Xəbərlər / Valideyn / Müəllim
12 fevral 2019
1 765


Müəmmalı “Whatsapp” sorğusu

Müəmmalı “Whatsapp” sorğusu

 

 
Bakı şəhəri, Yasamal rayonu 20 saylı məktəb-liseylə bağlı şikayətlər var. AzTehsil.com xəbər verir ki, məktəb şagirdlərinin valideynləri tərəfindən Modern.az-a daxil olan şikayət hər ay ailələrə məxsus məlumatların toplanması ilə bağlıdır.
Adının çəkilməsini istəməyən valideynlər bildirir:

"Hər ay sinifin "Whatsapp” qrupuna eyni məzmunlu mesajlar yazılır. Valideynlərin, evdə yaşayan digər şəxslərin şəxsiyyət vəsiqələrinin surəti, poçt indeksi, uşaqların məktəbə hansı nömrəli avtomobillə, hansı avtobusla gəlib-getdiyi dəqiqləşdirilir”.

Valideynlər aidiyyatı üzrə məktəbdən bu məlumatların hansı əsaslarla toplandığını soruşublar. Məktəbdən onlara verilən məlumatda, bunun elektron baza sisteminin yaradılması ilə bağlı olduğu deyilib. Ailələr ondan narahatdırlar ki, bir müddət əvvəl Binəqədi rayonunda yerləşən məktəblərdən birində də bu cür məlumatlar toplanıb və valideynlərin adına müxtəlif banklardan kredit götürülüb:

"Kim zəmanət verir ki, bizim məlumatları toplayıb bu cür işlər görməyəcəklər? Baza sistemi yaradılır, lap yaxşı, uşağın məktəbə hansı maşınla gəlib-getdiyi, maşının markası onların nəyinə lazımdır?! Bəlkə mənim məlumatlarım əsasında bankdan özünə kredit götürəcək?! Məktəbin məlumat baza sistemi niyə hər ay yenilənir?!” 

Məsələ ilə bağlı 20 nömrəli məktəb-liseyin direktor müavini Aynur Rüstəmova Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu, baza sisteminin yaradılması ilə bağlıdır:

"Şagirdlərlə bağlı hər hansı qurumdan məlumat istənilərkən sorğunu operativ cavablandırmaq məqsədilə məktəblilərin valideynləri haqqqında (iş yerləri, şəxsiyyət vəsiqələrinin surəti və faktiki yaşayış yerləri) məlumat toplanaraq baza yaradılır. Hər bir təhsil müəssisəsində belə bir baza olmalıdır. Şəxsiyyət vəsiqələrinin surəti də məhz bu məqsədlə toplanıb”. 

A.Rüstəmova şagirdlərin məktəbə hansı avtmobil və avtobuslarda gəlməsilə bağlı məlumatların toplanmasını təkzib edib.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
ADPU-nun əməkdaşı Aynur Abdullayeva ADPU-nun baza məktəbində təlim keçdi

ADPU-nun əməkdaşı Aynur Abdullayeva ADPU-nun baza məktəbində təlim keçdi

Bakıda şagirdlərə narkotik verilir? - İNSANLARI TƏŞVİŞƏ SALANLAR KİMDİR?

Bakıda şagirdlərə narkotik verilir? - İNSANLARI TƏŞVİŞƏ SALANLAR KİMDİR?

Bakının 14 nömrəli məktəbində QALMAQAL

Bakının 14 nömrəli məktəbində QALMAQAL

Tam orta təhsil bazasında 2 nömrəli Bakı Baza Tibb Kollecinə 525 gənc qəbul edilib

Tam orta təhsil bazasında 2 nömrəli Bakı Baza Tibb Kollecinə 525 gənc qəbul edilib

Elektron imza pulsuz olacaq- Yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi

Elektron imza pulsuz olacaq- Yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi

Bakıda 3-cü sinif şagirdi məktəbi bir-birinə qatıb: Valideynlər etiraz edir – VİDEO

Bakıda 3-cü sinif şagirdi məktəbi bir-birinə qatıb: Valideynlər etiraz edir – VİDEO

Şagirdləri damarlarını kəsən məktəbin direktor müavini: “Zarafatlaşıblar”

Şagirdləri damarlarını kəsən məktəbin direktor müavini: “Zarafatlaşıblar”

Valideyn  komitəsinin  hüquqları  və  vəzifələri

Valideyn komitəsinin hüquqları və vəzifələri

Pensiyalarla bağlı DƏYİŞİKLİK

Pensiyalarla bağlı DƏYİŞİKLİK

Şəxsiyyət vəsiqələrinin müddəti ilə bağlı dəyişiklik- Yanvarın 1-dən...

Şəxsiyyət vəsiqələrinin müddəti ilə bağlı dəyişiklik- Yanvarın 1-dən...

Müəllimlərdən rüşvət istəyən direktorla bağlı rəsmi AÇIQLAMA

Müəllimlərdən rüşvət istəyən direktorla bağlı rəsmi AÇIQLAMA

Direktor şagirdi döydü - polis təsdiqlədi, rəisi isə.. - Müəmma

Direktor şagirdi döydü - polis təsdiqlədi, rəisi isə.. - Müəmma

Bakı Məktəb Liseyində etiraz - Təhsil Nazirliyi ayağa qalxan valideynlərə cavab verdi

Bakı Məktəb Liseyində etiraz - Təhsil Nazirliyi ayağa qalxan valideynlərə cavab verdi

Bakı məktəbində valideynlərdən sinif otaqlarını təmizləmək tələb olunur - İDDİA

Bakı məktəbində valideynlərdən sinif otaqlarını təmizləmək tələb olunur - İDDİA

Bakı məktəblərinə yeni təyin olunan direktorların adları - TAM SİYAHI

Bakı məktəblərinə yeni təyin olunan direktorların adları - TAM SİYAHI

Uşaqların məktəbə şəxsi maşınla gətirilməsi PROBLEMDİR - Yol polisindən ÇAĞIRIŞ

Uşaqların məktəbə şəxsi maşınla gətirilməsi PROBLEMDİR - Yol polisindən ÇAĞIRIŞ

Bakıda vahid məktəbli forması ləğv edilir?

Bakıda vahid məktəbli forması ləğv edilir?

Valideynləri maraqlandıran əksər suallara cavab-MÜSAHİBƏ

Valideynləri maraqlandıran əksər suallara cavab-MÜSAHİBƏ

GDU-dan ixtisasını dəyişmək və ikinci ali təhsil almaq istəyənlər üçün fürsət...

GDU-dan ixtisasını dəyişmək və ikinci ali təhsil almaq istəyənlər üçün fürsət...

Direktor müavini ona böhtan atan ərini məhkəməyə verdi

Direktor müavini ona böhtan atan ərini məhkəməyə verdi

“Mavi Balina” Hövsan məktəbində – İki şagird oyunun qurbanına çevrildi?

“Mavi Balina” Hövsan məktəbində – İki şagird oyunun qurbanına çevrildi?

Sabirin “virtual muzeyinin” təqdimatı olacaq

Sabirin “virtual muzeyinin” təqdimatı olacaq

Bakıda köçkün məktəbi BUZ BAĞLAYIB - Təhsil şöbəsi: “Problemdən xəbərdarıq”

Bakıda köçkün məktəbi BUZ BAĞLAYIB - Təhsil şöbəsi: “Problemdən xəbərdarıq”

Bakıdakı 14 nömrəli məktəbdə nə baş verir? – TƏFƏRRÜAT

Bakıdakı 14 nömrəli məktəbdə nə baş verir? – TƏFƏRRÜAT