AzTehsil.com


Xəbərlər / Səhiyyə
07 iyul 2020
1 685


Azərbaycan Tibb Universitetinin 57 işçisi koronavirusa yoluxub



Azərbaycan Tibb Universitetinin 57 işçisi koronavirusa yoluxub

 

Son iki həftə ərzində Azərbaycan Tibb Universitetinin (ATU) 57 tibb işçisi koronavirusa yoluxub.

Bunu modern.az-a açıqlamasında ATU-nun mətbuat katibi Günel Aslanova bildirib.

O qeyd edib ki, onlardan 33 nəfəri Tədris Cərrahiyyə Klinikasınının həkimidir.

Onun sözlərinə görə, həkimlərdən 6-sı sağalaraq evə buraxılıb: "27-nin müalicəsi davam etdirilir. Hazırda müalicə alan həkimlərimizin 6-nın vəziyyəti ağırdır, 15-i orta ağır, digər 6 nəfəri isə yüngül vəziyyətdədir. Koronavirusa yoluxmuş həkimlərimiz öz klinikamızda elə öz həkimlərimiz tərəfindən müalicə olunur”.

"Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası”nda isə 24 tibb işçisi koronavirusa yoluxub:

"Onlara həkim, tibb bacısı, sanitar xidmət əməkdaşları daxildir. Onlardan artıq sağalıb iş başında olanlar da var, müalicəsi bitib evə göndərilən də. Bəzilərinin müalicəsi davam edir”.



Загрузка...