Fransada məktəbli müəllimini bıçaqlayıb öldürdü
Fransanın Sen-Jan-de-Luz kommunasında lisey şagirdi bıçaqla ispan dili müəlliminə hücum edib.
50 yaşlı qadın döş qəfəsindən aldığı xəsarətlərdən həyatını itirib.
16 yaşlı məktəbli çantasında bıçaqla məktəbə gəlib. Onun müəlliməsinə hücum etməsinin dəqiq səbəbi açıqlanmır. Şagird həbs edilib.
İlkin dindirilmə zamanı yeniyetmə bildirib ki, ona müəllimini bıçaqlamasını deyiblər. Şagirdin psixoloji problemlərinin ola biləcəyi istisna edilmir.
Mənbə: BFM