AzTehsil.com


Xəbərlər
30 sentyabr 2023
593


"Aşpazlar üçün pilot tədris qrupunun yaradılması" layihəsinə həsr olunmuş təqdimat mərasimi keçirilib




Sentyabrın 29-da Dövlət Turizm Agentliyinin "Aşpazlar üçün pilot tədris qrupunun yaradılması" layihəsinə həsr olunmuş təqdimat mərasimi keçirilib.


Dövlət Turizm Agentliyindən  bildirilib ki, Peşə Təhsili üzrə Dövlət Agentliyi, Bakı Turizm Peşə Məktəbi, "CASA Baku" Kulinariya Məktəbi ilə birlikdə reallaşdırılan layihənin əsas məqsədi qastronomiya turizminin inkişafı, milli kulinariya komandasının kadr potensialının və ümumilikdə kulinariya təhsilinin inkişafı istiqamətində işlərin gücləndirilməsidir. Layihə çərçivəsində 2023-2024-cü tədris ili üçün xüsusi bacarıqları olan 20 tələbəyə peşə təhsili səviyyəsində bir il ərzində "Aşpazlıq" ixtisası üzrə "CASA Baku" Kulinariya məktəbinin mütəxəssisləri ilə yanaşı, digər yerli və xarici mütəxəssislər tərəfindən praktik və nəzəri dərslər keçiriləcək.


Tədbirdə Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova, "CASA Baku" Kulinariya Məktəbinin direktoru Kelvin Chong, tərəfdaş təşkilatların təmsilçiləri iştirak ediblər. Qeyd olunub ki, milli mətbəx nümunələrimizin qorunması və ölkəmizin qastronomiya destinasiyası kimi təbliği istiqamətində Agentlik tərəfindən çoxistiqamətli işlər həyata keçirilir. Qastroturizmin inkişafı Azərbaycanın yalnız milli mətbəxini deyil, həmçinin zəngin maddi-mədəni irsini, tarixi ənənələrini və mədəniyyətini dünyaya tanıtmağa kömək edir. Bu baxımdan, dünya miqyaslı yerli və xarici baş aşpazların azərbaycanlı tələbələrə öz bilik və təcrübəsini bölüşməsi onların inkişafı naminə misilsiz xidmət olacaq.


Qeyd edək ki, pilot qrup üçün dərslər zəngin tədris təcrübəsinə və kulinariya sahəsində beynəlxalq statusa malik aşpazlar, həmçinin milli kulinariya üzrə mütəxəssislər tərəfindən keçiriləcək. Layihənin uğurlu keçəcəyi təqdirdə, bu proqramın aşpazlıq üzrə tədrisin təşkilinə nümunə olması və bütün ölkə üzrə tətbiqi planlaşdırılır.


Yeni yaradılmış qrup üzvləri üçün dərslərin təşkilində "CASA" Baku" Kulinariya məktəbinin maddi-texniki imkanlarından istifadə ediləcək. Bu qurum Azərbaycanda "Ümumdünya Kulinariya Cəmiyyətləri Birliyi" tərəfindən akkreditasiya olunmuş yeganə təhsil müəssisəsidir. Məktəbin təhsil proqramları London İnstitutunun "City & Guilds" Beynəlxalq Təşkilatı və Dünya Aşpazlar Assosiasiyası tərəfindən akkreditə olunub ki, bu da məzunların təkcə Azərbaycanda deyil, beynəlxalq bazarlarda da işlə təmin olunmasına şərait yaradır.


Tədbirdə pilot qrupun iştirakçılarına tələbə vəsiqələri paylanılıb. Sonra Kulinariya Mərkəzinin mətbəxində fakültənin müəllimləri tərəfindən tələbələrə ilk praktik və nəzəri dərslər keçirilib.




Загрузка...
Həmçinin oxuyun:
Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi

Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Ümumtəhsil məktəbinin direktorunun   əmək funksiyaları, hüquq və vəzifələri

Ümumtəhsil məktəbinin direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Kadr hazırlığı ölkəmizin sənaye, iqtisadi inkişafına uyğun aparılacaq

Kadr hazırlığı ölkəmizin sənaye, iqtisadi inkişafına uyğun aparılacaq

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

2022-ci təqvim ili rəqəmlərdə

2022-ci təqvim ili rəqəmlərdə

ÜMUMİ TƏHSİL MÜƏSSİSƏLƏRİNİN MÜƏLLİMLƏRİ ÜÇÜN İXTİSASARTIRMA TƏHSİLİNİN KURİKULUM ÇƏRÇİVƏSİ

ÜMUMİ TƏHSİL MÜƏSSİSƏLƏRİNİN MÜƏLLİMLƏRİ ÜÇÜN İXTİSASARTIRMA TƏHSİLİNİN KURİKULUM ÇƏRÇİVƏSİ

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

"Bu, tədrisin keyfiyyətinə təsir göstərəcək" - Dərslərin sentyabrın 1-də başlaması tələb olunur

"Bu, tədrisin keyfiyyətinə təsir göstərəcək" - Dərslərin sentyabrın 1-də başlaması tələb olunur

Məktəbşünaslıq - məktəbi idarəetmə elmidir

Məktəbşünaslıq - məktəbi idarəetmə elmidir

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Mehriban Vəliyeva: Ölkənin iqtisadi, sosial-ictimai həyatında baş verən dəyişikliklər təhsilə birbaşa təsir edir

Mehriban Vəliyeva: Ölkənin iqtisadi, sosial-ictimai həyatında baş verən dəyişikliklər təhsilə birbaşa təsir edir

"Müxtəlif peşələrə yiyələnmək üçün gənclər arasında təbliğat aparılmalıdır"

"Müxtəlif peşələrə yiyələnmək üçün gənclər arasında təbliğat aparılmalıdır"

Peşə təhsili üçün böyük stimullaşdırma- Peşə təhsili hüququ kimlərə verilir?

Peşə təhsili üçün böyük stimullaşdırma- Peşə təhsili hüququ kimlərə verilir?