Bütün təhsil işçiləri vaksinasiya olunacaq -RƏSMİ
Bunu təhsil naziri Emin Əmrullayev feysbuk səhifəsində "Pandemiya dövründə tədrisin təşkili” mövzusunda sualları cavablandırarkən deyib.
"Müəllimlərimizin vaksinasiyası prioritet məsələlərdən biridir. Hər iki doza mütləq vurulmalıdır. Ümumiyyətlə, 800-900 minə yaxın adam vaksin olub, onlara heç nə olmayıb. Buna görə qorxmaq lazım deyil. Növbəti həftədən bütün təhsil işçiləri yaşından asılı olmayaraq vaksinasiya olunacaq”, – nazir əlavə edib.