AzTehsil.com


Xəbərlər
25 dekabr 2019
1 391


Nazir müavini Firudin Qurbanov diaspor nümayəndələri ilə görüşüb



Nazir müavini Firudin Qurbanov diaspor nümayəndələri ilə görüşüb

 

Təhsil nazirinin müavini Firudin Qurbanov "Liderliyin inkişafı proqramı” çərçivəsində Almaniya, Fransa, Gürcüstan, Ukrayna və Türkiyədəki Azərbaycan diasporunun nümayəndələri ilə görüşüb.

Görüş zamanı nazir müavini təhsilin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu, son illərdə bu sahədə mühüm strategiya və proqramların qəbul edildiyini diqqətə çatdırıb. Firudin Qurbanov "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müəyyən etdiyi hədəflərə uyğun olaraq aparılan islahatlar barədə qonaqlara məlumat verib.

Firudin Qurbanov qeyd edib ki, ölkə Prezidenti cənab İlham Əliyevin davamlı diqqət və qayğısı, həyata keçirilən proqramlar, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə 2003-2019-cu illər ərzində 3300-ə yaxın məktəb binası tikilib və ya əsaslı təmir edilib ki, bu da bütün məktəblərin 74 faizini təşkil edir. Məktəb tikintisi sahəsində həyata keçirilən tədbirlər nəticəsində 1 milyondan çox şagirdin təlim şəraiti əhəmiyyətli şəkildə yaxşılaşdırılıb, ikinci növbədə oxuyan şagirdlərin sayı 35 faizdən 14 faizə enib.

Nazir müavini deyib ki, istedadlı uşaqlarla bağlı həyata keçirilən ardıcıl tədbirlər nəticəsində respublika və beynəlxalq olimpiadalarda şagirdlərimizin uğurları ildən-ilə yaxşılaşıb. 2013-2019-cu illərdə şagirdlərimiz tərəfindən 4 qızıl, 50 gümüş, 126 bürünc, 35 həvəsləndirici mükafat olmaqla ümumilikdə 180 medal qazanılıb.

Nazir müavini diaspor nümayəndələrini  "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" haqqında da məlumatlandırıb. Firudin Qurbanov qeyd edib ki, sözügedən proqram çərçivəsində 3500-dən artıq gənc dünyanın aparıcı ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb. Nazir müavini bildirib ki, yeni qəbul olunmuş "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” isə yerli və xarici ali təhsil müəssisələri arasında ikili diplom proqramlarının həyata keçirilməsinə töhfə verəcək.

Görüş zamanı diaspor nümayəndələrini təhsil sahəsi ilə bağlı maraqlandıran suallar cavablandırılıb, mümkün əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb. 
edu.gov.az 



Загрузка...
Həmçinin oxuyun:
Nazir müavini Tələbə Yay Məktəbinin iştirakçıları ilə görüşüb

Nazir müavini Tələbə Yay Məktəbinin iştirakçıları ilə görüşüb

Nazir müavini Firudin Qurbanov İmişlidə gənc müəllimlərlə görüşüb

Nazir müavini Firudin Qurbanov İmişlidə gənc müəllimlərlə görüşüb

Nazir müavini Firudin Qurbanov Abşeronda gənc müəllimlərlə görüşüb

Nazir müavini Firudin Qurbanov Abşeronda gənc müəllimlərlə görüşüb

Xaricdə təhsil almaq üçün seçilmiş tələbələrlə görüş

Xaricdə təhsil almaq üçün seçilmiş tələbələrlə görüş

Nazir müavini Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Elm, Texnologiya və Təhsil nazirlikləri rəhbərlərinin V iclasında iştirak edib

Nazir müavini Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Elm, Texnologiya və Təhsil nazirlikləri rəhbərlərinin V iclasında iştirak edib

Firudin Qurbanov Koreya Respublikasının səfiri ilə görüşüb

Firudin Qurbanov Koreya Respublikasının səfiri ilə görüşüb

Nazir müavini Firudin Qurbanov Mingəçevirdə vətəndaşları qəbul edib

Nazir müavini Firudin Qurbanov Mingəçevirdə vətəndaşları qəbul edib

Nazir müavini Moskva Beynəlxalq Təhsil Salonunda çıxış edib

Nazir müavini Moskva Beynəlxalq Təhsil Salonunda çıxış edib

Rusiyanın Sverdlovsk vilayətinin Təhsil və Gənclər Siyasəti naziri ilə görüş

Rusiyanın Sverdlovsk vilayətinin Təhsil və Gənclər Siyasəti naziri ilə görüş

Bakı Dövlət Universitetində doktorantlarla görüş

Bakı Dövlət Universitetində doktorantlarla görüş

Ağdam Musiqi Kollecində görüş

Ağdam Musiqi Kollecində görüş

"Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər" mövzusunda konfrans

"Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər" mövzusunda konfrans

Nazir müavini Şamaxıda vətəndaşları qəbul edib

Nazir müavini Şamaxıda vətəndaşları qəbul edib

Mingəçevirdə gənc müəllimlərlə görüş

Mingəçevirdə gənc müəllimlərlə görüş

Nazir müavini Qaxda vətəndaşları qəbul edib

Nazir müavini Qaxda vətəndaşları qəbul edib

Təhsildən yazan jurnalistlər üçün təlim

Təhsildən yazan jurnalistlər üçün təlim

UNESCO üzrə Azərbaycan Milli Komissiyasının 25 illiyi ilə əlaqədar "dəyirmi masa"

UNESCO üzrə Azərbaycan Milli Komissiyasının 25 illiyi ilə əlaqədar "dəyirmi masa"

Nazir müavini Avropa Şurasına üzv dövlətlərin Təhsil nazirlikləri rəhbərlərinin görüşündə iştirak edib

Nazir müavini Avropa Şurasına üzv dövlətlərin Təhsil nazirlikləri rəhbərlərinin görüşündə iştirak edib

Nazir müavini Abşeronda vətəndaşları qəbul edib

Nazir müavini Abşeronda vətəndaşları qəbul edib

Maarifləndirici təlimin ilk günü başa çatıb

Maarifləndirici təlimin ilk günü başa çatıb

Moskvada 10-cu Rusiya-Azərbaycan Regionlararası Forumu işə başlayıb

Moskvada 10-cu Rusiya-Azərbaycan Regionlararası Forumu işə başlayıb

Nazir müavini İmişlidə vətəndaşları qəbul edib

Nazir müavini İmişlidə vətəndaşları qəbul edib

Ağdamda yeni məktəb binasının açılışı olub

Ağdamda yeni məktəb binasının açılışı olub

Çinin ölkəmizdəki səfiri ilə görüş

Çinin ölkəmizdəki səfiri ilə görüş