AzTehsil.com


Xəbərlər / Valideyn / Müəllim
09 sentyabr 2021
1 221


İlqar Orucov: Ümid edirəm ki, valideynlər məsuliyyətlərini dərk edəcəklər



 

Ötən gün keçirilən brifinqdə təhsil naziri Emin Əmrullayev 2021-2022-ci dərs ilində ölkəmizin bütün təhsil müəssisələrində tədrisin mərhələli şəkildə ənənəvi təşkil olunacağını bildirdi. Vurğuladı ki, ümumtəhsil müəssisələrinin I-IV sinifləri sentyabrın 22-dən ənənəvi şəkildə tədrisə başlayacaq. Sentyabrın 29-dan isə ümumtəhsil müəssisələrinin bütün sinifləri üzrə, eləcə də məktəbdənkənar, peşə, orta ixtisas və ali təhsil müəssisələrində tədrisə ənənəvi şəkildə start veriləcək.

 Təhsil eksperti İlqar Orucov mövzu ilə bağlı "İki sahil”ə açıqlamasında bütün Azərbaycan xalqını və təhsil ictimaiyyətini yeni tədris ilinin başlaması münasibətilə təbrik edərək bunun çox vacib bir qərar olduğunu bildirib: "Biz hər zaman qeyd edirdik ki, ənənəvi təhsili əvəz edəcək təhsil forması yoxdur. İl yarımdan çoxdur ki, təhsilsizlik boşluğunu doldurmağa məcbur olduğumuz üçün fərqli formatlarda təhsilin davam etdirilməsi ilə bağlı qərarlar qəbul etdik, lakin ənənəvi təhsil artıq bərpa olunur və bu, çox sevindirici haldır. Düşünürəm ki, bütövlükdə həm təhsil alanlar, həm də təhsil verənlər ənənəvi təhsil üçün xeyli darıxıblar. Ümid edirəm ki, ənənəvi təhsilin bərpa olunması ilə təhsilin keyfiyyəti artıq öz axarına düşəcəkdir.”

Ekspert qeyd edib ki, qəbul olunan bu qərarla bağlı cəmiyyətdə birmənalı fikir yoxdur. Bəzi insanlar məktəblərin açılmasının riskli olduğunu düşünürlər. Amma biz hər zaman qeyd edirik ki, pandemiyanın nə vaxt bitəcəyi məlum deyil və biz pandemiya şəraitində yaşamağa məcburuq. Fərqli ölkələrdə artıq ənənəvi təhsil bərpa olunduğu kimi, bizdə də bununla bağlı çox pozitiv qərarlar verildi: "Mən də düşünürəm ki, bu çox böyük bir məsuliyyətdir və məsuliyyət tələb olunan şəraitdə insanlarımızın bu qərarın nə qədər çətin bir şəraitdə qəbul olunmasını nəzərə alaraq buna çox ciddi həssaslıq və məsuliyyətlə yanaşacaqlar. Beləliklə də biz yenidən məktəblərin bağlanması ilə bağlı qərar qəbul etməli olmayacayıq. Arzulayıram ki, biz bir il öncədən davam edən prosesi yenidən yaşamayaq.”

İlqar Orucov qeyd edib ki, aidiyyəti qurumlar xarici ölkələrdə də bu prosesin necə aparıldığını yaxından izləyib müşahidə edirdilər: "Həmin  ölkələrdə bu prosesin necə idarə olunması ilə bağlı xeyli məlumatlıyıq və təshil müəssisələri ənənəvi təhsilə keçməklə bağlı kifayət qədər məlumatlıdırlar və təlimatlandırılıblar. Nazirlər Kabineti yanında Operativ Qərargahın və eyni zamanda, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini bilirlər. Sanitar-epidemioloji vəziyyət məktəblərdə, təhsil müəssisələrində təhlükəsizliyin təmin olunmasına imkan yaradır. Təhsil müəssisələrimiz bütövlükdə dezinfeksiya olunur və koronavirusdan qorunmaqla bağlı bütün beynəlxalq səviyyədə qəbul olunmuş tövsiyələrə əməl etməyə tam hazırdırlar. Şübhə yoxdur ki, Təhsil Nazirliyi bu prosesi yüksək səviyyədə idarə edəcək. Amma yenə də məsuliyyət məsələsi gündəmdədir. Mən ümid edirəm ki, valideynlər məsuliyyətlərini dərk edəcəklər və biz verilmiş bu qərardan peşman olmayacayıq və bu, yoluxanların sayına təsirsiz ötüşəcək.”

