AzTehsil.com


Xəbərlər / Məktəbə qədər və məktəbdən kənar
17 avqust 2018
2 586


" Valideynlərin özləri övladlarına evdən ərzaq qoymasa, o zaman uşaqlar keyfiyyətsiz qida ilə qidalanmalı olacaqlar"



 

"Dövlət uşaq bağçalarının vəziyyəti ürəkaçan deyil”
 
Kamran Əsədov: "… həmin ərzağın böyük əksəriyyəti mənimsənilir”

 

Uşaq bağçalarında əsassız olaraq artıq qruplar yaradılır, uşaqların ərzaqla təchizatı isə çox aşağı səviyyədədir. Bu fakt Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən 2018-ci ilin birinci yarısında aparılan nəzarət tədbirləri nəticəsində aşkar edilib.

Habelə uşaq bağçalarında uşaqların davamiyyətinin çox aşağı olduğu, bəzi hallarda isə binaların tam yararsız vəziyyətdə olmasına baxmayaraq, həmin binalarda uşaq bağçalarının fəaliyyətinin sənədləşdirildiyi, uşaqların ərzaqla təchizatının qənaətbəxş olmadığı, bəzi hallarda uşaqlara verilməsi sənədləşdirilən ərzaq məhsullarının bir hissəsinin faktiki olaraq alınmadığı və onlara verilmədiyi kimi nöqsanlar üzə çıxarılıb.
 

" Valideynlərin özləri övladlarına evdən ərzaq qoymasa, o zaman uşaqlar keyfiyyətsiz qida ilə qidalanmalı olacaqlar"

 

Təhsil eksperti Kamran Əsədov "Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, bu gün Azərbaycanda 1640 uşaq bağçası fəaliyyət göstərir. Bunlardan 320-si Bakı şəhərindədir. Uşaq bağçalarında təxminən 124 minə yaxın uşaq var. 124 min uşağa 15 min müəllim tərbiyə verir: "Təəssüf hissilə qeyd edim ki, bu sahəyə dövlət tərəfindən yüksək məbləğdə vəsait ayrılmasına baxmayaraq, ciddi şəkildə yeyinti halları mövcuddur. İlk olaraq bildirim ki, dövlət bağçalarında uşaqların qəbulu vaxtı bağça rəhbərliyi tərəfindən qanunsuz tələblər irəli sürülür. Valideyn övladının bağçaya qəbul olunması üçün müracət edən zaman ona boş yerin olmadığı cavabı verilir. Belə olan halda, müəyyən məbləğdə vəsait ödəniləndən sonra uşaq bağçaya götürülür.

Digər problem isə valideynlərdən aylıq 20-30 manat məbləğində xidmət haqqının tələb olunmasıdır. Bu da qanunsuzdur.

Üçüncü nöqsan isə qidalanma ilə bağlıdır. Bu olduqca ciddi nöqsandır. Məlumat üçün bildirim ki, dövlət tərəfindən hər bir uşağın qidalanması üçün menyu müəyyən olunsa da, bəzi bağça müdirləri və ayrı-ayrı yerli icra hakimiyyəti orqanları tərəfindən həmin ərzağın böyük əksəriyyəti mənimsənilir. Beləliklə, həmin qidalar uşaq bağçasına gedib çatmır. Bu problemlə bağlı şikayətlər yetərincədir. Valideynlərin özləri övladlarına evdən ərzaq qoymasa, o zaman uşaqlar keyfiyyətsiz qida ilə qidalanmalı olacaqlar. Təəssüf ki, bu problem bütün dövlət uşaq bağçalarında qeydə alınır”.  

Həmsöhbətimiz tərbiyəçilərlə də bağlı problemin olduğunu dilə gətirdi: "Təəssüf ki, bağçalarda övladlarımızın tərbiyəsi ilə məşğul olanların böyük əksəriyyətinin ali təhsili yoxdur. Tərbiyəçilərin 40 faizə yaxınının orta təhsili var”.

K.Əsədov təəssüf hissilə vurğuladı ki, dövlət uşaq bağçalarının vəziyyəti ürəkaçan deyil. Özəl uşaq bağçalarında isə vəziyyət olduqca yaxşıdır.



Загрузка...
Həmçinin oxuyun:
Bağçalarda artıq qruplar yaradılır, uşaqların ərzaq təchizatı çox aşağı səviyyədədir - Maliyyə Nazirliyi

Bağçalarda artıq qruplar yaradılır, uşaqların ərzaq təchizatı çox aşağı səviyyədədir - Maliyyə Nazirliyi

Uşaq bağçalarında aşpazlar ixtisara salınır?

