AzTehsil.com


Xəbərlər
14 aprel 2017
2 962


Bu il 314 şagird təhsildən yayındığı üçün buraxılış imtahanlarına buraxılmayıb



Bu il 314 şagird təhsildən yayındığı üçün buraxılış imtahanlarına buraxılmayıb

 

859 şagird buraxılış imtahanlarından azad edilib
Dövlət İmtahan Mərkəzi (DİM) 2016/2017-ci tədris ilində məlumatları "Şagird-məzun” sisteminə daxil edilmiş, lakin buraxılış imtahanlarına buraxılmayan IX və XI sinif şagirdlərinin siyahısını açıqlayıb. Aztehsil.com-un məlumatına görə, DİM-in Mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə APA-nın sorğusuna cavab olaraq bildirib ki, 224 nəfər IX sinif şagirdindən 223-ü təhsildən yayındığından, 1 nəfər isə hərbi xidmətdə olduğundan onların biliyi qiymətləndirilməyib.
 
Onun sözlərinə görə, 129 nəfər XI sinif şagirdindən 10 nəfəri hərbi xidmətə çağırıldığına görə, 28 nəfəri qeyri-kafi aldığı və 91 nəfəri təhsildən yayındığı üçün imtahana buraxılmayıblar.
 
DİM rəsmisi qeyd edib ki, 2016/2017-ci tədris ilində Təhsil Nazirliyi və şəhər (rayon) təhsil şöbələrində fəaliyyət göstərən psixoloji -tibbi - pedaqoji komissiyaların qərarı əsasında DİM tərəfindən buraxılış imtahanlarından azad edilmiş şagirdlərin sayı isə 859 nəfərdir.



Загрузка...