AzTehsil.com


Xəbərlər
21 avqust 2019
2 058


Xaricdə təhsil almaq üçün seçilmiş tələbələrlə görüş



Xaricdə təhsil almaq üçün seçilmiş tələbələrlə görüş

 

 

 

 
Avqustun 21-də Hökumətlərarası Təqaüd Proqramları ( HTP) çərçivəsində 2019-2020-ci tədris ilində Macarıstan, Çin və Latviyada təhsil almaq hüququ qazanmış tələbələrin bir qrupu ilə görüş keçirilib.

Görüşdə Təhsil nazirinin müavini Firudin Qurbanov HTP çərçivəsində təhsil almaq üçün müraciət edənlərin sayının ildən-ilə artdığını bildirib. Nazir müavini qeyd edib ki, 2019-2020-ci tədris ili üçün keçirilən müsabiqədə seçim yüksək rəqabətlilik şəraitində baş tutub. Azərbaycan gənclərinin xaricdə təhsil almasının əhəmiyyətinə toxunan nazir müavini onların ölkəmizin dinamik inkişaf prosesinə töhfə verəcəklərinə əminliyini ifadə edib.

Azərbaycanın xaricdə təhsil ənənələri barədə məlumat verən Firudin Qurbanov ölkəmizdə dövlət gənclər siyasətinin formalaşdırılmasının ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu, hazırda bunun ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi uğurla davam etdirildiyini söyləyib.

Nazir müavini ötən əsrin 70-80-ci illərindən azərbaycanlı gənclərin ölkə hüdudlarından kənarda nüfuzlu ali məktəblərdə oxumağa göndərildiyini, müstəqillik illərində xaricdə həm Hökumətlərarası Təqaüd Proqramları, həm də "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil alan gənclərə xüsusi diqqət göstərildiyini diqqətə çatdırıb.

Çıxışının sonunda Firudin Qurbanov tələbələri təbrik edərək onlara təhsillərində uğurlar arzulayıb.

Sonda xaricdə təhsil almaq hüququ əldə etmiş tələbələr öz fikirlərini bölüşüb, onları maraqlandıran suallarla bağlı geniş fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, 2019-2020-ci tədris ili üzrə Macarıstanda 200, Latviyada 13, Çində isə 37 nəfər təhsil almaq hüququ əldə edib.

Macarıstan, Çin və Latviya hökumətləri tərəfindən namizədliyi təsdiq olunan tələbələr təhsilini sözügedən ölkələrin aparıcı ali təhsil müəssisələrində, bakalavriat, baza ali tibb təhsili, magistratura və fəlsəfə doktoru səviyyələrində davam etdirəcəklər.



Загрузка...
Həmçinin oxuyun:
3500-dən çox tələbə dövlət təqaüdü ilə xarici universitetlərdə təhsil almaq hüququ qazanıb

3500-dən çox tələbə dövlət təqaüdü ilə xarici universitetlərdə təhsil almaq hüququ qazanıb

Xaricdə təhsil üzrə yeni dövlət proqramının hazırlanması üçün razılaşdırma aparılır

Xaricdə təhsil üzrə yeni dövlət proqramının hazırlanması üçün razılaşdırma aparılır

Firudin Qurbanov Koreya Respublikasının səfiri ilə görüşüb

Firudin Qurbanov Koreya Respublikasının səfiri ilə görüşüb

Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsinin 50 illiyi ilə bağlı tədbir

Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsinin 50 illiyi ilə bağlı tədbir

Nazir müavini Qaxda vətəndaşları qəbul edib

Nazir müavini Qaxda vətəndaşları qəbul edib

Latviyada təhsil təqaüd proqramının nəticələri açıqlanıb

Latviyada təhsil təqaüd proqramının nəticələri açıqlanıb

225 azərbaycanlı tələbə xaricdə təhsil almaq hüququ qazanıb

225 azərbaycanlı tələbə xaricdə təhsil almaq hüququ qazanıb

Xaricdə təhsilin maliyyələşməsinə dair yeni prosedur müəyyənləşdi

Xaricdə təhsilin maliyyələşməsinə dair yeni prosedur müəyyənləşdi

Ankarada təhsil alan azərbaycanlı tələbələrlə görüş

Ankarada təhsil alan azərbaycanlı tələbələrlə görüş

Nazir müavini Moskva Beynəlxalq Təhsil Salonunda çıxış edib

Nazir müavini Moskva Beynəlxalq Təhsil Salonunda çıxış edib

Çində 2019-2020-ci tədris ili üzrə təqaüd proqramı

Çində 2019-2020-ci tədris ili üzrə təqaüd proqramı

Nazir müavini Tələbə Yay Məktəbinin iştirakçıları ilə görüşüb

Nazir müavini Tələbə Yay Məktəbinin iştirakçıları ilə görüşüb

Çində təhsil almaq hüququ qazanmış şəxslərin siyahısı təsdiqlənib

Çində təhsil almaq hüququ qazanmış şəxslərin siyahısı təsdiqlənib

BDU-nun yeni rektoru ilk tədbirini keçirdi

BDU-nun yeni rektoru ilk tədbirini keçirdi

Bakı Dövlət Universitetində doktorantlarla görüş

Bakı Dövlət Universitetində doktorantlarla görüş

“MBA Club”un üzvləri ilə görüş

“MBA Club”un üzvləri ilə görüş

Təhsildən yazan jurnalistlər üçün təlim

Təhsildən yazan jurnalistlər üçün təlim

Mikayıl Cabbarov: "Xaricdə təhsil alanların 60 faizi özəl sektorda çalışır"

Mikayıl Cabbarov: "Xaricdə təhsil alanların 60 faizi özəl sektorda çalışır"

Nazir müavini Masallı, Yardımlı və Cəlilabad sakinlərini qəbul edib

Nazir müavini Masallı, Yardımlı və Cəlilabad sakinlərini qəbul edib

Nazirlik Macarıstanda təhsil alacaq azərbaycanlı gənclərlə bağlı yayılan məlumatlara münasibət bildirib

Nazirlik Macarıstanda təhsil alacaq azərbaycanlı gənclərlə bağlı yayılan məlumatlara münasibət bildirib

Çinin ölkəmizdəki səfiri ilə görüş

Çinin ölkəmizdəki səfiri ilə görüş

Təhsil Nazirliyində təltifetmə mərasimi

Təhsil Nazirliyində təltifetmə mərasimi

BDU Fransanın Lyon 2 Universiteti ilə ikili diplom verəcək

BDU Fransanın Lyon 2 Universiteti ilə ikili diplom verəcək

Fransanın Dövlət katibi UFAZ-da olub

Fransanın Dövlət katibi UFAZ-da olub