Xəbərlər / Müəllim
08 noyabr 2022
760


Sinifdən səngərə – Düşmənə dərs keçən müəllimlərimiz-FOTOLAR


Vətən müharibəsində 700-dək təhsil işçisi böyük qəhrəmanlıqla döyüşüb. Müharibə zamanı 20 nəfər təhsil işçisi şəhid olub.

Azərbaycanda elə müəllimlərimiz var ki,  44 günlük müharibədə Vətən uğrunda canlarından keçərək, şəhidlik zirvəsinə ucalıblar. Həm özləri şəhidlik zirvəsinə ucaldı, həm də yetişdirdiyi Vətən övladları…


 Rəşad Məmmədov

Rəşad Məmmədov 4 sentyabr 1989-cu ildə Gəncə şəhərində anadan olub.  Rəşad Məmmədov 4 sentyabr 1989-cu ildə Gəncə şəhərində anadan olmuşdur. 2013-cü ildə Gədəbəy rayon Qoşabulaq kənd 1 saylı tam orta məktəbində tarix müəllimi kimi əmək fəaliyyətinə başlayıb. 2018-ci ildə Gəncə şəhər M.Ş.Vazeh adına 16 saylı tam orta məktəbdə pedaqoji fəaliyyətini davam etdirib. Rəşad Məmmədov 8 noyabr 2020-ci ildə Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.



Şəhid Rəşad Məmmədov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Vüqar Vəliyev

Vəliyev Vüqar Emin oğlu 22 oktyabr 1995-ci ildə Ağdam rayonunun Rzalar kəndində anadan olub.   2019-cu ildə Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanında müvəffəqiyyətlə iştirak etmiş və Quzanlıda yerləşən Ağdam rayon 18 nömrəli köçkün tam orta məktəbinə idman müəllimi kimi qəbul olub



V.Vəliyev 2020-ci il oktyabrın 17-də Tərtər rayonunun Suqovuşan qəsəbəsində şəhid olub. Şəhid müəllim Vüqar Vəliyev ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.


Famil Əhmədzadə

Famil Əhmədzadə 23 sentyabr 1975-ci ildə Bakı şəhəri Xətai rayonunda anadan olub. Famil Əhmədzadə 1997-ci ildən etibarən məzunu olduğu İsmayıllı şəhər 3 nömrəli məktəb-liseyində tarix müəllimi kimi fəaliyyətini davam etdirmişdir. 1999-cu ilin əvvəlində hərbi xidmətə yola düşmüşdür. Hərbi xidmətdən qayıtdıqdandan sonra yenidən həmin məktəbdə müəllimlik fəaliyyətini davam etdirmişdir. Tarixçi kimi yetişdirdiyi yüzlərlə tələbəsi yüksək bal toplayaraq ali məktəblərə daxil olmuşlar.



Famil 2020-ci ilin 27 sentyabrında – müharibəyə könüllü olaraq cəbhəyə yollanıb. O, oktyabr ayının 13-dən 14-nə keçən gecə Talış və Suqovuşanda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.  Şəhid Famil Əhmədzadə ölümündən sonra “Vətən uğrunda” medalı, “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif edilib.


Elvin İmaməliyev


Elvin İmaməliyev 1989-cu il mayın 9-da Ağstafa rayonunun Qırılı kəndində anadan olub. 2012-ci ildə müəllimlərin işə qəbulu üzrə imtahanın nəticələrinə əsasən orta təhsil aldığı Ağstafa rayonunun Qırılı kənd tam orta məktəbində müəllim olaraq fəaliyyətə başlamışdır. 2019-cu ildə isə direktorların işə qəbulu üzrə müsabiqədə iştirak edib və yüksək bal toplayaraq Ağstafa şəhəri 1 nömrəli tam orta məktəbə direktor təyin edilib. Elvin İmaməliyev noyabrın 9-da Şuşa döyüşləri zamanı şəhid olub.



Şəhid Elvin İmaməliyev ölümündən sonra “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.


