Xəbərlər / Müəllim
30 oktyabr 2021
1 201


“Məktəb Guşəsi” saytının 5 yaşı tamam olur


“Məktəb Guşəsi” təhsil jurnalının yeddi, Mektebgushesi.az saytının beş yaşı tamam olur.

Gərgin keçən bu illərin sınağından uğurla çıxdıq. Azərbaycan təhsilinin bütün pillələrini əhatə etməklə doğru, dürüst, həqiqəti çatdıran  bir mətbu orqanı olmağa çalışdıq. Ən başlıcası isə  ilk gündən təhsilimizdə baş verən yenilikləri, çatışmazlıqları oxucularımızla bölüşməyin məsuliyyəti ilə yaşadıq. Geridə qoyduğumuz 5 ildə “Məktəb Guşəsi” saytının  mövqeyi milli maraqlara uyğun olduğu kimi, işıqlandırdığımız məqalə və təhlillərin elmə, təhsilə qərəzsiz yanaşma və obyektiv olmasına çalışdıq.

Təhsillə bağlı ilk dərgilərdən biri olduğumuz üçün fəaliyyətə başladığımız ilk gündən ölkədə fəaliyyət göstərən bütün universitetlər, kolleclər, liseylər və orta məktəblərlə six əlaqələr qurmağa da nail olduq. Tanınmış təhsil ekspertləri, Təhsil Nazirliyi yanında İçtimai Şura ilə də əməkdaşlığımız davam edir. Mektebgushesi.az təhsil portalının bu kicik yubileyi ilə bağlı ünvanımıza gələn təbrikləri sadiq oxucularımızla bölüşürük. Bütün təbrikləri olduğu kimi təqdim edirik.

Təhsil Nazirliyi yanında İçtimai Şuranın sədri, Əməkdar Elm Xadimi, professor Şahlar Əsgərov



Çox hörmətli Məzahir Məmmədli!


“Məktəb Guşəsi” aylıq təhsil jurnalı və saytının yubleyi münasibəti ilə Sizi və kollektivinizi ürəkdən təbrik edirəm. Qısa bir müddətdə geniş oxucu kütləsinin və təhsil ictimaiyyətinin rəğbətini qazandınız. Mən də sizi daim izləyirəm və saytınızda həvəslə çıxış edirəm. Zaman-zaman məni narahat edən problemlər: “Rus bölməsinə meyl edənlərin sayı çoxdur “(12.10.18), “Xaricə beyin axınının səbəbi nədir?”(5.11.18), “Azərbaycanın indiki durumunda qəbul imtahanlarına ehtiyac yoxdur”(23.08.20) və digər  məqalələrim “Məktəb Guşəsi” saytında çap edilib.

Tədbirlərinizdə həvəslə iştirak edirəm. Təhsil ocaqlarının müəyyən istiqamətlər üzrə reytinqinin təyin etmənizi yüksək qiymətləndirirəm. Hesab edirəm ki, bu iş təhsildə keyfiyyətin yüksəldilməsinə xidmət edir və təhsil ocaqlarının təhsil sistemində yerini müəyyənləşdirir.

Təhsi sistemimizdə 5 ildir ki, söz sahibisiniz. Bayramınızı alqışlayıram, təbrik edirəm və deyirəm: Yubleyiniz  mübarək olsun!

Təhsil Nazirliyi yanında İçtimai Şuranın sədr müavini, təhsil eksperti Nadir İsrafilov


Hər dəfə sosial şəbəkəyə daxil olanda, ilk olaraq Mektebgushesi.az saytının axtarışından başlayıram.


Çünki, bu sayt sırf təhsil saytıdır, təhsil adamı üçündür. Həm də bu saytda zaman və məkan məhdudiyyəti yoxdur. Bu da saytın çeviklik və operativlik göstəricilərindən biri sayıla bilər. Mektebgushesi.az mənə bir də ona görə doğma və əzizdir ki, yüzlərlə yazı və müsahibəmə şahidlik edib.

