AzTehsil.com


Xəbərlər / Müəllim
20 avqust 2021
1 112


Nadir İsrafilov : Məktəb təkcə vaksin olunmuş müəllimdən deyil, həm də vaksinlənmiş valideyndən asılıdır.



Nadir İsrafilov :  Məktəb təkcə vaksin olunmuş müəllimdən deyil, həm də vaksinlənmiş valideyndən asılıdır.

 

Ölkəmizdə COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin peyvənd olunması prosesinin yüksək keyfiyyətlə təşkil edilməsi üçün bütün zəruri tədbirlər görülüb.
 
Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq, ilk növbədə, səhiyyə işçilərinin peyvəndlənməsinə başlanılıb. Daha sonra 65 yaşdan yuxarı vətəndaşların, bir qədərdən sonra isə yaşı 50 və yuxarı şəxslərin vaksinasiyası aparılıb və proses uğurla davam etdirilir. Artıq bir çoxları ikinci doza vaksini də vurdurublar. Pandemiya ilə mübarizə çərçivəsində vaksinasiya prosesinin optimallaşması məqsədilə Bakı şəhərində və regionlarda tibbi ərazi bölmələri fəaliyyət göstərir.

Cəmiyyət üzvləri arasında vaksinasiya ilə bağlı birmənalı fikir formalaşmasa da, hələlik yoluxucu xəstəliklərlə mübarizədə ən effektiv üsul vaksinasiyadır. Bu, bütün dünyada elmi cəhətdən təsdiq olunmuş profilaktika üsuludur və təbabətin nailiyyətlərindən biri hesab olunur.

Bu fikirləri Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov deyib.

O bildirib ki, sərt karantin tətbiq edilməməsi üçün ən məqbul yol vaksinasiya səviyyəsini artırmaqdır. Ümumdünya Səhiyyə Təşkilatı da əhali arasında vaksinasiya səviyyəsinin ən azı 65 faizdən çox olduğu halda əvvəlki normal həyata qayıtmağın mümkünlüyü qənaətindədir.

Nadir İsrafilov vurğulayıb ki, bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da tədrisin hansı formada başlanacağı cəmiyyəti narahat edir: "Yoluxma sayının artması ənənəvi tədrisin bərpa olunmayacağı ilə bağlı narahatlığı bir qədər də artırıb. Sosial şəbəkələrdə vaksin olunmayan valideynlərin uşaqları məktəbə buraxılmayacaq, övladı orta məktəbə və bağçaya gedən valideynlərdən COVID-19 pasportunun tələb olunması ilə bağlı şayiə xarakterli məlumatlar belə yayılıb. Hətta valideynlərdən onlara koronavirusa qarşı peyvənd olunmayacaqları təqdirdə övladlarının məktəb və bağçaya götürülməyəcəyi ilə bağlı təzyiqlər olunduğunu iddia edənlər də var. Baxmayaraq ki, Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrinə qeyd edilən məsələ ilə bağlı heç bir tələb qoyulmayıb və bu mövzuda tapşırıq verilməyib. Bununla belə, vaksinasiyanın məcburiliyini qəbul etməsək də, zəruriliyini dərk etməliyik”.

Nadir İsrafilov diqqətə çatdırıb ki, indiyədək ümumi təhsil müəssisələrində çalışan 220 mindən çox təhsil işçisindən 138 min nəfərə yaxını hər iki dozada vaksin olunub. Lakin valideynləri peyvənd olunmayan uşaqlar virusun yayılması ilə bağlı risk qrupuna daxildirlər. Yeni tədris ilində məktəb təkcə vaksin olunmuş müəllimdən deyil, həm də vaksinlənmiş valideyndən asılıdır.

"Pandemiya dövründə öyrənmənin hansı həcmdə itirilməsi və bunu bərpa etməyin yolları barədə düşünməliyik. İnamlı və təhlükəsiz yol isə vaksinasiyadan keçir. Yalnız vaksinasiya prosesindən tam əmin olduqdan sonra sentyabrdan ənənəvi tədrisə qayıtmaq mümkün olar ki, bu da məktəbin ənənəvi formada fəaliyyətə başlamasını səbirsizliklə gözləyən çoxlarının arzusunun reallaşmasının başlıca şərtidir”, - deyə Nadir İsrafilov qeyd edib.




Загрузка...
Həmçinin oxuyun:
Valideynlərdən vaksin sənədi tələb edilirmi?

