Azərbaycanlı alim Rusiya Federasiyasında keçirilən konfransın plenar iclasında məruzə ilə çıxış edib.
Rusiya Federasiyası Dağıstan Dövlət Tibb Universitetinin (DDTU) mətbuat xidməti xəbər verir ki, 23 mart 2023-cü il tarixində DDTU-nin “Elm, Təhsil və İnnovasiya Mərkəzi”ndə “Rəqəmsal Transformasiya: Elm, Təhsil, Tibb” adlı beynəlxalq iştirakçılıqla ÜmumRusiya elmi-praktik konfransı keçirilmişdir. Konfrans oflayn-onlayn rejimdə keçirilib.
Konfransı giriş sözü ilə açan DDTU-nin tədris işləri üzrə prorector, prof. Razi Rəhimov iştirakçıları salamlamış, konfransın işinə uğurlar arzu etmişdir. O qeyd etmişdir ki, rəqəmsallaşmaya indi dünyada, bütün sahələrində böyük diqqət yetirilir. Təhsilin rəqəmsallaşdırılması neyroşəbəkə texnologiyaları, bulud, koqnitiv texnologiyalar və süni intellekt texnologiyalarının istifadəsinə əsaslanır. Bu çoxlu sayda funksiyaları avtomatlaşdırmağa və tam hüquqlu təlim üçün xüsusi təhsil mühiti yaratmağa imkan verir.
Strateji inkişaf üzrə prorektor Cəmilə Ömərova öz çıxışında qeyd etdi ki, bizim qarşımıza kifayət qədər ciddi vəzifələr qoyulub: universitetimizin əsas fəaliyyət istiqamətlərindən olan, universitetin rəqəmsal yetkinliyinə nail olmaq. Bu istiqamətdə nələri planlaşdırırıq? İlk növbədə rəqəmsal səriştələrə malik əməkdaşların xüsusi çəkisinin artırılması (2030-cu ilədək əməkdaşların 80%-i belə səriştlərə sahib olacaqlar). DDTU e-learning vasitəsilə həyata keçirilən əlavə təhsil proqramlarının payının artırılması üzərində də işləyirik. Mühüm vəzifə rəqəmsal texnologiyanın sürətli tətbiqi və bununla da müvafiq departamentin rəqəmsal transformasiya proqramının tam həyata keçirilməsidir. Eyni dərəcədə vacib vəzifə kadrların hazırlanmasıdır. Uniersitetimiz rəqəmsal iqtisadiyyat mühitində işləyəcək həkim kadrlar hazırlayır. Onlar rəqəmsal texnologiyaya yiyələnməli, süni intellektin resurslarından tam sərbəst istifadə etməlidirlər”, - deyə Cəmilə Ömərova çıxışında bildirib.
Daha sonra konfransda Dağıstan Respublikası Səhiyyə Nazirliyi adından Dağıstan Respublikası Səhiyyə Nazirliyinin Respublika Tibbi İnformasiya Analitik Mərkəzinin (RTIAM) direktoru prof. E. Mustafayev konfrans iştirakçılarını salamlamış, universitet rektoruna belə aktual mövzuda tədbir təşkil etdiyinə görə təşəkkür etmişdir. O, qeyd etmişdir ki, DDTU-də rəqəmsal transformasiya ilə bağlı xeyli iş aparılır, maddi-texniki bazası ilbəil yaxşılaşdırılır. Konfransın plenar hissəsi DSMU-nun Biofizika, informatika və tibbi texnika kafedrasının müdiri, dos. Ramazan Əbdülqəlimovun “Rəqəmsal səhiyyənin real vəziyyətinin təhlili və inkişaf perspektivləri” adlı məruzəsi ilə davam etmişdir.
Daha sonra konfransın Azərbaycandan olan qonağı, ADPU-nun “Kompüter elmləri” kafedrasının dosenti, İlham Əhmədov onlayn rejimdə konfransın fəaliyyətinə qoşulmuş, “Avropa İttifaqı ölkələrində təhsilin rəqəmsal transformasiyası təcrübəsi” adlı məruzəsini təqdim etmişdir. Məruzəçi qeyd edib ki, insan həyatının və cəmiyyətin rəqəmsallaşması sürətlə baş verir, bir çox ölkələr müvafiq inkişaf strategiyaları və qanunlar hazırlayır. Aİ ölkələrinin bu sahədəki böyük təcrübəsi keçid iqtisadiyyatı yaşayan ölkələr, xüsusən də postsovet ölkələri üçün faydalı ola bilər. İnnovativ iqtisadiyyat yaratmağı planlaşdıran ölkələr BMTİP-in, Aİ-nin bütün konseptual sənədlərini diqqətlə öyrənməlidirlər. Bu sənədlər əsasında həyatın bütün sahələrində, o cümlədən elm, təhsil və tibb sahələrində rəqəmsallaşmanın inkişafı üçün öz milli strategiyalarını və inkişaf proqramlarını yaratmalıdırlar. Aİ ölkələri rəqəmsal təhsilin inkişafı üçün birgə planlar tərtib edərək, fəaliyyət planı hazırlayıblar. Bu plan 2020-ci ildə qəbul edilib. Fəaliyyət Planı rəqəmsal təhsil sahəsində Avropa səviyyəsində daha sıx əməkdaşlığa çağırışdır. Məqsəd COVID-19 pandemiyası ilə bağlı çətinlikləri dəf etmək, yaranan problemləri həll etmək, milli, Avropa və beynəlxalq səviyyələrdə istifadə edilə bilən təhsil və öyrənmə texnologiyalarını təkmilləşdirməkdir.
Daha sonra DDTU-nin Biofizika, informatika və tibbi texnika kafedrasının professoru Məhəmməd Rizaxanovun “Müasir elektron vasitələrin uşaq və gənclərin zehni inkişafına bəzi mənfi təsirləri”, DDTU “Elektron Tibbi Təhsil İnstitutu”nun direktoru, dos. Telman Vəzirovun “Onlayn mühazirələrdən ənənəvi istifadə imkanları v.s. mövzularda maraqlı məruzələri dinlənildi.
Konfrans yüksək səviyyədə keçdi və nəzərdə tutulan məqsədlərə nail oldu.
DDTU-nun mətbuat xidmət


Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

230 №-li tam orta məktəbdə Xəzər RPİ-nin birgə təşkilatçılığı ilə " Narkomaniya sosial bəladır " adlı maarifləndirici tədbir keçirilmişdir.

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

İlham Əliyev AMEA-nın nizamnaməsində dəyişiklik etdi

Paytaxt təhsili 2021-ci təqvim ilində

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Ümumtəhsil məktəbinin direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Dərsin məqsədi şagirddə koqnitiv bacarıq formalşdırmaqdır- VİDEO

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Pedaqoji Lüğət

Xəzər Universitetində təkrarlanan mədəniyyətlərdə prototiplər və ya mədəniyyət genomları" adlı VII Elmi beynəlxalq konfrans keçirilib.

Dərsin məqsədi şagirddə koqnitiv bacarıq formalşdırmaqdır -Limunət Əmrahlı

"İstənilən universitet innovativ inkişaf yolunu seçə bilməz, bunun üçün universitetin müvafiq kadr potensialı olmalıdır" -Dosent İlham Əhmədov

ADPU-nun Heydər Əliyev Mərkəzində Ümummilli Liderin anadan olmasının 94 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi

AzMİU-da “Azərbaycan memarlıq irsinin qorunması və istifadəsi” adlı elmi konfrans keçirilib

Məktəb həkiminin işi haqqında təlimat

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

230 №-li məktəbdə Şəhidə həsr olunmuş sənədli filmin təqdimatı keçirilmişdir.

Riyaziyyat fənninin tədrisində müasir təlim texnologiyalarının tətbiqi

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Distant təhsilə doğru ilk addımlar

Ali təhsildə elmin inkişafı naminə