Azərbaycanda tibbi dərslik PROBLEMİ – tələbələr etiraz etdi
Əsasında insan həyatı durduğuna görə tibb sahəsi, həkimlərin savadlı olması hər zaman insanların diqqət mərkəzindədir. Onların öz sağlıqlarını güvənli əllərə etibar edə bilmələri üçün tibbi dərsliklər də kifayət qədər ətraflı yazılmalı, tibb təhsili yüksək səviyyədə təşkil olunmalıdır.
Aztəhsil.com xəbər verir ki, məsələ ilə bağlı modern.az-a danışan həkim-psixoterapevt Əli Nağıyev hazırda tələbələr üçün əvvəlki dövrlərə nisbətən daha çox şanslar yaradıldığını vurğulayıb.
"Tibb təhsilinin nə dərəcədə qənaətbəxş olması ilə bağlı isə mən fikir bildirə bilmərəm. Çünki mən təhsil sektorunda deyiləm, həkim-psixoterapevt kimi fəaliyyət göstərirəm.
Məncə indiki dövrdə hər şey tələbənin özündən asılıdır. Hazırda həm Azərbaycanda, həm də əcnəbi ölkələrdə təhsil almaq imkanı var. Yəni bizim oxuduğumuz dövrlə müqayisədə Tibb Universitetinin tələbələri üçün daha çox şanslar var.
Təklif edirəm ki, ana dilimizə tibbi ədəbiyyat ingilis dilindən, Avropa və Türkiyə mənbələrindən tərcümə olunsun. Açığı Azərbaycan səhiyyəsində çatışmazlıqları heç vaxt araşdırmamışam.
Həmişə müsbət tərəfdən görməyə çalışmışam. Gördüyümü deyə bilərəm ki, Azərbaycan səhiyyəsində tibbi xidmətdə xeyli irəliləyişlər var”.
Bəs, gələcəyin həkimləri üçün azərbaycanca olan tibbi ədəbiyyat kifayət edirmi? Onlar ana dilimizdə olan tibbi dərs vəsaitlərindən nə dərəcədə razıdırlar?
Tibb Universitetinin tələbələri də modern.az saytına bununla bağlı fikirlərini bildiriblər.
Onlar tibbi ədəbiyyatımızın daha çox sovet metodlarını əhatə etməsindən narazıdırlar. Tələbələr kitablarda müasir diaqnostika və müalicə üsullarının qeyd olunmasının, dərsliklərin orijinal olmasının tərəfdarıdırlar.
Fəridə Həbiyeva (Müalicə-profilaktika fakütəsinin 6-cı kurs tələbəsi)
"Bu halı bütün kitablara aid etmək olmaz. Məni qane edən və etməyən dərsliklər var. Əksər kitablar sovet ədəbiyyatının surətidir və lüzumsuz uzunluq var. Razı olduğum kitabların müəlliflərini yadda saxlamağa meylliyəm. Narazı olduğum kitabların əksəriyyəti də məhz sovet mənşəli dərsliklər olduğundan müəllifinə baxmıram”.
Xəyalə Məmmədli (Müalicə-profilaktika fakütəsinin 6-cı kurs tələbəsi)
"Əcnəbi ədəbiyyatlar hər il yenilənir. Daha anlaşıqlı, konkret və yenilikçidirlər. Təbii ki, bizim dildə də bu problemi bütün kitablara aid etmək olmaz. Amma ən çox narazı qaldığım kitablar normal fiziologiya, daxili xəstəliklər və uşaq xəstəlikləri ilə bağlı dərsliklərdir.”
Leyla Süleymanlı (Müalicə-profilaktika fakütəsinin 6-cı kurs tələbəsi)
"Azərbaycanca olan bəzi tibbi dərsliklər məni qane etmir. Amma təbii ki, burada istisna kitablar da var. Əsas çatışmazlıq isə bəzi dərsliklərin dilimizə düzgün tərcümə olunmamasıdır. Mövzular çətin və anlaşıqsız olur. Təklifim budur ki, kitablar müasir tibbi tam əhatə etsin. Xüsusilə də kliniki bölümlərdə müasir diaqnostika və müalicə üsulları qeyd edilsin.”