Başda peşəkar jurnalist Məzahir Məmmədli olmaqla kollektivin bütün üzvlərini saytın 5 illiyi münasibətilə təbrik edir, onların hər birinə ən səmimi və xoş arzularımı çatdırıram.

Təhsil Nazirliyi yanında İçtimai Şuranın icraçı katibi, fəlsəfə doktoru İlqar Orucov


“Məktəb Guşəsi” saytının yubileyi münasibəti ilə saytın rəhbərliyini və əməkdaşlarını təbrik edirəm.

Mektebgushesi.az təhsillə bağlı olan konkret hədəflərə istiqamətlənmiş bir informasiya saytıdır. Təhsil Nazirliyi yanında İçtimai Şuranın rəhbərliyində təmsil olunduğum dönəmdə ilk dəfə bu saytın fəaliyyəti ilə tanış oldum. Saytda gözəl bir ənənə mövcuddur. İnanıram ki, bu ənənə getdikcə daha da inkişaf edəcək. Ölkədə konkret istiqamətli, informasiyanın sərhədsizləşdiyi bir dövrdə təhsilə yer ayırmaq, təhsillə bağlı yenilikləri, naliyyətləri təbliğ etmək, bütövlükdə təhsilin yanında olmaq müqəddəs bir işdir.

Artıq iki ildir ki Təhsil Nazirliyi yanında İçtimai Şura ilə sıx əməkdaşlıq çərçivəsində münasibətımız davam edir. “Məktəb Guşəsi”nin təhsillə istiqamətlənmiş sorğuları məndə maraq doğurdu. Mən bir neçə dəfə saytın keçirdiyi sorğularla və onun nəticələri ilə tanış oldum və obyektivliyin əsas meyar olduğun gördüm. Ümüd edirəm ki, növbəti illərdə də bu cür sağlam ənənələrlə davam edəcəksiniz. Təbrik edirəm, yeni yaradıcılıq uğurları arzulayıram.

Lənkəran Dövlət Universitetinin Mətbuat xidmətinin rəhbəri, Esmira İsmayılova



Hazırkı dönəmdə ölkəmizdəki çoxsaylı mətbu orqanların içərisində sırf maarifçilk istiqamətində olan az saylı saytlardan biri, həm də birincisi olan “Məktəb Guşəsi” saytının  və eyni adlı jurnalın fəaliyyətə başlamasından 5 il ötür. 5 il tarix üçün qısa zaman kəsiyi olsa da, təcrübəli jurnalist Məzahir Məmmədlinin təsisçisi və baş redaktoru olduğu sayt və jurnal bu  müddət ərzində  ölkədə tanınan, oxunan nəşrlərdən birinə çevrilə bilib, özünə böyük, həm də deyərdim ki, etibarlı oxucu kütləsi toplaya bilib. Şəxsən mən  bütün gün ərzində  “Məktəb güşəsi” saytını diqqətdə saxlayır, ölkənin təhsil mənzərəsini  bu saytın üzərindən  diqqətlə izləyirəm. Bu gün ölkə təhsilində baş verən elə bir yenilk, təşəbbüs yoxdur ki, sayt ona biganə qalsın, həmin mövzuda paylaşımlar edilməsin. Müsbət tərəfi budur ki, tənqidi, polemik, problematik  materiallar da çox verilir və bu zaman balans pozulmur, hər iki tərəfin məsələyə münasibəti əks olunur, tərəfsizlik prinsipi qorunur. Çox təəssüf ki, bu gün çox az mətbu orqan mətbuatın bu ali prinsipinə sadiq qalır.

“Məktəb Guşəsi” saytında  məktəbəqədər təhsil, orta məktəblər, peşə məktəbləri, kolleclər, ali məktəblər –bir sözlə, ölkə təhsilinin gündəlik həyatı peşəkarlıqla əks olunur, materiallar daim yenilənir, operativliyə əməl edilir.

