AzTehsil.com


Xəbərlər / Məktəbə qədər və məktəbdən kənar
25 yanvar 2018
2 936


Azərbaycanda uşaq bağçalarına qəbulda tətbiq olunacaq güzəştlər məlum olub



Azərbaycanda uşaq bağçalarına qəbulda tətbiq olunacaq güzəştlər məlum olub

Azərbaycan Nazirlər Kabineti "Məktəbəqədər təhsil müəssisələrinə qəbul Qaydası”nı təsdiqləyib.


Məlumata görə, qaydaya əsasən, məktəbəqədər təhsil müəssisəsinə 1 yaşdan 6 yaşadək (6 yaş daxil olmaqla) uşaqlar qəbul edilirlər. Məktəbəqədər təhsil müəssisəsinin uşaqlarla komplektləşdirilməsi zamanı uşaq kontingenti məktəbəqədər təhsil müəssisəsinin növünə və uşaqların yaşına uyğun formalaşdırılır:


1. körpələr evi - 1 yaşdan 3 yaşadək;


2. körpələr evi-uşaq bağçası - 1 yaşdan 6 yaşadək;


3. uşaq bağçası - 3 yaşdan 6 yaşadək.


Qrupların komplektləşdirilməsi hər ilin may ayından başlayaraq sentyabr ayınadək, uşaqların məktəbəqədər təhsil müəssisəsinə qəbulu iyunun 1-dən avqustun 31-dək həyata keçirilir, boş yerlərə qəbul isə il ərzində aparılır.


Uşaqların məktəbəqədər təhsil müəssisəsinə qəbulu üçün aşağıdakı sənədlər tələb olunur:


1. müəssisənin müdirinin adına ərizə


2. valideynin və ya digər qanuni nümayəndənin şəxsiyyətini təsdiq edən sənədin surəti;


3. uşaqların mübadilə vərəqəsi;


4. uşağın doğum haqqında şəhadətnaməsinin surəti;


5. uşağın 3x4 sm ölçüdə 2 ədəd fotoşəkli;


6. uşağın sağlamlığının vəziyyəti barədə tibbi arayış.


Məktəbəqədər təhsil müəssisəsində yalnız boş yer olmadığı halda, uşaqların müəssisəyə qəbul edilməsindən imtina oluna bilər. Əks halda, uşağın məktəbəqədər təhsil müəssisəsinə qəbul edilməsindən imtina olunması valideynə və ya digər qanuni nümayəndəyə bu barədə təsisçiyə şikayət etmək hüququ verir. Sağlamlıq imkanları məhdud olan uşaqların məktəbəqədər təhsil müəssisəsinə qəbulu və onların orada qalma müddətinin müəyyənləşdirilməsi psixoloji-tibbi-pedaqoji komissiyanın qərarına əsasən həyata keçirilir.

 

Dövlət məktəbəqədər təhsil müəssisəsinə ilk növbədə şəhid ailələrinin, Qarabağ müharibəsi iştirakçılarının və əlillərinin, tək işləyən valideynlərin, I və II qrup əlillərin, hərbi xidmətdə olan valideynlərin, təhsil alan anaların uşaqları, çoxuşaqlı ailələrdən olan uşaqlar, qəyyumluqda olan uşaqlar qəbul edilirlər. Azərbaycan Respublikasının vətəndaşı olan uşaqlarla Azərbaycan Respublikasında yaşayan əcnəbi və vətəndaşlığı olmayan məktəbəqədər yaşlı uşaqların məktəbəqədər təhsil müəssisələrində bərabər şərtlərlə təhsil almaları təmin edilir.  Bələdiyyə və özəl məktəbəqədər təhsil müəssisəsi ilə valideynlər və ya digər qanuni nümayəndələr arasında münasibətlər müqavilə ilə tənzimlənir.




