AzTehsil.com


Xəbərlər / Müəllim
17 sentyabr 2021
1 084


Özəl məktəblərdə tədrisin başlaması qərarını kim verməlidir? – Şərhlər



 

Bəzi özəl məktəblərdə yeni tədris ili sentyabrın 1-dən başlasa da, 3 gündən – Təhsil Nazirliyinin müdaxiləsindən sonra yenidən dayandırılıb.
 
Daha sonra Təhsil naziri Emin Əmrullayev pandemiya dövründə tədrisin təşkili ilə bağlı keçirdiyi brifinqdə özəl məktəblərin istədiyi zaman dərslərə başlaya biləcəyini qeyd edib. O, bunu özəl məktəblərdə tədris müddətinin daha uzun olması ilə əlaqələndirib:
 
"Bəzi məktəblərdə dərslərin Cambridge, IB – International Baccalaureate proqramları və ya başqa məzmunla tədrisini təşkil edirlər. Bu məktəblərdə tədris müddəti daha uzun olur. Məsələn, 36-38, hətta bəzi proqramlarda daha da çox ola bilər. Bu mənada özəl məktəblər əyani tədrisi öz təqvim planlarına uyğun bərpa edə bilərlər. Onların belə bir hüquqları var”.

Bakupost.az özəl məktəblərdə tədrisin nə vaxtdan başladığına dair sorğu aparıb:
Bakı Britaniya Məktəbində (Bakı British School) ənənəvi tədris sentyabrın 9-dan bərpa olunub.
KASPİ Liseyi, XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzində dərslər sentyabrın 15-dən başlayıb.
Avropa Azərbaycan Məktəbi və Bakı Fransız Liseyində isə dərslər sentyabrın 1-də başlasa da, sonradan dayandırılıb:
"Dərslər bu ayın 1-də başladı. Lakin 3-də dayandırıldı. Nazirin brifinqdəki özəl məktəblərlə bağlı qərarından sonra yenidən fəaliyyətimizi davam etdirdik”.
Baş verənlər özəl məktəblərdə tədrisin fəaliyyəti ilə bağlı çaşqınlıqlar yaratdı. Özəl məktəblərin tədris ilinə başlaması qərarının kimə məxsusluğu sual doğurdu.
Bəs bu qərarı kim verməlidir: dövlət, yoxsa məktəb rəhbərliyi?

Mövzu ilə bağlı Bakupost.az -a danışan "Məktəb guşəsi” jurnalının və saytının baş redaktoru, təhsil məsələləri üzrə ekspert Məzahir Məmmədli qeyd etdi ki, özəl məktəblərin Təhsil Nazirliyinə yalnız proqram və tədrisin təşkili ilə bağlı tabeliliyi var:
 
"Digər məsələlərdə müstəqildirlər, özləri qərar verə bilərlər. Pandemiya dövründə Nazirlər Kabineti tərəfindən verilmiş qərara görə, artıq ümumtəhsil məktəbləri, o cümlədən özəl məktəblərin hamısı pandemiya qaydalarına uyğun idarə olunur. Özəl məktəblər özlərinin daxili pedaqoji şurasının qərarı ilə istədiyi məsələdə müstəqildirlər. Hər bir məsələyə özləri qərar verib, onun icrası ilə məşğul ola bilirlər. Sadəcə olaraq, pandemiya dövründə Nazirlər Kabinetinin qaydalarına uyğun qərarlarını uyğunlaşdırırlar”.
Təhsil eksperti Qoşqar Məhərrəmov özəl məktəblərin sərbəst qərarvermə hüququna malik olduğunu düşünür:
 
 
"Təhsil nazirinin bu qərarı verməsinin səbəbi özəl məktəblərdə müxtəlif beynəlxalq kurrikulumlarla tədrisin aparılmasıdır. Məsələn, Cambridge, America, IB kurrikulumları buna misaldır. Kurrikulumlar bir-birindən cüzi fərqlənir. Bəzilərinin həftəsi, dərs yükü daha çox olduğundan nazir bu mənada özəl məktəbləri sərbəst buraxdı. Məsələn, Azərbaycan Britaniya Kolleci ayın 1-dən tədrisə başladı. Daha sonra nazirlikdən bildirildi ki, bu barədə qərar verilməyib və dərslər dayandırıldı. 2-3 gün sonra brifinq oldu, orada nazir özəl məktəblərdə tədrisin bərpa oluna biləcəyini dedi.
Düşünürəm ki, özəl məktəblərdə müəyyən avtonomiya olduğu üçün bu mənada sərbəst qərarvermə hüququna sahibdirlər. Dünyada məktəblərin daxili sərbəstliyi artmaqdadır. Azərbaycanda da bu avtonomiyaya, idarəetmədə muxtariyyətə ehtiyac var. Əgər hər şey mərkəzdən idarə olunacaqsa, o zaman məktəb direktorlarının vəzifəsi, səlahiyyəti nədir? Bu halda vəzifələri sadəcə mövcud vəziyyəti idarə edən, menecerlikdən ibarət olur. Biz isə onlardan liderlik gözləyirik. Özəl məktəblərlə bağlı verilən qərarın normal olduğunu düşünürəm”.
Aygün Nəbiyeva
Baku Post