Röya Rasimqızı



Загрузка...
Həmçinin oxuyun:
Sentyabrın 15-də ənənəvi təhsil bərpa olunacaq - Ekspertdən AÇIQLAMA

Sentyabrın 15-də ənənəvi təhsil bərpa olunacaq - Ekspertdən AÇIQLAMA

Sentyabrın 15-i dərslər əvvəlki qaydada başlayacaq? - AÇIQLAMA

Sentyabrın 15-i dərslər əvvəlki qaydada başlayacaq? - AÇIQLAMA

Dərslər sentyabrın 1-dən BAŞLANACAQ? – RƏSMİ CAVAB

Dərslər sentyabrın 1-dən BAŞLANACAQ? – RƏSMİ CAVAB

Təhsil müəssisələri ənənəvi qaydada tədrisə qayıdır? – AÇIQLAMA

Təhsil müəssisələri ənənəvi qaydada tədrisə qayıdır? – AÇIQLAMA

Sentyabrdan ənənəvi tədris bərpa olunacaqmı? - RƏSMİ AÇIQLANDI

Sentyabrdan ənənəvi tədris bərpa olunacaqmı? - RƏSMİ AÇIQLANDI

Təhsilin bərpası ilə bağlı tövsiyə

Təhsilin bərpası ilə bağlı tövsiyə

Yanvarın 18-dən sonra Azərbaycanda ənənəvi dərslər bərpa oluna bilər?

Yanvarın 18-dən sonra Azərbaycanda ənənəvi dərslər bərpa oluna bilər?

Həqiqətən də məktəblər açılırmı və bundan sonra əyani təhsilin davamlı olacağına ümid etmək olarmı?

Həqiqətən də məktəblər açılırmı və bundan sonra əyani təhsilin davamlı olacağına ümid etmək olarmı?

Dərs ili kim üçün nə vaxt başlayacaq: bağçalar, məktəblər, ali məktəblər - DƏQİQ İNFOQRAFİKA

Dərs ili kim üçün nə vaxt başlayacaq: bağçalar, məktəblər, ali məktəblər - DƏQİQ İNFOQRAFİKA

Sentyabrın 1-dən özəl orta məktəblərdə başlanan dərslər sonradan dayandırılıb

Sentyabrın 1-dən özəl orta məktəblərdə başlanan dərslər sonradan dayandırılıb

İlqar Orucov: Məktəblərin yenidən qapadılmaması üçün vəziyyəti nəzarətdə saxlamalıyıq

İlqar Orucov: Məktəblərin yenidən qapadılmaması üçün vəziyyəti nəzarətdə saxlamalıyıq

Qonşu ölkələrdə “Koronavirus qaydaları”na əsasən yeni dərs ili

Qonşu ölkələrdə “Koronavirus qaydaları”na əsasən yeni dərs ili

Rusiya məktəbləri necə açır?

Rusiya məktəbləri necə açır?

Ənənəvi dərslərin martın 1-dən başlayacağı ilə bağlı RƏSMİ AÇIQLAMA

Ənənəvi dərslərin martın 1-dən başlayacağı ilə bağlı RƏSMİ AÇIQLAMA

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov: Ənənəvi təhsil hazırki təhsildən daha vacibdir

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov: Ənənəvi təhsil hazırki təhsildən daha vacibdir

Mütəxəssislərin tövsiyələri- Distant təhsil ibtidai siniflər üçün uğurlu tədris forması deyil

Mütəxəssislərin tövsiyələri- Distant təhsil ibtidai siniflər üçün uğurlu tədris forması deyil

Azərbaycanın bu universitetlərdə dərslər bərpa olunmayacaq - SİYAHI

Azərbaycanın bu universitetlərdə dərslər bərpa olunmayacaq - SİYAHI

Nadir İsrafilov: “Məktəblilərin ənənəvi formada təhsilə başlaması istisna deyil”

Nadir İsrafilov: “Məktəblilərin ənənəvi formada təhsilə başlaması istisna deyil”

Azərbaycanda dərslər sentyabrın 1-də başlayacaq? - Təhsil Nazirliyi AÇIQLADI

Azərbaycanda dərslər sentyabrın 1-də başlayacaq? - Təhsil Nazirliyi AÇIQLADI

Dərslər nə vaxt başlayacaq? - Təhsil Nazirliyindən AÇIQLAMA

Dərslər nə vaxt başlayacaq? - Təhsil Nazirliyindən AÇIQLAMA

Sədr müavini-”Ənənəvi təhsilə  qayıtmağın yolu vaksinasiyadır”

Sədr müavini-”Ənənəvi təhsilə qayıtmağın yolu vaksinasiyadır”

Azərbycanda bu tarixdən məktəblər açıla bilər

Azərbycanda bu tarixdən məktəblər açıla bilər

Pandemiya göstərdi ki, ali təhsil müəssisələrimiz distant təhsil istiqamətində nə qədər geri qalırlar- İlqar Orucov

Pandemiya göstərdi ki, ali təhsil müəssisələrimiz distant təhsil istiqamətində nə qədər geri qalırlar- İlqar Orucov

Nadir İsrafilov:”İşimizi hansısa mülahizələrə və fərziyələrə görə deyil, real vəziyyəti obyektiv qiymətləndirmək əsasında qurmalıyıq”

Nadir İsrafilov:”İşimizi hansısa mülahizələrə və fərziyələrə görə deyil, real vəziyyəti obyektiv qiymətləndirmək əsasında qurmalıyıq”