AzTehsil.com


Xəbərlər / Səhiyyə
20 may 2021
1 347


Randevu sistemində səhv yoxsa vətəndaşların diqqətsizliyi? - AÇIQLAMA



 

Ötən gün vətəndaşlardan biri könüllü olaraq COVID-19 infeksiyasına qarşı vaksinasiya üçün qeydiyyatından keçib.

Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə paylaşım edilib. Vətəndaş "Vaxzevria” vaksini üçün qeydiyyatdan keçib və ona vaksinasiya üçün Bakı Mərkəzi Klinikasında mayın 19-u saat 09:00-10:00 aralığında növbə ayrılıb. Lakin, qeyd edilən zamanda klinikaya yaxınlaşsa da deyiblər ki, bizdə bu gündən başlayıb və vaksin 60+ yaşlılar üçündür.

Maraqlı məqam ondan ibarətdir ki, randevum.gov.az saytında qeydiyyat şəxsiyyət vəsiqəsi ilə həyata keçirilir. Vaksinasiya prosesinə yaşı uyğun olmayanlar üçün növbə necə verilir? Bu kimi problemlə qarşılaşan şəxslər hara və necə müraciət etməlidir?

Məsələ ilə bağlı vətəndaşlar arasında yaranan anlaşılmazlıqları nəzərə alaraq, randevu sistemində qeydiyyatdan keçərkən diqqət edilməli məqamlara bir daha aydınlıq gətirdik.

İcbari Tibbi Sığorta Agentliyindən randevu sistemində məntəqə seçimi məsələsi ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, "COVID-19 əleyhinə vaksinasiya üçün onlayn növbə” adlı elektron xidmətinə (https://randevu.its.gov.az) daxil olduqda vətəndaşa zəruri məlumatlar çatdırılır:

"Açılan pəncərədə ilk olaraq vətəndaşların nəzərinə aşağıdakı məlumatlar çatdırılır: Randevu sistemi "Sinovac” və "Sputnik V” vaksini üçün yaşı 18 və daha yuxarı, "Vaxzevria” vaksini üçün yaşı 60 və daha yuxarı olan, həmçinin son 6 ay ərzində COVID-19 analizinin nəticəsi pozitiv olmayan vətəndaşlar üçün nəzərdə tutulur.

Vətəndaş öz yaşına uyğun olaraq və yuxarıda qeyd olunan məlumata riayət edərək, randevu üçün peyvənd məntəqəsini seçməlidir.

Məlumat üçün bildirək ki, elektron xidmətin məntəqələrin siyahısı hissəsində "Vaxzevria” və "Sputnik V” vurulan peyvənd məntəqələrinin qarşısında mötərizədə bu barədə məlumat verilir. Digər məntəqələr isə "Sinovac” vaksini üçün nəzərdə tutulub”.

Eyni zamanda Səhiyyə Nazirliyinin yaydığı məlumatda qeyd olunub ki, Azərbaycan Respublikasında "COVID-19” xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi mərhələli şəkildə davam edir. Mayın 3-dən ilkin olaraq 60 yaş və daha yuxarı şəxslər "COVID-19” xəstəliyinə qarşı "AstraZeneca” şirkətinin istehsalı olan "Vaxzevria” peyvəndinin istifadəsi Bakı şəhəri və 6 regionda - Lənkəran, Şəki, Gəncə, Mingəçevir, Abşeron və Sumqayıtda tətbiq olunmağa başlanılıb.

Qeyd edək ki, "AstraZeneca” İngilis-İsveç şirkəti tərəfindən hazırlanan "Vaxzevria" vaksinini Ümumdünya Səhiyyə Təşkilatı təsdiq edib. "COVAX” platforması çərçivəsində ölkəmizə gətirilən 84 000 doza "Vaxzevria” peyvəndi insanlar arasında seçim imkanlarını artırır və vətəndaşların müxtəlif peyvəndlərə əlçatanlığını təmin edir.