Загрузка...
Həmçinin oxuyun:
Sentyabrın 1-dən özəl orta məktəblərdə başlanan dərslər sonradan dayandırılıb

Sentyabrın 1-dən özəl orta məktəblərdə başlanan dərslər sonradan dayandırılıb

Bakıda bəzi məktəblərdə dərslər başladı

Bakıda bəzi məktəblərdə dərslər başladı

Özəl məktəblərdə həftədə beş dəfə əyani təhsil tətbiq ediləcək? - RƏSMİ

Özəl məktəblərdə həftədə beş dəfə əyani təhsil tətbiq ediləcək? - RƏSMİ

Özəl ali məktəbləri 3 min 666 abituriyent seçib

Özəl ali məktəbləri 3 min 666 abituriyent seçib

Emin Əmrullayev özəl təhsil müəssisələrinin tədris ilinə hazırlığı ilə maraqlanıb

Emin Əmrullayev özəl təhsil müəssisələrinin tədris ilinə hazırlığı ilə maraqlanıb

Cəsarət Valehov tədrisin dayandırılacağı ilə bağlı yayılan məlumatlara münasibət bildirib

Cəsarət Valehov tədrisin dayandırılacağı ilə bağlı yayılan məlumatlara münasibət bildirib

Məktəb və bağçalarda iş  dayandırılıb.Özəl bağça və liseylər ödənişi geri qaytarırmı?

Məktəb və bağçalarda iş dayandırılıb.Özəl bağça və liseylər ödənişi geri qaytarırmı?

Özəl məktəblər ödənilən təhsil haqqını geri qaytarmağa borcludurlar.

Özəl məktəblər ödənilən təhsil haqqını geri qaytarmağa borcludurlar.

Özəl ali məktəblərə tələbə qəbulu planı azaldıldı

Özəl ali məktəblərə tələbə qəbulu planı azaldıldı

Təhsil Nazirliyinin müraciəti

Təhsil Nazirliyinin müraciəti

Bu xidmətlər özəl klinikalarda ödənişsiz olacaq

Bu xidmətlər özəl klinikalarda ödənişsiz olacaq

Dünyada distant təhsil  mənzərəsi necədir?

Dünyada distant təhsil mənzərəsi necədir?

Niderlanddan gözlənilməz COVID-19 qərarı -Məktəblər açılır

Niderlanddan gözlənilməz COVID-19 qərarı -Məktəblər açılır

X-XI siniflərdə dərslər distant formada davam etdiriləcək - RƏSMİ

X-XI siniflərdə dərslər distant formada davam etdiriləcək - RƏSMİ

Özəl ali məktəblər qiymətləri 50 faiz endirdi

Özəl ali məktəblər qiymətləri 50 faiz endirdi

Bələdiyyələrin də məktəbi olacaq

Bələdiyyələrin də məktəbi olacaq

Təhsil Nazirliyi: Dərslərin necə başlaması ilə bağlı qaydalar hələ hazır deyil – VİDEO

Təhsil Nazirliyi: Dərslərin necə başlaması ilə bağlı qaydalar hələ hazır deyil – VİDEO

“Özəl məktəbdə oxuyan hər şagirdin müəllim və valideyninin hesabına 1000 manat köçürülməlidir, çünki...” – Təklif

“Özəl məktəbdə oxuyan hər şagirdin müəllim və valideyninin hesabına 1000 manat köçürülməlidir, çünki...” – Təklif

Özəl bağçalarla bağlı İRAD: Bir çox ailələrin ödəmək imkanı olmur

Özəl bağçalarla bağlı İRAD: Bir çox ailələrin ödəmək imkanı olmur

Tələbələrin nəzərinə - Təhsil haqlarına nəzarət olunacaq

Tələbələrin nəzərinə - Təhsil haqlarına nəzarət olunacaq

Təfəkkür Universitetinin bağlanması özəl ali məktəb sferasında ilk hadisə deyil

Təfəkkür Universitetinin bağlanması özəl ali məktəb sferasında ilk hadisə deyil

İlqar Orucov: Ümid edirəm ki, valideynlər məsuliyyətlərini dərk edəcəklər

İlqar Orucov: Ümid edirəm ki, valideynlər məsuliyyətlərini dərk edəcəklər

Özəl məktəbəqədər təhsil müəssisələrinin sayı  çoxalıb.

Özəl məktəbəqədər təhsil müəssisələrinin sayı çoxalıb.

Dərslər sentyabrın 1-dən BAŞLANACAQ? – RƏSMİ CAVAB

Dərslər sentyabrın 1-dən BAŞLANACAQ? – RƏSMİ CAVAB