AzTehsil.com


Xəbərlər
30 mart 2020
2 111


Məktəb və bağçalarda iş dayandırılıb.Özəl bağça və liseylər ödənişi geri qaytarırmı?



Məktəb və bağçalarda iş  dayandırılıb.Özəl bağça və liseylər ödənişi geri qaytarırmı?

 

Bütün ölkəni qorxu içərisinə salan koronavirus pandemiyası (COVID-19) dünyada əksər təhsil müəssisələrinin bağlanmasına səbəb olub. O cümlədən Azərbaycanda fəaliyyət göstərən məktəb və bağçaların da işi dayandırılıb.

Bəzi özəl məktəb və bağçalar ödənişli olduğundan təhsil haqları ya ilin əvvəlindən, ya da aylıq olaraq verilir. Tədrisin müvəqqəti dayandırılması martın əvvəlinə təsadüf edir. Bəs tədrisin dayandırıldığı aylar üçün aylıq ödənişlər geri qaytarılacaqmı? Yaxud həmin ödənişlər növbəti tədris ili üçün hesablanacaq?

AzTehsil.com xəbər verir ki, "Report” bununla bağlı bir sıra özəl məktəb və uşaq bağçaları ilə əlaqə saxlamağa çalışıb.

"Sabis sun” Beynəlxalq Bakı məktəbindən "Report”a bildirilib ki, hazırda dərslər onlayn rejimdə keçirilir:

"Bu il məktəbimizin 12-ci ilini başa vuran şagirdlərimiz olacaq. Yəni ilk buraxılışımız bu il üçün nəzərdə tutulub. Ona görə də bütün fikirlərimizi şagirdlərimizin dərslərindən kənar qalmaması işinə fokuslanmışıq. Hələlik təhsil haqları ilə bağlı rəhbərlikdən göstəriş gəlməyib. Məktəblər açıldıqdan sonra dəqiq nəsə demək olar. Yəqin ki, hansısa dəyişiklik olacaq. Amma dəqiq hansı dəyişikliklər olacaq bununla bağlı hələlik rəsmi qərar yoxdur”.
"Evrika” liseyində təhsil alan şagirdin valideyni isə qeyd edib ki, təhsil üçün aylıq 550 manat ödəniş edir: "Mənə zəng edib mart ayının ödənişini tələb edirlər. Bu da həmin liseylə valideyn arasında imzalanan müqavilənin müddəasında öz əksini tapıb. Belə ki, müqavilədə qeyd olunub ki, ölkədə fövqəladə rejim qeyd olunsa da, təhsil haqqı ödənməlidir”.

Övladı Türk dünyası Bakı Atatürk liseyində oxuyan valideyn "Report”a tədris ili başlamamışdan qabaq təhsil ocağına illik təhsil haqqı olaraq 1200 manat ödədiyini deyib: "Digər təhsil müəssisələrində olduğu kimi bu liseydə də dərslər dayandırılıb. Lisey bağlandıqdan bir müddət sonra müəllimlər şagirdlərə tapşırıqlar verib, onların yerinə yetirilməsini istəyir, cavabları həm səsli, həm də şəklini çəkib göndərirlər. Bu gündən etibarən dərslər görüntülü formada keçirilir”.

Valideyn bu müddət ərzində liseydən narazı olmadığını və ödənişin geri qaytarılmasına ehtiyac duymadığını bildirib.

Zərifə Əliyeva adına Uşaq bağçasında tərbiyə alan uşağın valideyni "Report”a söyləyib ki, aylıq 620 manat ödəniş edir:

"Həmin bağçada illik ödəniş edənlər də var. Onların aqibəti barədə məlumatsızam. Bu ayın əvvəlindən uşağım bağçaya getmir. Ölkədəki məlum vəziyyəti nəzərə alaraq mart və aprel aylarının ödənişlərini etməmişəm. Bu da bağça rəhbərliyi və valideyn arasında imzalanan müqavilənin şərtlərindən asılıdır. Bu gün üçün də bağçadan bizə zəng edib "ödəniş edin” deyən olmayıb”.
Digər valideyn isə övladının "Elif” Tədris Mərkəzinin yarımgünlük bağçasına getdiyini və aylıq 70 manat ödədiyini bildirib: "Ödənişlər burada illik deyil, biz bu ay üçün ödəniş etməmişik. Digər valideynlərin ödəniş edib-etməməyindən xəbərimiz yoxdur”.

Mart ayının əvvəlindən ödəniş edən valideynlərdən biri də övladının tərbiyəsi üçün "İntellekt kids club” uşaq bağçasına yarım günlük apardıqlarından 100 manat pul verib: "Ancaq ödəniş geri qaytarılmayıb. Çünki bizim bağçada fərqlidir. Misal olaraq, nə zaman bağçalar fəaliyyətə başlayacaq həmin ayın ödənişi edilməyəcək və mart ayının pulu o zamana hesanlanacaq”.

Digər özəl məktəblərlə (Bakı Oksford Məktəbi, Azərbaycan Britaniya Kolleci (ABC), Heydər Əliyev adına Müasir Təhsil Kompleksi və s.) və bir çox uşaq bağçası ilə əlaqə saxlamaq mümkün olmadı.

