AzTehsil.com


Xəbərlər
23 dekabr 2020
1 455


Ramin Bayramlı Azərbaycana gətiriləcək vaksindən danışdı: İlk ölkələrdən biri olacağıq



 

"Vaksinlərin ölkəmizə gətirilməsində iki istiqamət müəyyən edilib”.

Bu barədə "Mir Şahinin vaxtı” verilişində TƏBİB sədri Ramin Bayramlı deyib. Onun sözlərinə görə, onlardan biri çoxtərəfli platformadır:

"QAVİ (Qlobal vaksinasiya və immunizasiya) alyansı deyilən bir alyans var. Həmin alyans bu il may ayında COVAX adlı bir təsisat yaradıb. Həmin təsisat çərçivəsində təxminən 180-ə yaxın ölkə oraya qoşulub və vaksinlərin çoxtərəfli platformada əldə olunması üçün təşəbbüs irəli sürülüb. Bu təsisatın əsas məqsədi ondan ibarətdir ki, dünyanın bütün ölkələrində vaksinlər ədalətli paylansın.

Azərbaycan da özünümaliyyələşdirən ölkələr qrupunda buraya daxil olub və geniş müzakirələrdən sonra COVAX təsisatına qoşulmuşuq. Koronavirusla mübarizəyə dəstək fondunun ictimaiyyətə nəzarət şurasının da toplantısında biz məruzə etmişik və şura üzvlərinin də icazəsi ilə ilkin ödənişlər olunub. COVAX təsisatı çərçivəsində ölkəmizə önümüzdəki il vaksinlərin təklif olunacağını gözləyirik. Bu təsisat çərçivəsində vaksini əldə edən ilk ölkələrdən biri olacağıq.

Digər istiqamətimiz isə ikitərəfli danışıqlardır. Bu gün təxminən 30-a yaxın vaksin tədqiqatçısının 7-8-i ön plana çıxıb. Onlardan da 5-i daha ön plana çıxıb və 3-cü klinik faza mərhələsinə daxil olub. Biz də bu tədqiqatçıların təmsil olunduğu şirkətlərlə daim ünsiyyətdəyik və ikitərəfli danışıqlarımız gedir.

Vaksinlərin əldə olunması önümüzdəki ilin yanvar ayında gözlənilir. Dəqiq tarix məlum olan kimi ictimaiyyətə açıqlanacaq. Burada bizim üçün ən vacib meyar təhlükəsizlik meyarıdır”.



Загрузка...
Həmçinin oxuyun:
Azərbaycanda COVID-19 vaksinlərinin ilk olaraq kimlərə vurulacaq?

Azərbaycanda COVID-19 vaksinlərinin ilk olaraq kimlərə vurulacaq?

Nə vaxtadək maska taxacağıq? - TƏBİB-dən AÇIQLAMA

Nə vaxtadək maska taxacağıq? - TƏBİB-dən AÇIQLAMA

“Sərt karantin rejimi uzun müddət uzadıla bilməz” – TƏBİB sədri qarşıdakı təhlükələrdən DANIŞDI

“Sərt karantin rejimi uzun müddət uzadıla bilməz” – TƏBİB sədri qarşıdakı təhlükələrdən DANIŞDI

Ramin Bayramlı: Vətəndaşlar payız-qış aylarına hazırlıqlı olsunlar

Ramin Bayramlı: Vətəndaşlar payız-qış aylarına hazırlıqlı olsunlar

TƏBİB sədri Ramin Bayramlı: “Şagird və valideynləri məsuliyyətli olmağa çağırırıq”

TƏBİB sədri Ramin Bayramlı: “Şagird və valideynləri məsuliyyətli olmağa çağırırıq”

Ramin Bayramlı: Xəstəlik mutasiyaya uğrayaraq yenidən yayıla bilər

Ramin Bayramlı: Xəstəlik mutasiyaya uğrayaraq yenidən yayıla bilər

TƏBİB sədri: Həftəsonu qapanmalar daha uzun müddətli ola bilər

TƏBİB sədri: Həftəsonu qapanmalar daha uzun müddətli ola bilər

Bu ilin sonunda virus yekunlaşacaq - Adil Qeybulla

Bu ilin sonunda virus yekunlaşacaq - Adil Qeybulla

Azərbaycanda tələbələr üçün nəqliyyatda güzəşt olacaq

Azərbaycanda tələbələr üçün nəqliyyatda güzəşt olacaq

Xüsusi karantin rejimi 1 iyundan sonra da uzadılacaq -RƏSMİ

Xüsusi karantin rejimi 1 iyundan sonra da uzadılacaq -RƏSMİ

TƏBİB: Sağalan şəxslər yenidən virusa yoluxa bilər

TƏBİB: Sağalan şəxslər yenidən virusa yoluxa bilər

Repetitorlarla bağlı növbəti AÇIQLAMA

Repetitorlarla bağlı növbəti AÇIQLAMA

Azərbaycanda koronavirusun pik dövrü açıqlandı - RƏSMİ

Azərbaycanda koronavirusun pik dövrü açıqlandı - RƏSMİ

Baş Nazir sabah qərar verəcək

Baş Nazir sabah qərar verəcək

ADU Xarici Dillər Universitetlərinin Qlobal Alyansına üzv seçildi

ADU Xarici Dillər Universitetlərinin Qlobal Alyansına üzv seçildi

İmmunitetin müddətin  bir ildən artıq uzatmağın çarəsi   tapıldı.

İmmunitetin müddətin bir ildən artıq uzatmağın çarəsi tapıldı.

Avropalı ekspertlərin Azərbaycana səfəri

Avropalı ekspertlərin Azərbaycana səfəri

Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlanır - CANLI YAYIM

Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlanır - CANLI YAYIM

Dövlət Proqramı məzunları pandemiya ilə mübarizənin ön cəbhəsində

Dövlət Proqramı məzunları pandemiya ilə mübarizənin ön cəbhəsində

Azərbaycanda məktəblərdən xəstəxana kimi istifadə olunur? - RƏSMİ

Azərbaycanda məktəblərdən xəstəxana kimi istifadə olunur? - RƏSMİ

Tvinninq layihəsi çərçivəsində Azərbaycana səfər

Tvinninq layihəsi çərçivəsində Azərbaycana səfər

TƏBİB sədri indidən valideyinlərə çağırış etdi

TƏBİB sədri indidən valideyinlərə çağırış etdi

İmtahanların vaxtı dəyişdirilə bilər

İmtahanların vaxtı dəyişdirilə bilər

“Test imtahanları ləğv edilməyəcək, təkmilləşəcək” - Təhsil Nazirliyindən açıqlama

“Test imtahanları ləğv edilməyəcək, təkmilləşəcək” - Təhsil Nazirliyindən açıqlama