Bizim Lənkəran Dövlət Universitetinin təhsil, mədəni həyatı ilə bağlı informasiyalar 5 ildir ki,  ilk əvvəl bu saytda işıq üzü görür. Buna görə də 5 il bizimlə yol-yoldaşı olan saytın rəhbərliyinə, yaradıcı kollektivinə, şəxsən jurnalist həmkarım Məzahir Məmmədliyə  bütün LDU ailəsi adından minnətdarlığımızı bildirir, daha böyük uğurlar arzu edirik. Yaradıcılıq uğurlarınız yaşınızla tən artsın, əziz həmkarlar! Zəfər bayramının ildönümü ilə üst-üstə düşən 5 yaşınız mübarək!

Xəzər Universitetinin Mətbuat xidmətinin rəhbəri, Əlövsət Əmirbəyli



“Məktəb Guşəsi” saytının və jurnalının çox hörmətli baş redaktoru Məzahir Məmmədli!


Bu gün Sizin yaratmış olduğunuz “Məktəb Guşəsi” saytının 5 illik yubileyidir.


Ötən 5 ildə bu saytın Azərbaycan ictimaiyyətinə çatdırdiğı çoxsaylı məlumatlar və xəbərlər əvəzsizdir.

Əsasən də saytın ali məktəblər, kolleclər, peşə məktəbləri və orta məktəblərlə bağlı bölümləri təhsil sahəsində ictimaiyyətə çox geniş və qiymətli məlumatlar çatdırıb və əminəm ki, bundan sonra da bu ənənə davam etdiriləcək. 5 yaş çox əsnəkdir. Çox böyük yeniliklər yaratmaq üçün erkəndir. Amma Sizlər bu 5 ildə təhsilə dəyər verən hər kəsə özünüzü tanıda bildiniz. İndi Azərbaycanda elə bir ev yoxdur ki, orada “Məktəb Guşəsi”ni tanımasınlar.

Saytın sadə və oxunaqlı olması, xəbərlərin və məlumatların dəqiqliyi hər kəsi bu sayta inanmağa və güvənməyə sövq edir. Bərbəzəkdən və ucuz populizmdən uzaq olan “Məktəb Guşəsi” Azərbaycan ictimaiyyətinə ali məktəblərlə bağlı çoxlu xəbərlər və dəyərli məlumatlar çatdırır.

Bu günə kimi Xəzər Universiteti ilə bağlı verdiyiniz operativ və doğru xəbərlər təkcə bizləri deyil, hər kəsi məmnun etmişdir. Ümüd edirik ki, bundan sonra da ”Məktəb Guşəsi”  doğru, dürüst və qərəzsiz xəbərlərin əsl ünvanı olacaq. Bu yolda Sizə və bütün kollektivinizə Xəzər Universiteti adından uğurlar arzulayırıq. Yolunuz hər zaman açıq və qələminiz iti olsun!

5 illik yubileyiniz mübarək olsun! 50 illik, 100 illik yubileylərə çatasınız.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İctimaiyyətlə Əlaqələr və Marketinq Departamenti, Bəhruz Nəzərov


“Məktəb Guşəsi” təhsil portalını beş yaşı tamam olması münasibəti  ilə təbrik edirəm.

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti artıq beş ildir ki, mektebgushesi.az portalı ilə əməkdaşlıq edir. Bizim əməkdaşlığımız bu illər ərzində çox səmərəli olub. “Məktəb Guşəsi”ni təhsil sahəsindəki digər portallardan fərqləndirən cəhətlərdən biri də tədrisin bütün pilləsi üzrə, bağca, orta məktəb, kollec,  ali məktəblər, magistratura və doktorantura ilə bağlı  xəbərlərin operativ şəkildə yerləşdirilməsi  ilə yanaşı  eyni zamanda  ekspert rəylərini  universitetlərin nümayəndələrinin  təhsil içtimaiyyətinin fikirlərinin də  yer almasıdır. Portalın fərqli cəhətlərindən biri də vaxtaşırı təhsillə bağlı sorğuların keçirilməsidir.   Həm Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, həm də digər universitetlər ücün də sayt məlumat almaq, informasiya toplamaq imkanı yaradır və biz burada özümüzun, eyni zamanda digər universitetlərin tədris sahəsindəki fəaliyyətləri ilə tanış ola bilirik.

