AzTehsil.com


Xəbərlər
05 iyun 2020
1 209


Ali təhsildə elmin inkişafı naminə



Ali təhsildə elmin inkişafı naminə

 

Firudin Qurbanov: "Azərbaycan təhsilinin və elminin qarşısında duran ən mühüm vəzifələrdən biri yüksək ixtisaslı kadrların hazırlanmasından ibarətdir”

Son illərin qlobal çağırışları  ali təhsil sistemində sürətli dəyişikliklərin aparılmasını zərurətə çevirib. Ali təhsil sistemində keyfiyyət dəyişiklikləri, rəqabətliliyin təmin olunması isə ilk növbədə universitetlərdə aparılan elmi tədqiqatların səviyyəsindən, yeni akademik mühitin yaradılmasından, gənc tədqiqatçılar nəslinin yetişdirilməsindən bilavasitə asılıdır. 

Son illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşəbbüsü ilə ənənəvi olaraq keçirilən doktorant və gənc tədqiqatçıların elmi konfransları  universitet təhsili qarşısında duran bir sıra hədəflərə çatmaqda mühüm rol oynayır. Bu silsilədən mayın 29-31-də UNES-də ali məktəbin 90 illiyinə həsr olunan "II. İqtisadiyyat və idarəetmə sahəsində magistr və doktorantların Beynəlxalq elmi konfransı” öz əhatəliliyinə və məzmununa görə fərqlənirdi. 

Konfransda çıxış edən rektor, professor  Ədalət Muradov Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində ölkəmizdə təhsilin keyfiyyətinin artırıldığı, milli təhsil sisteminin beynəlxalq sistemə inteqrasiyası istiqamətində zəruri addımların atıldığı, müvafiq dövlət proqramları və strategiyanın qəbul edildiyini bildirib. Tədrislə yanaşı, elmi tədqiqatların keyfiyyətinin artırılmasının da əsas vəzifə kimi qarşıya qoyulduğunu deyən rektor UNEC-də bu istiqamətdə həyata keçirilən tədbirlərdən söz açıb. O, dərəcəsindən asılı olaraq, impakt faktorlu jurnallarda çap olunan məqaləyə görə müəllim, magistr və doktorantlara 4000 manatadək qonorar verildiyi,  iqtisadiyyatın müxtəlif istiqamətləri üzrə universitetdə 31 elmi-tədqiqat mərkəzinin fəaliyyət göstərdiyi, UNEC Tədqiqat Fondunun təsis edildiyini diqqətə çatdırıb. Magistrlərin ikinci beynəlxalq konfransının UNEC-də keçirilməsinin təsadüfi olmadığını vurğulayan Ə.Muradov ölkədə təhsil alan bütün magistrlərin 22 faizinin,  MBA proqramı üzrə təhsil alan magistrlərin isə 67 faizinin UNEC-in payına düşdüyünü qeyd edib.  Rektor ölkədə ilk dəfə olaraq beynəlxalq konfrans standartlarına cavab verən rəsmi conferences.az saytının yaradıldığını,  dünyanın müxtəlif ölkələrinin magistr və doktorantlarını bir platformada toplayan konfransın beynəlxalq təcrübəyə uyğun olaraq təşkil edildiyini bildirib.

Beynəlxalq konfransın  ölkəmizdə keçirilməsi yüksək qiymətləndirilməlidir

Azərbaycan Dövlət İqtisad Universitetinin  90 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfransın açılışı münasibətilə iştirakçıları salamlayan  Təhsil nazirinin  müavini Firudin Qurbanov qeyd edib ki, müvafiq  ixtisaslar üzrə təhsil alan magistrlərin və doktorantların  iştirak etdiyi belə  bir beynəlxalq konfransın  ölkəmizdə keçirilməsi yüksək qiymətləndirilməlidir. "Hesab edirəm ki, konfransın həm gənc tədqiqatçıları, həm  də iqtisadiyyat və idarəetmə üzrə ixtisasları əhatə etməsi bu tədbiri  fərqləndirən mühüm amillərdir.  Əminliklə demək olar ki, UNEC-in təşkilatçılığı  və  "Paşa Holdinq” şirkətinin dəstəyi ilə keçirilən magistrlərin və doktorantların ikinci beynəlxalq elmi konfransı mühüm əhəmiyyət kəsb edir”.

