AzTehsil.com


Xəbərlər / Səhiyyə / Saglam həyat
07 avqust 2020
1 948


Xaricdən həkim gətirilməyə nə lüzum var? - ETİRAZ



Xaricdən həkim gətirilməyə nə lüzum var? - ETİRAZ

 

Bir neçə gün əvvəl koronavirus pandemiyası ilə mübarizə üçün Çindən Bakıya 10 nəfərlik tibbi ekspert gətirilib.

Onlar özləri ilə birgə bəzi tibbi cihaz, avadanlıqlar da gətiriblər və avqustun 5-dən etibarən 15 gün müddətində həkimlərimizlə bərabər çalışmağa başlayıblar.

Məsələyə münasibət bildirən professor Adil Qeybulla isə bunu koronavirusla mübarizədə dünyasını dəyişən 30 həkimimizin ruhuna sayğısızlıq kimi qiymətləndirib.

Adil Qeybulla Yenisabah.az-a açıqlamasında bildirib ki, bizdə öz həkimlərimizə lazımi qədər maaş verilmir, onların sosial müdafiəsi möhkəmləndirilmir, lakin xaricdən həkim gətirilir, bu, doğru addım deyil:

"Biz ümumiyyətlə, məsələ qaldırmışıq ki, xaricdən həkim gətirilməyə nə lüzum var? Bu, əsaslandırılmalıdır. Biz ön cəbhədə bu infeksiya ilə mübarizə aparan həkimlərə xüsusi diqqət göstərmirik. Dünyasını dəyişən həkimlərlə bağlı qərar qəbul etmirik, ancaq Kubadan, Çindən həkim gətiririk. Əvvəla, Kuba sovetlərin şinelindən çıxmış bir dövlətdir. Orada nə səhiyyə var ki, biz oradan həkim gətiririk? Bu işi sadəcə düzgün təşkil etmək lazımdır. Kənardan həkim gətirmələrin altında xeyli müəmmalar yatır. Mənim dediyim sözlər tibb ictimaiyyətinin etirazıdır. Bunları mən eşidirəm, görürəm. Bizim öz həkimlərimizə normal vəsait ayrılmalıdır. Biz öz resurslarımızdan istifadə eləməmiş, özümüzə dəyər verməmiş niyə kənardan həkim gətiririk? Bu, nə məqsəd güdür?”.

Həkim vurğulayıb ki, bizim bəzi həkimlərimiz bəzən bir ay evə getməyib, 8 saat bir formada qalaraq xəstələrə baxıblar. 8 saat müdafiə kostyumunda qaldıqları üçün özləri virusa yoluxublar: "8 saat müdafiə kostyumunda qalmaq olmaz. Çünki Mülki Müdafiənin öz qaydaları var. 3-4 saat formada qalmaq mümkündür. 8 saat qaldıqlarına görə həkimlərin böyük əksəriyyəti xəstələndi, hətta dünyasını dəyişənlər oldu. Biz çox dəyərli tibb işçilərimizi itirdik. Bütün bunların hamısı işin düzgün təşkil olunmaması ilə əlaqəlidir. Hansı ölkədə 5 ay karantin olub? Hər şey nəticəsinə görə mühakimə olunur. Bizdə bu işi təşkil edə bilmədilər. İş başlı-başına buraxıldı. Sonda da belə ağır nəticələr oldu”.

Adil Qeybulla hesab edir ki, biz dünyanın getdiyi yolla getməliyik:

"Bizim Amerika kəşf etməyə ixtiyarımız yoxdur. Çünki ona nə baza, nə potensial var. Azərbaycanda kifayət qədər həkim var, resurslardan istifadə etmək olar. Necə olur ki, xaricdən gətirilən həkimlərə 8-10 min dollar maaş verilir, amma yerli həkimlərə manatla onun yarısı verilmir?! Bu, biabrçılıqdır. Bu, onu göstərir ki, burada qara və təmənnalı maraqlar yatır”.



Загрузка...
Həmçinin oxuyun:
Belə olsa, yoluxma halları yenə artacaq - Adil Qeybulla

Belə olsa, yoluxma halları yenə artacaq - Adil Qeybulla

Robot tibb imtahanı verib həkim lisenziyası aldı - ÇİNDƏN DAHA BİR İLK

Robot tibb imtahanı verib həkim lisenziyası aldı - ÇİNDƏN DAHA BİR İLK

Professor: Karantini uzatmaq olmaz, yoluxduğumuz qədər yoluxmuşuq...

Professor: Karantini uzatmaq olmaz, yoluxduğumuz qədər yoluxmuşuq...