Mən belə qısa dövr ərzində təhsil sahəsini əhatə etməyi bacarmiş “Məktəb Guşəsi”nə uğurlar arzulayıram. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti  bundan sonra da sizinlə əməkdaşlığını yüksək səviyyədə davam etdirəcək. Bir daha təbrik edir və yaradıcılıq uğurları arzulayıram.

Azərbaycan Texniki Universitetinin mətbuat katibi, Sevinc İsgəndərova


“Məktəb Güşəsi” jurnalının 7, mektebgushesi.az portalının 5 yaşı tamam olur. Bu münasibətlə jurnalın təsisçisi və baş redaktoru Məzahir Məmmədli başda olmaqla bütün kollektivi təbrik edirəm. Daha çox portalla əməkdaşlıq etdiyimiz üçün fikirlərim də bu barədə olacaq, mektebgushesi.az portalı təhsil sahəsi üzrə ixtisaslaşmış internet resursudur. Burada ali, orta ixtisas və orta məktəblərlə bağlı xəbərlər və yeniliklər barədə məlumat almaq mümkündür. Mən portalın əməkdaşlarının operativliyini xüsusi qeyd etmək istərdim. Qeyd etməliyəm ki, Azərbaycan Texniki Universitetinin saytında hər hansı bir məlumat yerləşdirildikdən təxminən 5 dəqiqə sonra həmin xəbəri mektebgushesi.az portalında oxumaq mümkündür.

5 yaşlı portalın kollektivinə uğurlar və bol oxucu auditoriyası arzu edirəm.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin mətbuat xidmətinin rəhbəri, Taleh Mirzəyev


“Mektebgushesi.az” təhsil portalı fəaliyyət göstərdiyi müddət ərzində ölkəmizin elm-təhsil sferasında baş verən ən son yeniliklərin operativ surətdə işıqlandırılması, təhsil müəssisələri arasında sağlam rəqabətin qurulması və müsbət ictimai rəy formalaşdırılmasında önəmli rol oynamışdır.

Bu gün “Mektebgushesi.az” təhsil portalının fəaliyyətə başlamasından artıq 5 il ötür. Bu qısa müddətdə portalın kollektivi özünü peşəkar və ciddi təhsil mediası kimi təsdiq etmişdir.

Portalın bütün əməkdaşlarına və rəhbərliyinə fəaliyyətlərinin 5 illiyi münasibəti ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rəhbərliyi uğurlar arzulayır, çətin və məsuliyyətli işinizdə yeni-yeni nailiyyətlər diləyir.

ADAU-nun Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Elcan Məmmədov 


Hörmətli Məzahir müəllim!

Sizi və mektebgushesi.az informasiya portalınızın kollektivini 5 illik yubileyiniz münasibəti ilə səmimi qəlbdən təbrik edir və yeni yaradıcılıq uğurları arzu edirəm. Aqrar Universiteti ilə etdiyiniz əməkdaşlıq üçün bir daha təşəkkür edir və gələcəkdə də əlaqələrin daha da inkişaf edəcəyindən əminliyimi bildirirəm.

Bütün işləriniz qələbə, firəvanlıq və can sağlığı ilə əlamətdar olsun!


 Bakı Ali Neft Məktəbi İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri, Aqşin Kamal

 


Əziz “Məktəb Guşəsi” saytının kollektivi, saytınızın 5 yaşının tamam olması münasibətilə sizi təbrik edir, fəaliyyətinizdə daha böyük nailiyyətlər arzulayırıq. “Məktəb Guşəsi” saytı qısa müddətdə geniş oxucu kütləsinin rəğbətini qazana bilib. Saytınız təhsil sektorunda xəbərlərin, məlumatların çatdırılmasında özünəməsusluğu ilə fərqlənir. Sizinlə əməkdaşlıqdan məmnunuq!

Uğurlarınızın davamlı olmasını arzulayırıq!