Aynur Quluzadə (Müalicə-profilaktika fakütəsinin 6-cı kurs tələbəsi)
"Azərbaycanca olan əksər tibbi ədəbiyyatlar məni qane etmir. Əsas səbəb yazılmış fikirlərin aydın olmamasıdır. Bəzən olur ki, bir neçə vərəqlik mövzuda dərsin məğzini əhatə edəcək az məlumat olur. Dəqiqlik, konkretlik yoxdur. Xarici ədəbiyyatla müqayisədə bizim kitablarda rəngarənglik, cədvəllər, dərsi aydınlaşdıracaq şəkillər azdır. Təklifim isə dünyaca məşhur olan, məlumat, rəngarənglik cəhətdən insanı özünə hipnoz edən əcnəbi kitabların doğma dilimizə tərcümə olunmasıdır.”
Elnur Aslanov (Müalicə-profilaktika fakütəsinin 6-cı kurs tələbəsi)
"Yerli kitablarımızın əksəriyyəti sovet məktəbinə istinad etdiyi üçün normativlər və təsnifatlar beynəlxalq göstəricilərə cavab vermir. Daha çox rus ədəbiyyatına uyğundur. Kitablardakı məlumatlar çox vaxt müəllifin öz fikirləri olmadığından anlaşılmaz olur”.
GÜNÜN ÜZÜCÜ XƏBƏRİ! Azərbaycanda Tibb Universitetinin tələbəsi amansızcasına qətlə yetirildi - FOTO
Ən çox məzun yenə bu universitetimizdə oldu/Universitetləri nə qədər tələbə bitirdi
"iPhone"nin bu özəlliyi insanı ölümdən qurtaracaq- YENİLİK
Tibb ixtisasları üzrə ali təhsil müəssisələri 1010 nəfər ixtisaslı kadr hazırlayıb
Azərbaycana Ağır itki
Tibb Universitetinin tələbəsi faciəli şəkildə həyatını itirdi
Tibb Universitetinin 4-cü kurs tələbəsi fakultənin binasından - Özünü atdı
ATU-da I kurs tələbələrinin dərs sistemində yenilik edilib
Gözdən əlil abituriyentlər üçün dövlət hesabına plan yerləri ayrılıb
Transfer.edu.az portalı ilə köçürülən tələbələr
Tibb Universitetinin tələbəsi 4-cü mərtəbədən yıxılaraq ölüb – FOTO
Azərbaycan Tibb Universitetinin nəzdində fəaliyyət göstərən yataqxananın əsaslı təmirdən sonra açılışı olub
Uşaqlar niyə torpaq yeyir? – Bu xəstəlik ölümə də səbəb olur
Bakıdakı universitetlər: “Tələbələrimizə yer verə bilmirik” - PROBLEM
Psixiatr: "Dəstək alacağı birinin mövcudluğu insana yaxşı təsir edir"
Hamlet İsaxanlı Xəzər Universitetinin tələbələrinə əlçatandırmı ?
Əcnəbi tələbələr oxumaq üçün daha çox Azərbaycanın hansı ali məktəblərini seçir?
Bakı Slavyan Universitetinin tələbələri etiraz etdi-"rəhbərlikdən narazıyıq"
Tələbə və Gənc Həkimlərin IV Bakı Beynəlxalq Tibb Konqresi keçirilir
Rezidentlərin yekun attestasiyasının vaxtı AÇIQLANDI
İqtisad Universiteti tələbələrdən özünə qiymət istədi...
Terminologiya Komissiyasının təklif etdiyi sözlərə - ETİRAZ
Dövlət Dil Komissiyası hansı işləri görəcək? - Qurumun üzvləri DANIŞDILAR
ADU-da qazanılan şans