AzTehsil.com


Xəbərlər / Müəllim / Ekspert
03 yanvar 2022
2 788


Dünyada olduğu kimi, Azərbaycanda da qızların təhsildən yayınma hallarına heç də az rast gəlinmir.




Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında Azərbaycan Respublikasının Qanunununda məqsəd cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarını aradan qaldırmaqla, kişi və qadınlara ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində bərabər imkanlar yaratmaqla gender bərabərliyinin təmin edilməsi kimi müəyyənləşdirilib.


Təhsil eksperti Nadir İsrafilov bildirib ki, qanuna əsasən təhsil müəssisələrinin fəaliyyətində aşağıdakı hallar cinsi mənsubiyyətə görə ayrı-seçkilik kimi qiymətləndirilə bilər: qəbul zamanı, tədris planı tərtib olunarkən və ya biliyin qiymətləndirilməsi zamanı kişi və qadınlara qarşı fərqli tələblərin tətbiq edilməsi; təhsil sahəsinin seçilməsində kişi və qadınlar üçün fərqli imkanların yaradılması: “Bu baxımdan ölkəmizdə gender bərabərsizliyinə problem statusu olan kimi baxmaq o qədər də real görünmür. Bizdə təhsil cinsindən asılı olmayaraq hər kəsə ictimai həyatın müxtəlif sahələrində, idarəçilikdə iştirak etməyə imkan verir və onları layiqli fəaliyyət şəraiti ilə təmin edir. Məhz bu səbəbdən də, təhsili gender bərabərliyinə nail olmaq və qadın və qızların imkanlarının genişləndirilməsinin mühim vasitələrindən biri kimi qiymətləndirmək lazımdır. Azərbaycanda təhsil sistemini tənzimləyən hüquqi-normativ sənədlərə əsasən cinsindən asılı olmayaraq hər bir vətəndaşın təhsil almaq hüququna malik olması qanunvericiliklə təsbit edilir. Dövlət, kişi və qadınlara təhsil hüququnun həyata keçirilməsi üçün bərabər imkanların yaradılmasını təmin edir. İşəgötürən, kişi və qadınlara əsas və əlavə təhsil almaq, təhsillə bağlı məzuniyyət hüququndan istifadə etmək üçün bərabər şərait yaradılır. Dövlət mülkiyyət növündən asılı olmayaraq, bütün tədris müəssisələrinə qəbulda, tələbələrin təqaüdlə təmin edilməsində, tədris planının seçilməsində və biliyin qiymətləndirilməsində kişi və qadınlar üçün bərabər imkanlar yaradılmasını təmin edir”.



Ekspert qeyd edir ki, təhsildə gender bərabərsizliyi dedikdə adətən məktəblərdə kişi müəllimlərin azlığı və məktəbli qızların təhsildən yayınması və erkən nikaha cəlb olunması nəzərdə tutulur. Bu gün Azərbaycanın 4500 yaxın ümumtəhsil məktəblərində çalışan 150 minə yaxın müəllimin 71%-ni xanımlar, 29%-ni isə kişi müəllimlər təşkil edir. Bəzi rəqəmlərə görə müəllimlərin 83 faizi xanımlardır. Rəsmi araşdırmaların nəticələrinə görə, qəbul imtahanlarında qızların hər bir fənn üzrə orta statistik nəticələri oğlanların orta statistik nəticələrindən daha yüksəkdir.


“Amma müəyyən vaxt var idi ki, yüksək bal toplayanların arasında oğlanların sayı daha çox idi. Orta nəticələr göstərənlər isə əsasən qızlar olub. İndi isə bu tendensiya dəyişib. Artıq yüksək nəticə göstərənlərin sırasında qızların sayı çoxalıb. Yalnız Azərbaycanda deyil, bir çox ölkələrdə qızlar humanitar, oğlanlar texniki sahəyə meyil edir. On ildir ki, Azərbaycanda bu tendensiya dəyişib.