Azərbaycan Dillər Universitetinin mətbuat xidmətinin rəhbəri, Cavid Zeynallı

 


Saytınızın 5 illik yubileyini Azərbaycan Dillər Universitetinin rəhbərliyi və kollektivi adından ürəkdən təbrik edir, daha böyük uğurlar arzu edirəm. Bizim çox gözəl və səmərəli əməkdaşlığımız var. Təşəkkür edirəm ki, bizim universitetimizin elmi-pedaqoji həyatında baş verən yenilikləri hər zaman oxuculara təqdim edib, xəbərlərimizə həmişə diqqət və həssaslıqla yanaşmısınız. İnanıram ki, bundan sonra da belə olacaq.

“Məktəb guşəsi” Azərbaycan təhsilinin bir guşəsi, həm də maraqlı bir guşəsi olmağı bacarıb. Oxunur, sevilir və inam qazanıb. Arzu edirəm bu etimadı həmişə qoruyub saxlayasınız. Bir daha təbriklər!

Azərbaycan Memarlıq və İnşaat Universitetinin Mətbuat və informasiya şöbəsinin müdiri, Nəcibə Mirzəyeva



Hörmətli Məzahir müəllim və məktəbguşəsi.az saytının dəyərli əməkdaşları!

Saytınızın 5 illik yubileyi münasibəti ilə hər birinizi təbrik edirəm, milli təhsilimizin, elmimizin inkişafı üçün üzərinizə götürdünüyünüz missiyanın yerinə yetirilməsi yolunda Sizə uğurlar arzulayıram.

Bu gün Azərbaycanın informasiya məkanında nəzərəçarpacaq bolluq müşahidə olunur, amma təhsillə birbaşa bağlılığı olan saytlar, informasiya portalları barmaqla sayılacaq qədərdir. Sevindirici haldır ki, “Məktəb Guşəsinin” adı o saytların ön cərgələrində yer alıb. Bu uğurun sirri peşəkarlıq, öz işini sevmək və ona məsuliyyətlə yanaşmaqdan ibarətdir. Siz bunu bacarmısınız, ümidvarıq ki, bundan sonra da yolunuza davam edəcəksiniz, daha maraqlı layihələr, təqdimatlar, müsahibələrlə sayt izləyicilərini məmnun edəcəksiniz. Eyni zamanda ölkəmizin ali təhsil müəssisələrinin fəaliyyəti, yenilikləri, uğurları barədə məlumatların geniş ictimaiyyətə çatdırılması işində xüsusi təmənna güdmədən bizlərə də yardımçı olmağa davam edəcək, dəstəyinizi əsirgəməyəcəksiniz. Bir daha təbrik edirəm, saytınızın uzunömürlü olmasını diləyirəm, qələminiz iti, zehniniz açıq, niyyətiniz həmişə saf olsun!

Bakı Mühəndislik Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Əməkdar jurnalist Elman Babayev


Hörmətli Məzahir müəllim! Sizi və rəhbərlik etdiyiniz kollektivi “Mektebgushesi.az” saytının 5 yaşının tamam olması münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Ötən dövrdə “Mektebgushesi.az” təkcə təhsil sahəsi ilə bağlı məlumatlara önəm verən sayt olmaqla kifayətlənməyib, eyni zamanda, jurnalistika sənətinin inkişafı işində əhəmiyyətli rol oynayıb. Bununla yanaşı, saytınız öz ənənələrinə sadiq qalaraq pedaqoji maarifləndirmə istiqamətində uğurlu fəaliyyət göstərib.

Qısa müddətdə Azərbaycan pedaqoji mətbuatının öncüllərindən birinə çevrilən “Mektebgushesi.az” saytının təhsilin və pedaqoji biliklərin təbliğində xidmətləri danılmazdır. Mövzu seçimindəki rəngarənglik, yanaşma tərzindəki məxsusilik, təhsil qurumlarına fərq qoymadan onlara tribuna verməyiniz saytınıza populyarlıq qazandıran xüsusiyyətlərdən biridir. Bu baxımdan Bakı Mühəndislik Universiteti yarandığı gündən bizimlə ən sıx əməkdaşlıq edən, davamlı öz saytınızda universitetimiz barədə oxucularınıza geniş məlumatlar çatdıran saytlar sırasında “Mektebgushesi.az” öndə dayanır.