Загрузка...
Həmçinin oxuyun:
Bu gündən Azərbaycanda 18 yaşdan yuxarı şəxslərin vaksinasiyasına başlanılır

Bu gündən Azərbaycanda 18 yaşdan yuxarı şəxslərin vaksinasiyasına başlanılır

40 yaşdan yuxarı şəxslərin nəzərinə

40 yaşdan yuxarı şəxslərin nəzərinə

Bu şəxslər vaksinasiyadan imtina edərsə, pensiyaları kəsiləcək? - RƏSMİ CAVAB

Bu şəxslər vaksinasiyadan imtina edərsə, pensiyaları kəsiləcək? - RƏSMİ CAVAB

Təhsil işçilərinin vaksinasiyası ilə bağlı açıqlama - VİDEO

Təhsil işçilərinin vaksinasiyası ilə bağlı açıqlama - VİDEO

BŞTİ-nin kollektivi vaksinasiya prosesinə qoşulub

BŞTİ-nin kollektivi vaksinasiya prosesinə qoşulub

Təhsil işçilərinin vaksinasiyası barədə məlumat

Təhsil işçilərinin vaksinasiyası barədə məlumat

Peşə məktəbində koronavirusa görə tədris DAYANDIRILDI

Peşə məktəbində koronavirusa görə tədris DAYANDIRILDI

Gürcüstanda koronavirus vaksini vurulan tibb bacısı öldü

Gürcüstanda koronavirus vaksini vurulan tibb bacısı öldü

Müəllimlər kütləvi şəkildə vaksinasiya ediləcək?

Müəllimlər kütləvi şəkildə vaksinasiya ediləcək?

Covid-19-dan sağalan şəxslər də vaksinasiya olunmalıdır - TƏBİB

Covid-19-dan sağalan şəxslər də vaksinasiya olunmalıdır - TƏBİB

Ənənəvi təhsilə yol göründü: Gələn il hamı məktəbə gedəcək

Ənənəvi təhsilə yol göründü: Gələn il hamı məktəbə gedəcək

Bakı, Sumqayıt, Şəki, Gəncə və Abşeronda məktəblər bağlanır – RƏSMİ

Bakı, Sumqayıt, Şəki, Gəncə və Abşeronda məktəblər bağlanır – RƏSMİ

Peyvənd olunmayan müəllimlər cəzalandırılacaqmı? - RƏSMİ AÇIQLAMA

Peyvənd olunmayan müəllimlər cəzalandırılacaqmı? - RƏSMİ AÇIQLAMA

Peyvəndlənməyə neçə təhsil işçisi cəlb olunacaq? - AÇIQLAMA

Peyvəndlənməyə neçə təhsil işçisi cəlb olunacaq? - AÇIQLAMA

Vaksinasiya üçün yaş həddi açıqlandı

Vaksinasiya üçün yaş həddi açıqlandı

Azərbaycanda 18 yaşına çatmış hər şəxsin vaksinasiyası başlayır - RƏSMİ

Azərbaycanda 18 yaşına çatmış hər şəxsin vaksinasiyası başlayır - RƏSMİ

#TəhsilÜçünVaksinasiya

#TəhsilÜçünVaksinasiya

Azərbaycanda 101 yaşlı qadın COVID-19-a qarşı peyvənd olundu - VİDEO

Azərbaycanda 101 yaşlı qadın COVID-19-a qarşı peyvənd olundu - VİDEO

Baş infeksionist: “Peyvənd olunan şəxslər tam arxayınlaşmalı deyil”

Baş infeksionist: “Peyvənd olunan şəxslər tam arxayınlaşmalı deyil”

Azərbaycan 3-cü dalğadan kənar qala bilər - Tanınmış alim

Azərbaycan 3-cü dalğadan kənar qala bilər - Tanınmış alim

Azərbaycanda bu şəxslərə vaksin VURULMAYACAQ - Baş HƏKİM AÇIQLADI

Azərbaycanda bu şəxslərə vaksin VURULMAYACAQ - Baş HƏKİM AÇIQLADI

Pandemiya dövründə tədrisin təşkili

Pandemiya dövründə tədrisin təşkili

Azərbaycanda peyvənd olunanların ümumi sayı açıqlandı

Azərbaycanda peyvənd olunanların ümumi sayı açıqlandı

Azərbaycanda COVID-19 vaksinlərinin ilk olaraq kimlərə vurulacaq?

Azərbaycanda COVID-19 vaksinlərinin ilk olaraq kimlərə vurulacaq?