Kişi müəllimlərin məktəblərdə azlıq təşkil etməsi əsasən əmək haqqının aşağı olması ilə izah olunur ki, bu istiqamətdə də son illər müəyyən işlər görülüb və görülməkdə davam edir. Bir də ki kişi müəllimlər maddiyatla bağlı məktəblərə deyil, daha çox kurslara və repetitorluq fəaliyyətinə meyllidirlər. Yəqin ki, Dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, o cümlədən həmin müəssisələrin direktor və direktor müavinlərinin, habelə gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin əməkhaqlarının artırılması haqqında Ölkə başçısının son Sərəncamı sözügedən məsələyə də təsirsiz ötüşməyəcək”-deyə N.İsrafilov bildirib.


Qızların təhsili mövzusunda fikir bildirən ekspert vurğulayıb ki,bu təkcə bizim üçün deyil, bu və bu kimi məsələlər uzun illərdən bəri gündəmdə olmaqla, daim düşündürücü xarakter daşıyıb, müxtəlif izahlarla, yanaşmalarla müşayiət olunub.


N.İsrafiliov əalvə edib ki, Dünya Bankının qızların təhsildən kənarda qalmasının ağır fəsadlarını təqdim edən hesabatında da qeyd olunmuşdu ki, bütün dünyada 6 yaşdan 17 yaşa qədər 130 milyondan çox qız tam orta təhsil ala bilmir. Hesablamalara əsasən, dünya üzrə orta hesabla qızların 89 faizi ibtidai, 77 faizi orta məktəbi bitirir. Əgər bütün dünya üzrə qızların tam orta təhsil alması problemi həll olunarsa, 18 yaşa qədər bağlanan nikahların sayı, eləcə də hədd-buluğa çatmayanlar arasında uşaq doğumu riskləri əhəmiyyətli dərəcədə azalacaq. Digər tərəfdən, bu səbəbdən də doğum səviyyəsi, eləcə də Yer kürəsinin əhalisi azalacaq. Qadınlar üçün tam orta təhsilin mümkünlüyü onların öz sağlamlıqları barədə məlumatlı olmalarına, psixoloji durumlarına müsbət təsir edə, uşaqlar arasında ölüm səviyyəsini 5 yaşa qədər azalda bilər.


“Dünyada olduğu kimi, Azərbaycanda da qızların təhsildən yayınma hallarına heç də az rast gəlinmir. Dövlət İmtahan Mərkəzinin tələbə qəbulunun elmi-statistik təhlillərinə görə, məktəblərdə 9-cu sinifdə qızların sayı normal olsa da, 11-ci sinifdə qızların sayı kəskin azalır. Qızların təhsildən yayınması əsasən regionlar, xüsusən də ölkəmizin cənub bölgəsi üçün daha xarakterikdir. Problemin ağrılı tərəfi odur ki, bu gün bəzi valideynlər israrlıdırlar ki, qızlarına təhsil vermək əvəzinə 14-15 yaşına çatan kimi ərə versinlər. Əlbəttə bu və bu kimi məsələlərin həlli Qanunvericiliyimizdə valideyn məsuliyyəti ilə bağlı müəyyən təkmilləşdirmələr aparılmasını zəruri edir” - deyə ekspert bildirib.




Загрузка...
Həmçinin oxuyun:
Gender bərabərliyinin təminatları haqqında Azərbaycan Respublikasının Qanunu

Gender bərabərliyinin təminatları haqqında Azərbaycan Respublikasının Qanunu

Nəyə görə təhsil sahəsində çalışanların əksəriyyəti qadınlardır?

Nəyə görə təhsil sahəsində çalışanların əksəriyyəti qadınlardır?