Sizi bir daha təbrik edir, daha böyük nailiyyətlərə imza atmağınızı, təhsil sahəsində maarifləndirmə işinə yeni-yeni töhfələr verməyinizi arzu edirəm! Kollektivinizin hər bir üzvünə möhkəm cansağlığı, yeni-yeni yaradıcılıq uğurları, müvəffəqiyyətlər diləyirəm!

BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri, Günel İsgəndər 


Respublikamızda milli mətbuatın, kütləvi informasiya vasitələrinin fəaliyyətinin inkişaf etdirilməsi, ifadə və söz azadlığının təmin edilməsi istiqamətində uğurlu dövlət siyasəti həyata keçirilir.

Bu gün Azərbaycanın öndə gedən elm-təhsil saytlarından biri olan “Məktəb Guşəsi” jurnalının 7, saytının isə 5 yaşı tamam olur. Operativ, maraqlı xəbərləri, reportaj, müsahibələri sayəsində geniş oxucu auditoriyasının rəğbət və inamını qazanmağa müvəffəq olan “Məktəb guşəsi” kollektivini səmimi qəlbdən təbrik edir, gələcək işlərində uğurlar diləyirəm.

Ölkəmizdə təhsil sisteminin yenilənməsində, təlim-tərbiyənin keyfiyyətinin yüksəldilməsində, mütərəqqi tədris metodları və üsullarının təbliğində, gənc nəslin azərbaycançılıq ruhunda tərbiyə olunmasında aparıcı rol oynayan “Məktəb Guşəsi”nə dəqiq və operativ xəbərləri yaymaqda daha geniş imkanlar arzu edirəm. Azərbaycanın elm-təhsil həyatında gedən proseslərlə bağlı məlumatları təqdim etmək yolunda işiniz avand olsun.

Əməkdaşlığımızdan böyük zövq aldığım dəyərli həmkarlar, gününüz mübarək! Xəbəriniz bol olsun!

Mingəçevir Dövlət Universiteti İctimaiyyətlə əlaqələr şöbəsi, Qurban Qurbanzadə


Mingəçevir Dövlət Universiteti olaraq əməkdaşlıq etdiyimiz “Məktəb Guşəsi” saytını başda rəhbərliyi olmaqla, bütün əməkdaşlarını 5 illik yubileyi münasibətilə təbrik edir, təqdirəlayiq fəaliyyətinizdə uğurlar arzulayırıq!


“Məktəb Guşəsi” operativliyi, şəffaflığı və dürüstlüyü ilə seçilən saytlardandır. Bunu daim davam etdirəcəyinizdən hər zaman əminik. Əməkaşlığımızdan məmnunluğumuzu bildirərək, növbəti yubileylər münasibətilə də sizi təbrik etməkdən şad olarıq.

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Aztehsil saytının 1 yaşı tamam oldu

Aztehsil saytının 1 yaşı tamam oldu

Təhsil Nazirliyi yanında yaradılmış İctimai Şuranın təşəbbüsü ilə müzakirə keçirillib

Təhsil Nazirliyi yanında yaradılmış İctimai Şuranın təşəbbüsü ilə müzakirə keçirillib

100 məktəbdə "Milli Qəhrəmanlar" guşəsi yaradılıb

100 məktəbdə "Milli Qəhrəmanlar" guşəsi yaradılıb

Bu gündən 6 yaşı tamam olmayan uşaqların məktəbə qəbulu üçün müsabiqə başlayıb

Bu gündən 6 yaşı tamam olmayan uşaqların məktəbə qəbulu üçün müsabiqə başlayıb

" Saytımız vasitəsilə Sumqayıta gələcək olan şəhidlər barədə əhali məlumat alır və bir yerə toplaşıb şəhid ailəsinə dəstək verə bilirdilər”-5 yaşı tamam olan sayt

" Saytımız vasitəsilə Sumqayıta gələcək olan şəhidlər barədə əhali məlumat alır və bir yerə toplaşıb şəhid ailəsinə dəstək verə bilirdilər”-5 yaşı tamam olan sayt

Bu gün Milli Hüquq evində Direktor.az saytının rəhbəri Elşən Qafarov jurnalist tələbələr ilə görüş keçirib.