Qeyd edək ki, koronavirus təhlükəsi ilə əlaqədar martın 3-dən etibarən Azərbaycanın bütün təhsil müəssisələrində tədris dayandırılıb və tətil aprelin 20-dək davam edəcək. 




Загрузка...
Həmçinin oxuyun:
Özəl bağçalarda ödənişin məbləği orta gəlirli ailələr üçün yüksəkdir

Özəl bağçalarda ödənişin məbləği orta gəlirli ailələr üçün yüksəkdir

Özəl məktəblərdə təhsilin qiyməti - ARAŞDIRMA

Özəl məktəblərdə təhsilin qiyməti - ARAŞDIRMA

Uşaq bağçaları necə olmalıdır? - Dünya ölkələri ilə müqayisəli təhlil

Uşaq bağçaları necə olmalıdır? - Dünya ölkələri ilə müqayisəli təhlil

Özəl universitetlərdə hansı ixtisasların təhsil haqları endirildi... - SİYAHI

Özəl universitetlərdə hansı ixtisasların təhsil haqları endirildi... - SİYAHI

Özəl bağçalarla bağlı İRAD: Bir çox ailələrin ödəmək imkanı olmur

Özəl bağçalarla bağlı İRAD: Bir çox ailələrin ödəmək imkanı olmur

Pul verməyən uşaqlar üçün "Kasıblar qrupu" yaradıldı - Bakıda bağçada görünməmiş qanunsuzluq

Pul verməyən uşaqlar üçün "Kasıblar qrupu" yaradıldı - Bakıda bağçada görünməmiş qanunsuzluq

Hansı universitetlər təhsil haqlarını artırıblar?

Hansı universitetlər təhsil haqlarını artırıblar?

Kamran Əsədov: -Yeni qərardan sonra təhsil sistemində nələr olacaq?

Kamran Əsədov: -Yeni qərardan sonra təhsil sistemində nələr olacaq?

UNEC-də dərslər distant formada təşkil ediləcək

UNEC-də dərslər distant formada təşkil ediləcək

Naxçıvanda da dərslər martın 27-dək təxirə salınıb

Naxçıvanda da dərslər martın 27-dək təxirə salınıb

Bundan sonra təhsil sistemində nələr olacaq? - AÇIQLAMA GƏLDİ

Bundan sonra təhsil sistemində nələr olacaq? - AÇIQLAMA GƏLDİ

" Valideynlərin özləri övladlarına evdən ərzaq qoymasa, o zaman uşaqlar keyfiyyətsiz qida ilə qidalanmalı olacaqlar"

" Valideynlərin özləri övladlarına evdən ərzaq qoymasa, o zaman uşaqlar keyfiyyətsiz qida ilə qidalanmalı olacaqlar"

Məktəblilərin davamiyyəti barədə valideynlərə SMS-bildiriş xidməti bərpa olunacaq

Məktəblilərin davamiyyəti barədə valideynlərə SMS-bildiriş xidməti bərpa olunacaq

Bəzi univeritetlərdə təhsil haqqları artırıldı – SİYAHI

Bəzi univeritetlərdə təhsil haqqları artırıldı – SİYAHI

Analıq məzuniyyətinə çıxanları ən çox bu düşündürür - Müavinətləri belə hesablanır

Analıq məzuniyyətinə çıxanları ən çox bu düşündürür - Müavinətləri belə hesablanır

Azərbaycanda bir tələbəyə düşən xərclər artır - RƏSMİ

Azərbaycanda bir tələbəyə düşən xərclər artır - RƏSMİ

Dərslər nə vaxt başlayacaq?

Dərslər nə vaxt başlayacaq?

Müəllimlərin yay tətili ləğv olunacaq?

Müəllimlərin yay tətili ləğv olunacaq?

Məktəbli formalarında ediləcək yeniliklərlə bağlı açıqlama: “Bunun üçün böyük vaxt lazımdır”

Məktəbli formalarında ediləcək yeniliklərlə bağlı açıqlama: “Bunun üçün böyük vaxt lazımdır”

Dünyada müəllimə ən yüksək maaş verən ölkələr- Təəccübləndirəcək rəqəmlər

Dünyada müəllimə ən yüksək maaş verən ölkələr- Təəccübləndirəcək rəqəmlər

Azərbaycanda bağça, məktəb və universitetlər bağlandı - Rəsmi açıqlama

Azərbaycanda bağça, məktəb və universitetlər bağlandı - Rəsmi açıqlama

Dövlət qulluqçularının maaşı özəl sektorda çalışanların məvacibi ilə eyni olacaq - Nazir müavini

Dövlət qulluqçularının maaşı özəl sektorda çalışanların məvacibi ilə eyni olacaq - Nazir müavini

Bakı Mühəndislik Universitetində tədris prosesinin vaxtı uzadılıb

Bakı Mühəndislik Universitetində tədris prosesinin vaxtı uzadılıb

Uşaqlarla internet üzərindən dərslər tədrisin keyfiyyətinə və mənimsəmə prsesinə təsir göstərir.

Uşaqlarla internet üzərindən dərslər tədrisin keyfiyyətinə və mənimsəmə prsesinə təsir göstərir.