İranda valideynlər uşaqları üçün məktəbin önündə keşik çəkirlər
Güney Azərbaycanın Zəngan şəhərində valideynlər övladlarını məktəblərə edilən kimyəvi terrordan qorumaq üçün məktəbin önündə keşik çəkirlər.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.
Qeyd edək ki, son günlər İranda xüsusən qızların oxuduqları məktəblərdə müəmmalı kimyəvi hücumlar olur, zəhərlənmələr baş verir.