Xəbərlər / Səhiyyə
05 avqust 2020
1 276


Ramin Bayramlı: Xəstəlik mutasiyaya uğrayaraq yenidən yayıla bilər

 

"Mart ayının əvvəllərində 22 xəstəxananı koronavirusla mübarizə üçün ayırmışdıq.  İyun-iyul aylarında ölkə ərazisində, xüsusilə Bakı şəhərində artım oldu. COVİD-19-la mübarizə üçün xəstəxanaların sayı 46-ya çatdırıldı".

Bu sözləri TƏBİB-in sədri Ramin Bayramlı Abşeron İdman Olimpiya Kompleksinin modul tipli xəstəxanaya çevirilməsi üçün təşkil olunan açılış mərasimindən sonra deyib.

O bildirib ki, bunlardan 10-u modul tipli xəstəxana idi:
 
"Bundan başqa Fövqaladə Hallar Nazirliyinin modul tipli xəstəxanası da istifadəyə verildi. 800 çarpayıdan ibarət  xəstəxanada çarpayıların sayı daha 1200 ədəd artırılması nəzərdə tutulub. Modul tipli xəstəxanalardan yalnız 5-ni istifadə etmişik. İyun-iyul aylarında artım zamanı çarpayıların doluluq səviyyəsi bəzən Bakıda 85-88 faizə çatdı, rayonlarda isə 30 faizdən yuxarı olmayıb. Bunu nəzərə alaraq, əlavə müəssisələrin cəlb olunmasına başladıq. Lakin tətbiq olunan əks-pandemiya mübarizəsi və karantin şəraiti ilə sayın azalmasına nail olduq.

Ancaq Ümumdünya Səhiyyə Təşkilatı və ölkəmizə cəlb olunan ekspertlər payız aylarına hazırlıq üçün tövsiyə verirlər. Bu bütün dünya ölkələrində aparılır. Xəstəlik mutasiyaya uğrayaraq yenidən yayıla bilər və payız aylarında ehtimal olunan digər respirator infeksiyalar yayıla bilər. Buna hazır olmalıyıq. Bu gün ölkəmizdə yoluxma və ölüm sayını digər ölkələrlə müqayisə edə bilərsiz. Ölüm sayı təxminən 2 faizdir, yaş həddi isə orta hesabla 65-dir. Tibb müəssisələrinin vaxtında hazırlanması, adekvat tədbirlərin görülməsi, müalicə üsullarının hazırlanması xəstələrimizə kömək oldu. Bir az bundan öncə Çindən gələn nümayəndə, dünən isə İtaliyadan gələn nümayəndə heyəti ilə görüşmüşəm.

Bizim əməkdaşlar onlarla çalışırlar. Bütün müalicə prosesləri və gələcək planlar barədə danışırıq. Ümid edirəm ki, bütün çarpayı fondumuzdan istifadə etməyəcəyik. Amma zərurət yaransa, istifadə oluna bilər. Abşeron İdman Kompleksində yaradılan modul tipli xəstəxana müasir standartlara cavab verir. Burada çalışacaq tibbi personal rahat işini görəcək. Azərbaycan azsaylı ölkələrdəndir ki, tibbi personal üçün nəqliyyat vasitələri ayırıb”.Qafqazinfo.az 
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Azərbaycanda məktəblərdən xəstəxana kimi istifadə olunur? - RƏSMİ

Azərbaycanda məktəblərdən xəstəxana kimi istifadə olunur? - RƏSMİ

Ramin Bayramlı: Vətəndaşlar payız-qış aylarına hazırlıqlı olsunlar

Ramin Bayramlı: Vətəndaşlar payız-qış aylarına hazırlıqlı olsunlar

Modul tipli məktəblərin sayı artırılır

Modul tipli məktəblərin sayı artırılır

Ölkəmizdə modul tipli yüz məktəb inşa edilib

Ölkəmizdə modul tipli yüz məktəb inşa edilib

Ölkədə 100 modul tipli məktəb istifadəyə veriləcək

Ölkədə 100 modul tipli məktəb istifadəyə veriləcək

İlin sonunadək istifadəyə veriləcək modul tipli məktəblərin sayı 100-ü ötəcək

İlin sonunadək istifadəyə veriləcək modul tipli məktəblərin sayı 100-ü ötəcək

Bu il modul tipli məktəblərin quraşdırılacağı ərazilər -SİYAHI

Bu il modul tipli məktəblərin quraşdırılacağı ərazilər -SİYAHI

Ağsunun Sarvan kəndində modul tipli təhsil ocağı istifadəyə verilib

Ağsunun Sarvan kəndində modul tipli təhsil ocağı istifadəyə verilib

İmişlidə modul tipli məktəb binası quraşdırılır

İmişlidə modul tipli məktəb binası quraşdırılır

Azərbaycanda yeni tipli məktəblər yaradılır - VİDEO

Azərbaycanda yeni tipli məktəblər yaradılır - VİDEO

Modul tipli məktəbləri ənənəvi məktəblərdən nə fərqləndirir?

Modul tipli məktəbləri ənənəvi məktəblərdən nə fərqləndirir?

Yevlaxın Ərəbbəsrə kəndində modul tipli məktəb

Yevlaxın Ərəbbəsrə kəndində modul tipli məktəb

Bu il cənub bölgəsində 9 modul tipli məktəb binası inşa ediləcək

Bu il cənub bölgəsində 9 modul tipli məktəb binası inşa ediləcək

100 azkomplektli və qəzalı vəziyyətdəki kənd məktəbi modul tipli məktəblərlə əvəzlənəcək

100 azkomplektli və qəzalı vəziyyətdəki kənd məktəbi modul tipli məktəblərlə əvəzlənəcək

Azərbaycanda koronavirusla bağlı sevindirici durum - RƏSMİ

Azərbaycanda koronavirusla bağlı sevindirici durum - RƏSMİ

Bu il ölkəmizdə 137 modul tipli məktəb tikiləcək

Bu il ölkəmizdə 137 modul tipli məktəb tikiləcək

Rayonlarında quraşdırılması nəzərdə tutulan modul tipli məktəblərin siyahısı

Rayonlarında quraşdırılması nəzərdə tutulan modul tipli məktəblərin siyahısı

Qax rayonunun Amanlı və Aşağı Malax kəndlərində modul tipli məktəb binaları tikilir

Qax rayonunun Amanlı və Aşağı Malax kəndlərində modul tipli məktəb binaları tikilir

Qəbələ və Oğuzda yeni tikilən modul tipli məktəblər istifadəyə verilib

Qəbələ və Oğuzda yeni tikilən modul tipli məktəblər istifadəyə verilib

Qubada modul tipli məktəb istifadəyə verildi

Qubada modul tipli məktəb istifadəyə verildi

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

Prezident təhsillə bağlı - SƏRƏNCAM imzaladı

Prezident təhsillə bağlı - SƏRƏNCAM imzaladı

Daha 4 rayonda modul tipli məktəbin quraşdırılmasına vəsait ayrıldı

Daha 4 rayonda modul tipli məktəbin quraşdırılmasına vəsait ayrıldı

Beş rayonda modul tipli məktəblərin quraşdırılmasına 4,1 milyon manat ayrılıb

Beş rayonda modul tipli məktəblərin quraşdırılmasına 4,1 milyon manat ayrılıb