F.Qurbanov qeyd edib ki,  konfransın onlayn formatda keçirilməsi dünyada koronavirus pandemiyasının  (COVID-19)  geniş yayılması ilə əlaqadardır. Koronavirus pandemiyasının  təsirinin azaldılması istiqamətində  Azərbaycan dövləti,  Azərbaycan Respublikasının Prezidenti tərəfindən atılan ciddi  addımlar ölkəmizdə koronavirusun  yayılmasının qarşısının alınmasını təmin edib.  Ölkəmizdə virusa yoluxanların sayının  az olması görülən tədbirlərin  faydalılıq əmsalının  yüksək faizini  təsdiq edir.  Dünya Səhiyyə Təşkilatı  Azərbaycanda bu istiqamətdə görülən işləri  yüksək qiymətləndirərək  bunu bir daha təsdiq edib.

Əsas hədəf: təhsil-tədqiqat-innovasiyalar

Təhsil nazirinin müavini F.Qurbanov qeyd edib ki,  insan kapitalının inkişafı, ilk növbədə, elm və təhsilin keyfiyyəti ilə müəyyən olunur.  Bu baxımdan, Azərbaycan təhsilinin və elminin qarşısında duran ən mühüm vəzifələrdən biri cəmiyyətin  bugünkü inkişaf səviyyəsinə adekvat olan, müasir tələblərə  cavab verən yüksək ixtisaslı kadrların hazırlanmasından ibarətdir.  Təsadüfi deyildir ki, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda  ali təhsil müəssisələrində  təhsil-tədqiqat-innovasiyalar  formatında  inkişafın  təşviqi əsas hədəflərdən biri kimi nəzərdə tutulub.  Bu,  elmin ən müasir nailiyyətlərindən  tədris prosesinin məzmununun təkmilləşdirilməsində istifadə etməyə imkan yaradıb.  F.Qurbanov əlavə edib ki, sözügedən istiqamətdə həyata keçirilən  məqsədyönlü dövlət siyasətinin  davamı olaraq "Azərbaycan Respublikasında innovativ inkişaf sahəsində koordinasiyanın təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanmış 10 yanvar 2019-cu il tarixli sərəncamını  ayrıca  qeyd etmək lazımdır. Bu sərəncamda nəzərdə tutulan məsələlərin icrası  bütövlükdə ölkəmizdə,  o cümlədən ali təhsil müəssisələrində innovativ inkişafın  və  eləcə də startap layihələrinin dəstəklənməsi baxımından müstəsna əhəmiyyət daşıyır. F.Qurbanov bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin  2018-ci ildə müvafiq sərəncamı ilə təsdiq edilmiş  "2019-2023-cü illərdə Azərbaycan ali təhsil sisteminin beynəlxalq rəqabət qabiliyyətliliyinin artırılması  üzrə Dövlət Proqramı”nın  əhəmiyyətini xüsusi vurğulayıb.  "Məlum olduğu kimi,  Dövlət Proqramının əsas hədəfi ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından  yararlanaraq ölkəmizdə yeni nəsil mütəxəssislərin hazırlanması və Azərbaycan ali təhsil sisteminin  məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq  ikili diplom proqramları ilə  müasirləşdirilməsidir.  Əminliklə söyləyə bilərik ki,  bu Dövlət Proqramı ölkəmizdə elmi fəaliyyətin modernləşdirilməsi və onun səmərəliliyininin artırılması baxımından  müstəsna rol  oynayacaq”.

F.Qurbanov bildirib ki,  hazırda bu proqram çərçivəsində dünyanın  nüfuzlu ali təhsil müəssisələri ilə beynəlxalq ikili diplom proqramlar üzrə müqavilələr imzalanmışdır ki, bunun da  nəticəsi olaraq  bir neçə ildən sonra ölkə  iqtisadiyyatına yüksəkrəqabətli mütəxəssislər cəlb olunacaq.  Eyni zamanda, dünyanın nüfuzlu universitetlərində təhsilini doktorantura səviyyəsində davam etdirmək üçün bu ilin yanvarında müraciət etmiş namizədlərin  təhsili maliyyələşdiriləcək. Onlardan 10 nəfərə yaxını iqtisadiyyat üzrə dövlət vəsaiti hesabına doktorantura səviyyəsində təhsil alacaq.

Ali təhsildə elmin davamlı inkişafı

Təhsil nazirinin müavini  Azərbaycan ali təhsilində elmin davamlı inkişafına nail olunması, universitetlərin beynəlxaq elmi bazalara  çıxışının asanlaşdırılması, magistrant və doktorantların,  alimlərimizin elmi məqalələrinin nüfuzlu elmi nəşrlərdə dərc olunmasına dəstək göstərilməsi istiqamətində atılmış mühüm addımlardan da danışıb. Nazir müavini  2015-ci ildə Təhsil Nazirliyi və dünyanın ən böyük elektron elmi analitik informasiya bazası olan  Clarivate Analytics (Thomson Reuters) şirkəti  arasında əməkdaşlıq sazişinin imzalanmasını xüsusi qeyd edib.  Sazişə əsasən  ölkəmizin 40 ali təhsil müəssisəsi, o cümlədən UNEC  "Web of Science” elmi platformasına  çıxış əldə ediblər. "Xüsusi vurğulamaq istəyirəm ki,  Təhsil Nazirliyinin "Clarivate Analytics” ilə əməkdaşlığı  çərçivəsində tarixi uğur əldə olunub.   Azərbaycan "Web of Science” elmi bazasında ilk dəfə nəşr aktivliyinin son 3 il üzrə artım dinamikasına görə regionda birinci yerə çıxıb”. 