Adi tibbi maska taxmaq nə üçün vacibdir? - Həkim ŞƏRHİ

Adi tibbi maska taxmaq nə üçün vacibdir? - Həkim ŞƏRHİ

Professor Adil Qeybulla Azərbaycanda koronavirusun tamamən yoxa çıxacağı dəqiq vaxtı açıqladı

Professor Adil Qeybulla Azərbaycanda koronavirusun tamamən yoxa çıxacağı dəqiq vaxtı açıqladı

Karantin rejimi ləğv olunmalıdır - Adil Qeybulla

Karantin rejimi ləğv olunmalıdır - Adil Qeybulla

Azərbaycanlı həkim həyəcan təbili çaldı: “Karantin davranışları sərtləşdirilməlidir, əks halda…” - MÜRACİƏT

Azərbaycanlı həkim həyəcan təbili çaldı: “Karantin davranışları sərtləşdirilməlidir, əks halda…” - MÜRACİƏT

Adil Qeybulla: Yalnız bir yol var, vəssalam!

Adil Qeybulla: Yalnız bir yol var, vəssalam!

Sizə kim nə deyir desin, inanmayın, koronavirus pandemiyası həqiqətdir - Məşhur həkimdən HƏYƏCAN TƏBİLİ

Sizə kim nə deyir desin, inanmayın, koronavirus pandemiyası həqiqətdir - Məşhur həkimdən HƏYƏCAN TƏBİLİ

Azərbaycanlı həkim koronavirusdan qorunmağın yolunu göstərdi

Azərbaycanlı həkim koronavirusdan qorunmağın yolunu göstərdi

Koronavirus xəstələrini müalicə edən həkim: “Bir aydır övladımı görmürəm” - VİDEO

Koronavirus xəstələrini müalicə edən həkim: “Bir aydır övladımı görmürəm” - VİDEO

Azərbaycanda tibbi dərslik PROBLEMİ – tələbələr etiraz etdi

Azərbaycanda tibbi dərslik PROBLEMİ – tələbələr etiraz etdi

Bəzi qidaların günlük qəbulu uşaqlar üçün vacibdir -HƏKİM

Bəzi qidaların günlük qəbulu uşaqlar üçün vacibdir -HƏKİM

8 yaşlı uşağın ölümünə görə həkimlər prokurorluğa çağırıldı

8 yaşlı uşağın ölümünə görə həkimlər prokurorluğa çağırıldı

"Sərtləşdirilmiş karantin rejimi bir neçə həftə də uzadıla bilər"

"Sərtləşdirilmiş karantin rejimi bir neçə həftə də uzadıla bilər"

Azərbaycanda 6 yaşlı uşaq koronavirusa yoluxdu - Baş həkim danışdı

Azərbaycanda 6 yaşlı uşaq koronavirusa yoluxdu - Baş həkim danışdı

“Koronavirusdan ölənlərin çoxu kişilərdir” – MİLANDAKI HƏKİMLƏ MÜSAHİBƏ

“Koronavirusdan ölənlərin çoxu kişilərdir” – MİLANDAKI HƏKİMLƏ MÜSAHİBƏ

Bu müəllimlər məcburi tibbi müayinədən keçəcək - QƏRAR

Bu müəllimlər məcburi tibbi müayinədən keçəcək - QƏRAR

Həkimlər ağ xalatı nə vaxtdan geyməyə başlayıblar?

Həkimlər ağ xalatı nə vaxtdan geyməyə başlayıblar?

Azərbaycanda gənc müəllim öldü

Azərbaycanda gənc müəllim öldü

Həkimdən şok: Səhv etdik, ikinci dalğa ola bilər

Həkimdən şok: Səhv etdik, ikinci dalğa ola bilər

DİQQƏT !:SU ÇİÇƏYİ XƏSTƏLİYİ GENİŞ YAYILIB - AĞIR FƏSADLAR

DİQQƏT !:SU ÇİÇƏYİ XƏSTƏLİYİ GENİŞ YAYILIB - AĞIR FƏSADLAR

Azərbaycanda ən çox rast gəlinən qan qrupu açıqlandı - Qanvermə İnstitutunun direktoru ilə MÜSAHİBƏ

Azərbaycanda ən çox rast gəlinən qan qrupu açıqlandı - Qanvermə İnstitutunun direktoru ilə MÜSAHİBƏ

“Yazıçılarımız nə vaxtsa, Yaradıcılıq Evinə gedəcəklər, hələlik isə gözləyirik”

“Yazıçılarımız nə vaxtsa, Yaradıcılıq Evinə gedəcəklər, hələlik isə gözləyirik”