"Sertifikasiya özəl sektora da öz işini qurmaqda böyük dəstəkdir"
"Sertifikasiya söhbəti çıxandan bu və ya digər şəxslər tərəfindən qaralama kompaniyası aparılırdı. Müəllimlərin işə qəbuluna yanaşma da eyni idi. Bu gün bəzi yaxşı nəticə göstərən müəllimlərin sevincini birtəhər qarşılayanlar da var".
Bunu Filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq bildirib.
Onun sözlərinə görə, məhz imtahan sayəsində yaranacaq bu özgüvən gələcəyin azad və müstəqil müəllimini formalaşdırır:
"Necə ki regional təhsil idarələri təhsili icraların caynağından qurtardı, bu özgüvən də saata möhtac qoyulan müəllimi bəzi direktorların və müavinlərinin caynağından qurtaracaq. Təhsildə inkişafa nail olmaq uzunmüddətli prosesdir, nəticəni qısa zamanda görmək mümkün deyil. Gün olsun, hər kəs bu prosesə cəlb edilib, öz gücünə, dəyərinə bələd olsun. Elm və Təhsil Nazirliyini təbrik edirəm. 10 ildir ki, biz müəllimlərimizi sertifikasiya imtahanına cəlb edirik, bəzən çətinliklər yaşamışıq. Bu proses özəl sektora da öz işini qurmaqda böyük dəstəkdir".
Kənan Nağıbəyli