 Nazir müavini  əlavə edib ki, Amerika, Fransa, Almaniya, Kanada,  Çin,  Türkiyə, Rusiya, Yaponiya və digər ölkələrdə təhsil alan  magistr və doktorantların qatıldığı  bu konfrans  Azərbaycan  Dövlət İqtisad Universitetinin 90 illik yubileyinə həsr olunub. "Tam cəsarətlə demək olar ki,  bu universitet  ali təhsilin keyfiyyətinin yüksəldilməsi,  tədris prosesinin məzmununun təkmilləşdirilməsi, universitet idarəçiliyində səmərəliliyin artırılması və gənclərin ali təhsil prosesinə daha aktiv cəlb olunması istiqamətində müasir texnologiyalardan geniş istifadə edərək yenilikçi və təşəbbüskar olması ilə fərqlənir. Atılmış addımlar UNEC -in həm ali təhsil sistemində, həm də beynəlxalq arenada nüfuzununun davamlı şəkildə  yüksəlməsinə imkan verib. Bu ənənələrə sahib olan UNEC-də  belə bir beynəlxalaq konfransın keçirilməsini magistratura və doktorantura səviyyələrində təhsilin məzmununun təkmilləşdirilməsi,  magistr və doktorantların elmi-tədqiqat fəaliyyətinə yeni yanaşma gətirilməsi baxımından yüksək qiymətləndirmək olar”.

 
F.Qurbanov əmin olduğunu bildirib ki, magistr və doktorantların elmi fəaliyyət nəticələrinin  təhlil olunması və elmi diskussiyaların  aparılması üçün səmərəli platforma kimi təqdim olunan bu konfrans yeni nəsil mütəxəssislərin formalaşmasına  və gələcəkdə müxtəlif ölkələri təmsil edən gənclər arasında birgə tədqiqatların  aparılmasına öz mühüm  töhfəsini verəcək.  

 "Paşa Holdinq”in baş icraçı direktoru Cəlal Qasımov çıxışında ölkədə elmi tədqiqatların inkişafına töhfə verən beynəlxalq elmi platformanın yaradılmasını yüksək qiymətləndirib. O, iqtisadiyyat və idarəetmə ixtisaslarında təhsil alan yerli, həm də xarici ali təhsil müəssisələrinin magistr və doktorantlarını bir araya gətirən elmi konfransın əsas məqsədinin multidissiplinar tədqiqatların inkişafına töhfələr vermək, tədqiqatların nəticələrini bölüşmək, fikir mübadiləsi aparmaq və eyni zamanda tədqiqatların keyfiyyətinin artırılması məqsədilə beynəlxalq elmi platformanın yaradılması olduğunu bildirib. C.Qasımov  beynəlxalq konfransın ölkəmizin nüfuzu üçün böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Təhsilin "Paşa Holdinq”in korporatov məsuliyyət siyasətinin mühüm istiqaməti olduğunu bildirən C.Qasımov  şirkətin bəzi təhsilyönümlü layihələri barədə məlumat verib.
Konfransda ABŞ, Rusiya və Türkiyənin nüfuzlu ali təhsil müəssisələrinin magistr və doktorantlarının iştirakı ilə 4 dildə (Azərbaycan, ingilis, rus və türk) plenar çıxışlar olub. Azərbaycandan Kamal Mirzəyev "Strateji insan resursları sistemində təmin fəaliyyətinin ölçülməsi və qiymətləndirilməsi”, ABŞ-dan Corc Vaşinqton Universitetinin doktorantı  Sevinc Məmmədova "Təhsil və təlimin iqtisadiyyata təsiri”, Türkiyədən Sezgin Uysal "Siyasi risk və enerji qiymətləri arasındakı əlaqə” və Rusiyadan Aleksandr Lyaş "Maliyyə texnologiyalarına əsaslanan effektiv nağd idarəetmə” mövzularında plenar çıxışlarını onlayn təqdim ediblər. Tədbirin açılış mərasimi UNEC-in rəsmi "Facebook” səhifəsi, "YouTube” kanalı və konfransın rəsmi saytından canlı olaraq Azərbaycan və ingilis dillərində yayımlanıb.

