Elm və Təhsil Nazirinin yeni müavini təyin olunub-FOTO
Elm və təhsil naziri Emin Əmrullayevə yeni müavin təyin olunub.
Bu vəzifəyə Həsən Həsənli təyinat alıb.
H.Həsənli bundan əvvəl Elm və Təhsil Nazirliyinin aparat rəhbəri vəzifəsində çalışıb.
O, 1991-ci ildə Naxçıvan şəhərində anadan olub.
2009-2013-cü illərdə Böyük Britaniyanın Bristol Universitetində və Kembric Universitetində təhsil alıb. 2015-2016-cı illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçib.
Daha sonra Elm və Təhsil Nazirliyində mütəxəssis, sektor müdiri, nazirin müşaviri və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin Sədri vəzifələrində çalışıb.
İngilis və rus dillərini bilir.
Ailəlidir, iki övladı var.