinin 3 TƏƏCCÜBLÜ SƏBƏBİ

İmmunitetin zəiflənməsinin 3 TƏƏCCÜBLÜ SƏBƏBİ

Koronavirusun peyvəndi nə zaman hazır olacaq?

Koronavirusun peyvəndi nə zaman hazır olacaq?

Rusiyalı professor koronavirus haqqında: Bu, ölümcül xəstəlik deyil, ölüm səviyyəsi 1%-dən azdır

Rusiyalı professor koronavirus haqqında: Bu, ölümcül xəstəlik deyil, ölüm səviyyəsi 1%-dən azdır

Peyvənd olunmamış uşaqların məktəb və uşaq bağçalarına qəbulu qadağan edilə bilər

Peyvənd olunmamış uşaqların məktəb və uşaq bağçalarına qəbulu qadağan edilə bilər

Soyuq havalarda uşaqları xəstəliklərdən necə qoruyaq? – PEDİATR TÖVSİYƏSİ

Soyuq havalarda uşaqları xəstəliklərdən necə qoruyaq? – PEDİATR TÖVSİYƏSİ