Загрузка...
Həmçinin oxuyun:
Körpələr evi və uşaq bağçalarına qəbul qaydası AÇIQLANDI

Körpələr evi və uşaq bağçalarına qəbul qaydası AÇIQLANDI

Məktəbəqədər təhsil müəssisələrinə qəbul zamanı şəhid övladlarına üstünlük veriləcək

Məktəbəqədər təhsil müəssisələrinə qəbul zamanı şəhid övladlarına üstünlük veriləcək

İlham Əliyev məktəbəqədər təhsil barədə fərman verdi

İlham Əliyev məktəbəqədər təhsil barədə fərman verdi

6 yaşadək uşaqların çoxu məktəbəqədər təhsildən kənarda qalır -HESABAT

6 yaşadək uşaqların çoxu məktəbəqədər təhsildən kənarda qalır -HESABAT

Uşaq evlərinə məktəbəqədər yaşlı uşaqların təhsilini təşkil etmək hüququ verilib

Uşaq evlərinə məktəbəqədər yaşlı uşaqların təhsilini təşkil etmək hüququ verilib

Məktəbəhazırlıq qruplarına uşaqların qəbulu qaydası təsdiqlənib

Məktəbəhazırlıq qruplarına uşaqların qəbulu qaydası təsdiqlənib

"Məktəbəqədər təhsil müəssisələrinə qəbul Qaydası” təsdiqlənib

"Məktəbəqədər təhsil müəssisələrinə qəbul Qaydası” təsdiqlənib

Məktəbəqədər təhsil müəssisələrində uşaqların sosial müdafiəsinə dair tədbirlər müəyyənləşib

Məktəbəqədər təhsil müəssisələrində uşaqların sosial müdafiəsinə dair tədbirlər müəyyənləşib

MM-də “Məktəbəqədər təhsil haqqında” qanun layihəsi müzakirə olunub

MM-də “Məktəbəqədər təhsil haqqında” qanun layihəsi müzakirə olunub

Məktəbəqədər təhsil müəssisələri və uşaq evlərinin pedaqoji şuralarının əsasnaməsinə dəyişiklik edilib

Məktəbəqədər təhsil müəssisələri və uşaq evlərinin pedaqoji şuralarının əsasnaməsinə dəyişiklik edilib

Məktəbəqədər təhsil müəssisələri şəbəkəsi optimallaşdırılacaq

Məktəbəqədər təhsil müəssisələri şəbəkəsi optimallaşdırılacaq

Uşaq bağçaları ilə bağlı yenilik

Uşaq bağçaları ilə bağlı yenilik

Təhsil Nazirliyi: Məktəbəqədər təhsilin yeni formalarının təşkili və icra mexanizmi hazırlanmalıdır

Təhsil Nazirliyi: Məktəbəqədər təhsilin yeni formalarının təşkili və icra mexanizmi hazırlanmalıdır

Məktəbə hazırlığın təşkili Qaydaları

Məktəbə hazırlığın təşkili Qaydaları

Özəl bağçalarda ödənişin məbləği orta gəlirli ailələr üçün yüksəkdir

Özəl bağçalarda ödənişin məbləği orta gəlirli ailələr üçün yüksəkdir

“Məktəbəqədər təhsil haqqında" qanun layihəsi qəbul olunub

“Məktəbəqədər təhsil haqqında" qanun layihəsi qəbul olunub

Özəl bağçalarla bağlı İRAD: Bir çox ailələrin ödəmək imkanı olmur

Özəl bağçalarla bağlı İRAD: Bir çox ailələrin ödəmək imkanı olmur

Məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayır

Məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayır

1-5 yaşlı uşaqların 14,2 faizi məktəbəqədər təhsil müəssisələrində tərbiyə alır

1-5 yaşlı uşaqların 14,2 faizi məktəbəqədər təhsil müəssisələrində tərbiyə alır

"2020-ci ilədək məktəbəqədər təhsilin əhatə dairəsini 90%-ə çatdırmaq niyyətindəyik"

"2020-ci ilədək məktəbəqədər təhsilin əhatə dairəsini 90%-ə çatdırmaq niyyətindəyik"

Valideynlərin üçdə ikisi uşaqları üçün kitab oxuyur

Valideynlərin üçdə ikisi uşaqları üçün kitab oxuyur

Təhsil Nazirliyi: Məktəbəqədər təhsil haqqında dövlət standartlarının layihəsi hökumətə təqdim olunub

Təhsil Nazirliyi: Məktəbəqədər təhsil haqqında dövlət standartlarının layihəsi hökumətə təqdim olunub

Psixoloji-tibbi pedaqoji komissiya barədə  Əsasnamə

Psixoloji-tibbi pedaqoji komissiya barədə Əsasnamə

“Einstein” robotu - uşaqların məktəbəqədər təhsili üçün ...

“Einstein” robotu - uşaqların məktəbəqədər təhsili üçün ...