Masallı Təhsil Şöbəsində nə baş verir?- Məktəb direktoru qanunsuz əməllərdə...
Masallı rayon sakini Xanbala Qafarov rayonun Qəriblər kənd tam orta məktəbinin direktoru Şərafət Əliyevi qanunsuz əməllərdə ittiham edir.
Aztəhsil.com xəbər verir ki, məsələ ilə bağlı redaksiyamıza müraciət edən Xanbala Qafarov bildirir ki, direktor Şərafət Əliyev məktəbin problemləri ilə məşğul olmaqdansa pul yığmaq və qanunsuz əməllərlə məşğuldur.
Xanbala Qafarovun sözlərinə görə, heç məktəbə gəlməyən, eləcə də kollektiv və məktəb heyəti tərəfindən tanınmayan müəllim və şagirdlərin adları Qəriblər kənd tam orta məktəbinin mövcud siyahısında qeyd olunub.
Şikayətçi onu da bildirib ki, sözügedən şəxs öz yaxın qohumlarının adına əlavə dərs saatları yazıb.
Bundan başqa, Xanbala Qafarovun iddiasına görə, müəllimlərin Diaqnostik Qiymətləndirilməsi zamanı Təhsil Nazirliyinin saytında bu məktəbdə ibtidai sinif müəllimi olan Yeganə Məmmədova adlı şəxsin işlədiyi məlum olub. Lakin məktəbdə həmin adamı nəinki görən, heç kimliyini tanıyan belə yoxdur.
Aztəhsil.com