Valideynlərdən vaksin sənədi tələb edilirmi?

Cəsarət Valehov: Valideynlərinin vaksin olunması ilə bağlı...

Cəsarət Valehov: Valideynlərinin vaksin olunması ilə bağlı...

Təhsil işçilərinin vaksinasiyası barədə məlumat

Təhsil işçilərinin vaksinasiyası barədə məlumat

Ənənəvi təhsilə yol göründü: Gələn il hamı məktəbə gedəcək

Ənənəvi təhsilə yol göründü: Gələn il hamı məktəbə gedəcək

Sentyabrdan ənənəvi tədris bərpa olunacaqmı? - RƏSMİ AÇIQLANDI

Sentyabrdan ənənəvi tədris bərpa olunacaqmı? - RƏSMİ AÇIQLANDI

Valideyni vaksin olunmayan şagirdlər məktəbə buraxılmayacaq? - MÜSAHİBƏ

Valideyni vaksin olunmayan şagirdlər məktəbə buraxılmayacaq? - MÜSAHİBƏ

Təhsil Nazirliyindən vacib açıqlama

Təhsil Nazirliyindən vacib açıqlama

40 yaşdan yuxarı şəxslərin nəzərinə

40 yaşdan yuxarı şəxslərin nəzərinə

Randevu sistemində səhv yoxsa vətəndaşların diqqətsizliyi? - AÇIQLAMA

Randevu sistemində səhv yoxsa vətəndaşların diqqətsizliyi? - AÇIQLAMA

Nadir İsrafilov : Yeni dərs ilinin hansı formada başlanacağı barədə fikir söyləmək hələ tezdir.

Nadir İsrafilov : Yeni dərs ilinin hansı formada başlanacağı barədə fikir söyləmək hələ tezdir.

Valideynləri peyvənd olunmayan uşaqlar məktəbə buraxılmayacaq?

Valideynləri peyvənd olunmayan uşaqlar məktəbə buraxılmayacaq?

Nadir İsrafilov: “Məktəblilərin ənənəvi formada təhsilə başlaması istisna deyil”

Nadir İsrafilov: “Məktəblilərin ənənəvi formada təhsilə başlaması istisna deyil”

Covid-19-dan sağalan şəxslər də vaksinasiya olunmalıdır - TƏBİB

Covid-19-dan sağalan şəxslər də vaksinasiya olunmalıdır - TƏBİB

Koronavirusa qarşı vaksinin Milli peyvənd təqviminə daxil olacağı istisna edilmir

Koronavirusa qarşı vaksinin Milli peyvənd təqviminə daxil olacağı istisna edilmir

Vaksinasiya olunmayan müəllimlər dərsə buraxılmayacaq? – Təhsil Nazirliyindən açıqlama

Vaksinasiya olunmayan müəllimlər dərsə buraxılmayacaq? – Təhsil Nazirliyindən açıqlama

Müəllimlər kütləvi şəkildə vaksinasiya ediləcək?

Müəllimlər kütləvi şəkildə vaksinasiya ediləcək?

Peyvənd olunmayan müəllim üzbəüz dərs deyə bilərmi? - RƏSMİ AÇIQLAMA

Peyvənd olunmayan müəllim üzbəüz dərs deyə bilərmi? - RƏSMİ AÇIQLAMA

ÜST-dən peyvənd pasportlarına dair QƏRAR

ÜST-dən peyvənd pasportlarına dair QƏRAR

Təhsil üçün vaksinasiya

Təhsil üçün vaksinasiya

Yayda vaksin vurdurmaq olar? - AÇIQLAMA

Yayda vaksin vurdurmaq olar? - AÇIQLAMA

Bu şəxslər vaksinasiyadan imtina edərsə, pensiyaları kəsiləcək? - RƏSMİ CAVAB

Bu şəxslər vaksinasiyadan imtina edərsə, pensiyaları kəsiləcək? - RƏSMİ CAVAB

Azərbaycanda 18 yaşına çatmış hər şəxsin vaksinasiyası başlayır - RƏSMİ

Azərbaycanda 18 yaşına çatmış hər şəxsin vaksinasiyası başlayır - RƏSMİ

Azərbaycanda peyvənd olunanların ümumi sayı açıqlandı

Azərbaycanda peyvənd olunanların ümumi sayı açıqlandı

Məktəblər hansı şərtlərlə açıla bilər? - VİDEO

Məktəblər hansı şərtlərlə açıla bilər? - VİDEO