Bu gün Milli Hüquq evində Direktor.az saytının rəhbəri Elşən Qafarov jurnalist tələbələr ilə görüş keçirib.

Təhsilə  həsr edilmüş ömür.

Təhsilə həsr edilmüş ömür.

Özəl məktəblərdə tədrisin başlaması qərarını kim verməlidir? – Şərhlər

Özəl məktəblərdə tədrisin başlaması qərarını kim verməlidir? – Şərhlər

Gələn il 18 yaşı tamam olan gənclər yalnız bu halda qəbul imtahanına qatıla biləcəklər

Gələn il 18 yaşı tamam olan gənclər yalnız bu halda qəbul imtahanına qatıla biləcəklər

"Rafiq Əliyev öz şərəfli ömründə elmə, elmi ilə də millətinə qulluq edib"

"Rafiq Əliyev öz şərəfli ömründə elmə, elmi ilə də millətinə qulluq edib"

Bu gün milli televiziya və radio günüdür

Bu gün milli televiziya və radio günüdür

Direktorlar qaçır, bizi məktəbə buraxmırlar, təhsil ekspertləri isə heç nə bilmirlər -Təhsildən yazan jurnalistlərin problemləri

Direktorlar qaçır, bizi məktəbə buraxmırlar, təhsil ekspertləri isə heç nə bilmirlər -Təhsildən yazan jurnalistlərin problemləri

Azerbaycandili.az saytının təqdimatı keçirilib

Azerbaycandili.az saytının təqdimatı keçirilib

Bu gündən I siniflərə məktəb seçimi başlayır

Bu gündən I siniflərə məktəb seçimi başlayır

Bakı məktəbliləri arasında məntiq olimpiadası keçiriləcək

Bakı məktəbliləri arasında məntiq olimpiadası keçiriləcək

Yeni tədris ilində 6 yaşı tamam olmayan uşaqların I sinfə qəbul qaydası açıqlandı

Yeni tədris ilində 6 yaşı tamam olmayan uşaqların I sinfə qəbul qaydası açıqlandı

Fizika, riyaziyyat və informatika təmayüllü liseydə təqdimat mərasimi keçirilib

Fizika, riyaziyyat və informatika təmayüllü liseydə təqdimat mərasimi keçirilib

İlqar Orucov: Pandemiya dövründə İctimai Şura Təhsil Nazirliyinə bəzi vacib təkliflər edib

İlqar Orucov: Pandemiya dövründə İctimai Şura Təhsil Nazirliyinə bəzi vacib təkliflər edib

Məktəbdən uzaqlaşdırılan müəllimlər həyatdan küsürlər

Məktəbdən uzaqlaşdırılan müəllimlər həyatdan küsürlər

Azərbaycan ali məktəblərinin nümayəndələri TDU-nun 100 illik yubiley tədbirlərinə qatılıblar

Azərbaycan ali məktəblərinin nümayəndələri TDU-nun 100 illik yubiley tədbirlərinə qatılıblar

“Virtual məktəb”də qeydiyyat bu gündən mümkün olacaq

“Virtual məktəb”də qeydiyyat bu gündən mümkün olacaq

6 yaşı tamam olmayan 6810 uşaq elektron qeydiyyatdan keçib

6 yaşı tamam olmayan 6810 uşaq elektron qeydiyyatdan keçib

Təhsil tariximizdən

Təhsil tariximizdən

Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şura təhsil ictimayyətinə müraciət edib

Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şura təhsil ictimayyətinə müraciət edib