Xəbərlər / Direktor / Müəllim
24 iyun 2020
2 176


Məktəb direktoru koronavirusa yoluxub

Məktəb direktoru koronavirusa yoluxub

 

Azərbaycanda daha bir məktəb direktoru koronavirusa yoluxub.

Təhsil Nazirliyindən "Qafqazinfo”ya bildirilib ki, Masallı rayonu Təzə Alvadı kənd məktəbinin direktoru, 1958-ci il təvəllüdlü Süleymanov Möhsün Cabir oğlu koronavirus (COVİD-19) diaqnozu ilə bağlı Masallı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Məktəb direktorunun səlahiyyətləri Möhsün Süleymanov sağalıb işə qayıdanadək təlim-tərbiyə işləri üzrə direktor müavini Həsrətov Ramin Xudacan oğluna həvalə edilib.

Xatırladaq ki, daha öncə Gəncə şəhər Məhəmməd Hadi adına 10 nömrəli tam orta məktəbin direktoru 1970-ci il təvəllüdlü Əliyeva Arzu Şirin qızının da test nəticəsi pozitiv çıxdığından xəstəxanaya yerləşdirilmişdi.
Məqalə Göndər








Загрузка...