 



Загрузка...
Həmçinin oxuyun:
UNEC-in 90 illiyinə həsr olunan “II. İqtisadiyyat və İdarəetmə Sahəsində Magistr və Doktorantların Beynəlxalq Elmi Konfransı” keçirilib

UNEC-in 90 illiyinə həsr olunan “II. İqtisadiyyat və İdarəetmə Sahəsində Magistr və Doktorantların Beynəlxalq Elmi Konfransı” keçirilib

Azərbaycan təhsili və elminin qarşısında duran ən mühüm vəzifələrdən biri yüksəkixtisaslı kadrlar hazırlanmasıdır

Azərbaycan təhsili və elminin qarşısında duran ən mühüm vəzifələrdən biri yüksəkixtisaslı kadrlar hazırlanmasıdır

UNEC-də Tələbə Elmi Konfransı keçirilib

UNEC-də Tələbə Elmi Konfransı keçirilib

UNEC-də “Elm aylığı” - elmi tədqiqata maraq artıb

UNEC-də “Elm aylığı” - elmi tədqiqata maraq artıb

“Universitetlərdə elmi fəaliyyətin müasir idarəetmə modeli” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək

“Universitetlərdə elmi fəaliyyətin müasir idarəetmə modeli” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Beynəlxalq ikili diplom proqramları ilə bağlı qaydalar təsdiqlənib

Beynəlxalq ikili diplom proqramları ilə bağlı qaydalar təsdiqlənib

Nazir müavini Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Elm, Texnologiya və Təhsil nazirlikləri rəhbərlərinin V iclasında iştirak edib

Nazir müavini Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Elm, Texnologiya və Təhsil nazirlikləri rəhbərlərinin V iclasında iştirak edib

Magistratura pilləsinə qəbul imtahanlarında ən yüksək balı toplayanlar UNEC-i seçib

Magistratura pilləsinə qəbul imtahanlarında ən yüksək balı toplayanlar UNEC-i seçib

ADPU-da Magistrantların III Respublika elmi konfransı - videokonfrans

ADPU-da Magistrantların III Respublika elmi konfransı - videokonfrans

Beynəlxalq elmi konfrans: “Universitetlərdə elmi fəaliyyətin müasir idarəetmə modeli”

Beynəlxalq elmi konfrans: “Universitetlərdə elmi fəaliyyətin müasir idarəetmə modeli”

Nazir müavini Firudin Qurbanov diaspor nümayəndələri ilə görüşüb

Nazir müavini Firudin Qurbanov diaspor nümayəndələri ilə görüşüb

Nazir: "Elmi kadrların yetişdirilməsində xaricdə təhsil proqramının mühüm rolu var"

Nazir: "Elmi kadrların yetişdirilməsində xaricdə təhsil proqramının mühüm rolu var"

“Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi”

“Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi”

"Sabahın alimləri” IX Respublika Müsabiqəsinin bağlanış mərasimi

"Sabahın alimləri” IX Respublika Müsabiqəsinin bağlanış mərasimi

Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunan beynəlxalq konfrans: elm və təhsilin inteqrasiyası

Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunan beynəlxalq konfrans: elm və təhsilin inteqrasiyası

Türkiyə universiteti LDU ilə birgə işləyəcək

Türkiyə universiteti LDU ilə birgə işləyəcək

Elmi kadrların attestasiyasının aparılması işi təkmilləşdirilir - SƏRƏNCAM

Elmi kadrların attestasiyasının aparılması işi təkmilləşdirilir - SƏRƏNCAM

Bakı Dövlət Universitetində doktorantlarla görüş

Bakı Dövlət Universitetində doktorantlarla görüş

“Rəqəmsal iqtisadiyyat, müasir çağırışlar və real imkanlar” mövzusunda konfrans

“Rəqəmsal iqtisadiyyat, müasir çağırışlar və real imkanlar” mövzusunda konfrans

UNEC-in gənc müəllimlərinin uğuru

UNEC-in gənc müəllimlərinin uğuru

Bakıda “Təhsilin sosial-iqtisadi inkişafda rolu” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilir

Bakıda “Təhsilin sosial-iqtisadi inkişafda rolu” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilir

İlk dəfə UNEC-də: İnklüziv təhsildə ikili diplom proqramı

İlk dəfə UNEC-də: İnklüziv təhsildə ikili diplom proqramı

UNEC-də tətbiq olunan əməkhaqqı sistemi professor-müəllim heyəti arasında elmi rəqabəti gücləndirib

UNEC-də tətbiq olunan əməkhaqqı sistemi professor-müəllim heyəti arasında elmi rəqabəti gücləndirib

UNEC-in 9-cu ikili diplom proqramı

UNEC-in 9-cu ikili diplom proqramı