Tibb ixtisasları üzrə ali təhsil müəssisələri 1010 nəfər ixtisaslı kadr hazırlayıb
Keçən il tibb ixtisasları üzrə dövlət ali təhsil müəssisələri 1010 nəfər ixtisaslı kadr hazırlayıb. Onlardan 463 nəfəri müalicə işi üzrə, 162 nəfəri stomatologiya, 144 nəfəri pediatriya, 151 nəfəri əczaçılıq, qalanları digər ixtisaslar üzrə təhsil alıb.
Aztəhsil.com xəbər verir ki, bu barədə AZƏRTAC Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Həmin mənbənin məlumatına görə, keçən il dövlət orta ixtisas təhsili müəssisələrini 1494 nəfər bitirib. Onların 338 nəfəri müalicə işi, 355 nəfəri mamalıq işi, 57 nəfəri tibbi profilaktika, 161 nəfəri əczaçılıq, 385 nəfəri tibb bacısı ixtisaslarına yiyələnib, qalanları isə digər ixtisaslar üzrə təhsil alıblar.
Keçən il tibb müəssisələrində çalışanlardan 285 nəfərini elmlər doktoru, 1254 nəfərini fəlsəfə doktorları təşkil edib.