"Qadınlara qarşı gender əsaslı zorakılıq mübarizədə gənclərin rolu” adlı layihə icra edildi

"Qadınlara qarşı gender əsaslı zorakılıq mübarizədə gənclərin rolu” adlı layihə icra edildi

Azərbaycanın şəhər məktəblərində qadın, kənd məktəblərində isə kişi müəllimlər üstünlük təşkil edir

Azərbaycanın şəhər məktəblərində qadın, kənd məktəblərində isə kişi müəllimlər üstünlük təşkil edir

Azərbaycanda rektor və məktəb direktoru işləyən qadınların sayı açıqlanıb

Azərbaycanda rektor və məktəb direktoru işləyən qadınların sayı açıqlanıb

ADU-da gənc qadınlarla işin təhlilinə dair dəyirmi masa keçirilib

ADU-da gənc qadınlarla işin təhlilinə dair dəyirmi masa keçirilib

Dövlət qulluğuna qəbul imtahanı keçirilib

Dövlət qulluğuna qəbul imtahanı keçirilib

Elşən Qafarov-Təhsil sahəsinə kişilərin cəlb edilməsi mütləqdir.

Elşən Qafarov-Təhsil sahəsinə kişilərin cəlb edilməsi mütləqdir.

Azərbaycanda daha çox kimlər alim olur? - STATİSTİKA

Azərbaycanda daha çox kimlər alim olur? - STATİSTİKA

Azərbaycanda daha çox kimlər alim olur? - STATİSTİKA

Azərbaycanda daha çox kimlər alim olur? - STATİSTİKA

Məleykə Abbaszadə: Büdcədən təhsilə yönələn vəsaitləri daha da artırmaq lazımdır

Məleykə Abbaszadə: Büdcədən təhsilə yönələn vəsaitləri daha da artırmaq lazımdır

“Kişi müəllimlərin sayı artırılsın...” - Deputatdan çağırış

“Kişi müəllimlərin sayı artırılsın...” - Deputatdan çağırış

Kişi sağlamlığı üçün olduqca faydalı , qadınlar üçün də çox xeyirli bitki

Kişi sağlamlığı üçün olduqca faydalı , qadınlar üçün də çox xeyirli bitki

Emin Əmrullayev: “Biz məktəblərdə kişi müəllimlərin çox olmasını istəyirik”

Emin Əmrullayev: “Biz məktəblərdə kişi müəllimlərin çox olmasını istəyirik”

Azərbaycan qadını cəmiyyətimizin tərəqqisində müstəsna rol oynayır

Azərbaycan qadını cəmiyyətimizin tərəqqisində müstəsna rol oynayır

Əmək münasibətlərində hər hansı ayrı-seçkilik halına yol verilməsi düzgündürmü?

Əmək münasibətlərində hər hansı ayrı-seçkilik halına yol verilməsi düzgündürmü?

Müəllimlik qadın peşəsidirim?...ARAŞDIRMA

Müəllimlik qadın peşəsidirim?...ARAŞDIRMA

Emin Əmrullayev Qızlar Məktəbinin yubileyinə həsr olunmuş tədbirdə iştirak edib

Emin Əmrullayev Qızlar Məktəbinin yubileyinə həsr olunmuş tədbirdə iştirak edib

Orxan Cabbarlı: Erməni hər dövrdə və hər yerdə ermənidi!

Orxan Cabbarlı: Erməni hər dövrdə və hər yerdə ermənidi!

Stress qadınlar üçün daha təhlükəlidir

Stress qadınlar üçün daha təhlükəlidir

Azərbaycanda kişi müəllimlər də atalıq məzuniyyəti götürə bilər – Müddət və şərtlər

Azərbaycanda kişi müəllimlər də atalıq məzuniyyəti götürə bilər – Müddət və şərtlər

Uşağa qulluq qadınlıq rolu olaraq analığın davamıdırmı?

Uşağa qulluq qadınlıq rolu olaraq analığın davamıdırmı?

Dietoloq albalının UNİKAL FAYDALARINI açıqladı

Dietoloq albalının UNİKAL FAYDALARINI açıqladı

Nadir İsrafilov : Təhsil Nazirliyi əsas yükü öz üzərinə götürməli...

Nadir İsrafilov : Təhsil Nazirliyi əsas yükü öz üzərinə götürməli...