11-ci sinif şagirdi evlənmək məqsədilə qaçırılıb
Masallı rayonunda 11-ci sinif şagirdi olan 17 yaşlı qız evlənmək məqsədilə qaçırılıb.
Hadisə martın 9-da qeydə alınıb. Universitetə hazırlaşan və repetitor yanından evə qayıdan qız bir neçə nəfər tərəfindən maşına mindirilərək qaçırılıb. 18 yaşı noyabrda tamam olacaq şagirdin ailəsinin polisə müraciətindən sonra o tapılıb və ailəsinə təhvil verilib.
DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev “Qafqazinfo”ya bildirib ki, hazırda faktla bağlı Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır: “Müraciətlə əlaqədar keçirilən müvafiq tədbirlər nəticəsində qızın yeri müəyyən olunub və gətirilərək ailəsinə təhvil verilib. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.
Qeyd edək ki, Azərbaycanda nikaha daxil olma yaşı 18 yaş müəyyən edilib.


Paytaxt təhsili 2021-ci təqvim ilində

Şəki məktəblərinin son 3 illik göstəriciləri – Bölgə təhsili

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

LƏNKƏRAN DÖVLƏT UNİVERSİTETİNDƏ NƏLƏR BAŞ VERİR?!

Bakı kəndlərində məktəbi 3-cü sinifdən tərk edən qızlar var

Masallı Təhsil Şöbəsində nə baş verir?- Məktəb direktoru qanunsuz əməllərdə...

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Ağstafada səkkiz yaşlı qızı ögey anası döyüb? - FOTO

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

DİN-dən Goranboyda qaçırıldığı iddia edilən 14 yaşlı qızla bağlı AÇIQLAMA

Məktəb sənədlərinin aparılması və saxlanması haqqında TƏLİMAT

Yaş və pedaqoji psixologiya haqqında bilmədiklərimiz OXUYUN !

Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu

İlahiyyat İnstitutunun yeni rektoru: “İfrat fikirlərin yayılmasının qarşısını almaq üçün...” - MÜSAHİBƏ

Azərbaycanda 13 yaşlı qızın ana olmasının günahkarları kimlərdir? - ARAŞDIRMA + FOTO

Texniki Təhlükəsizlik Haqqında Azərbaycan Respublikasının Qanunu

"Repçi " müəllim polisə niyə çağrıldı ?

Təhsil Nazirliyi zorlanan müəllimə yenə iş söz verdi

Oğurlanıb zorlanan müəllimə iş veriləcək - NAZİRLİYİN AÇIQLAMASI

"Abituriyentin tədrisi mənimsəmə bacarığı yoxdursa, repetitor nə edə bilər ki!”

Ölkədə belə bir rəy yaranıb ki, repetitor yanına getməyən şagirdın universitetə qəbul olma şansı yoxdur.

İsmayıllıda itkin düşən 11-ci sinif şagirdi tapılıb - YENİLƏNİB