Uşaq bağçalarında aşpazlar ixtisara salınır?

Uşaq bağçalarının qida rasionlarında çatışmazlıqlar var - AÇIQLAMA

Uşaq bağçalarının qida rasionlarında çatışmazlıqlar var - AÇIQLAMA

Uşaq bağçalarının qida rasionlarında çatışmazlıq var - Video

Uşaq bağçalarının qida rasionlarında çatışmazlıq var - Video

Bəzi uşaq bağçalarında tibb işçisi yoxdur - VİDEO

Bəzi uşaq bağçalarında tibb işçisi yoxdur - VİDEO

Bağçalarda  uşaqlara  verilən   işgəncələr

Bağçalarda uşaqlara verilən işgəncələr

Bakının Nizami rayonunda yeni bağça istifadəyə verilib

Bakının Nizami rayonunda yeni bağça istifadəyə verilib

Uşaq bağçaları necə olmalıdır? - Dünya ölkələri ilə müqayisəli təhlil

Uşaq bağçaları necə olmalıdır? - Dünya ölkələri ilə müqayisəli təhlil

Pul verməyən uşaqlar üçün "Kasıblar qrupu" yaradıldı - Bakıda bağçada görünməmiş qanunsuzluq

Pul verməyən uşaqlar üçün "Kasıblar qrupu" yaradıldı - Bakıda bağçada görünməmiş qanunsuzluq

Şaxta baba ləğv olundu – Məktəbdə yalnız Qar qıza icazə verilir

Şaxta baba ləğv olundu – Məktəbdə yalnız Qar qıza icazə verilir

Bağçalarında valideynlər üçün fərdi videomüşahidə sistemi yaradıla bilər.

Bağçalarında valideynlər üçün fərdi videomüşahidə sistemi yaradıla bilər.

AT-EŞŞƏK ƏTİ indi də uşaq bağçalarında?

AT-EŞŞƏK ƏTİ indi də uşaq bağçalarında?

“Uşaq bağçalarında bütün otaqlarda kameralar quraşdırılmalıdır”

“Uşaq bağçalarında bütün otaqlarda kameralar quraşdırılmalıdır”

"Müstəqillikdən sonra təhsil sahəsində də boşluqlar yarandı"

"Müstəqillikdən sonra təhsil sahəsində də boşluqlar yarandı"

Ölkədə təhsildən yayınan və yenidən təhsilə cəlb edilən uşaqların SAYI açıqlandı

Ölkədə təhsildən yayınan və yenidən təhsilə cəlb edilən uşaqların SAYI açıqlandı

Tərbiyədə əsas rol: Valideyn-uşaq münasibətləri

Tərbiyədə əsas rol: Valideyn-uşaq münasibətləri

"Müstəqllikdən sonra təəssüf ki, ölkədə məktəbəqədər təhsil müəssisələrinin sayı azalıb"

"Müstəqllikdən sonra təəssüf ki, ölkədə məktəbəqədər təhsil müəssisələrinin sayı azalıb"

Bağçalarda zəhərlənmə halları nədən yaranır?

Bağçalarda zəhərlənmə halları nədən yaranır?

Təhsildən kənarda qalan uşaqlar - SƏBƏB İSƏ...

Təhsildən kənarda qalan uşaqlar - SƏBƏB İSƏ...

Uşaqlar evdən niyə qaçır? – AÇIQLAMA

Uşaqlar evdən niyə qaçır? – AÇIQLAMA

Azərbaycanda məktəbəqədər təhsil - bağçalarda nə var, nə yox?

Azərbaycanda məktəbəqədər təhsil - bağçalarda nə var, nə yox?

Uşaq evlərindəki kimsəsiz uşaqların sayı -RƏSMİ RƏQƏM AÇIQLANDI

Uşaq evlərindəki kimsəsiz uşaqların sayı -RƏSMİ RƏQƏM AÇIQLANDI

Uşaqlar üçün müvəqqəti bağça - Bir neçə saatlıq...

Uşaqlar üçün müvəqqəti bağça - Bir neçə saatlıq...

Azərbaycanda uşaq bağçalarına qəbulda tətbiq olunacaq güzəştlər məlum olub

Azərbaycanda uşaq bağçalarına qəbulda tətbiq olunacaq güzəştlər məlum olub