Etiram Hüseynli


Etiram Hüseynli 1977-ci il aprelin 17-də Lənkəran şəhərində anadan olub.  1994-1998-ci illərdə isə N. Tusi adına Azərbaycan Pedaqoji Universitetində (APİ) ali təhsil alıb. 2002-ci ildən Lənkəran şəhərində S. Kazımbəyov adına 6 nömrəli tam orta məktəbdə müəllim olaraq fəaliyyətə başlayıb. Etiram Hüseynli oktyabrın 21-də Qubadlı döyüşləri zamanı şəhid olub.



Şəhid Etiram Hüseynli ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”,  “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunub.


Qoşqar Ömərov


Qoşqar Ömərov 9 fevral 1994-cü ildə Kürdəmir rayonunun Şilyan (Qarasu) kəndində müəllim ailəsində anadan olub.   2018-ci ildə MİQ imtahanında 57 bal toplayaraq  Masazır kənd 5 nömrəli tam orta  məktəbdə  riyaziyyat müəllimi kimi  pedaqoji fəaliyyətə başlamışdır. Qoşqar Ömərov Noyabrın 4-də Şuşanın Daşaltı kəndinin ətrafında gedən döyüşlərdə şəhid olub.



Şəhid Qoşqar Ömərov ölümündən sonra “Xocavəndin azad olunmasına görə”, “Füzuli azad olunmasına görə”, “Şuşanınazad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.

Vidadi İsrafilov



Vidadi İsrafilov 8 iyun 1987-ci ildə Daşkəsəndə anadan olub. 2005-2009-cu ildə Gəncə Dövlət Universitetinin riyaziyyat-informatika fakültəsində təhsil alandan sonra təyinatla kəndinə müəllim olaraq çalışıb.  Vidadi İsrafilov 9 noyabr  Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olub.

Xalid Nəciyev


Xalid Nəciyev 1992-ci il iyulun 3-də  Saatlı rayonunda anadan olub. 1998–2009-cu illərdə Saatlı şəhərində Səməd Vurğun adına 1 nömrəli tam orta məktəbdə təhsil alıb. 2009–2013-cü illərdə isə Gəncə Dövlət Universitetində (GDU) tarix-coğrafiya ixtisası üzrə ali təhsil alıb. 2017–2018-ci illərdə tarix və coğrafiya müəllimi olaraq çalışıb.



O,  noyabrın 5-də Laçın döyüşləri zamanı Səfiyan istiqamətində şəhid olub. Şəhid Xalid Nəciyev ölümündən sonra  “Döyüşdə fərqlənməyə görə”” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.


Elgün Quliyev

Elgün Quliyev 1992-ci ilin 17 sentyabr tarixində Şamaxı rayonunun Göylər kəndində anadan olub. 1998-ci ildə T.Kərimov adına Şamaxı rayonu Göylər kənd 2 saylı tam orta məktəbin birinci sinfinə daxil olub.  2009-cu ildə tam orta təhsilini başa vurduqdan sonra 2010–2014-cü illərdə Sumqayıt Dövlət Universitetinin Tarix fakültəsində “Tarix müəllimliyi” ixtisasına yiyələnib. 2020-ci ildə müəllimlərin işə qəbul imtahanından keçərək Lerik rayonunun Sors kəndində işə qəbul olub



Elgün Quliyev noyabrın 9-da Şuşa döyüşləri zamanı şəhid olub. “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə”  medalları ilə təltif olunub.


Tural Rəhimov


Tural Rəhimov 1993-cü il yanvarın 1-də Cəlilabad rayonunun Söyüdlü kəndində anadan olub. 2010-2014-cü illərdə Lənkəran Dövlət Universitetində (LDU) “Kimya-biologiya” ixtisası üzrə ali təhsil alıb. 2016-cı ildən müəllim olaraq çalışırdı. Tural Rəhimov oktyabrın 22-də Qubadlı döyüşləri zamanı şəhid olub.



Şəhid Tural Rəhimov ölümündən sonra “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə”,  “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.


Rəvan Lətifov


Rəvan Ömür oğlu Lətifov 26 avqust 1991-ci ildə Oğuz rayonunun Xaçmaz kəndində anadan olub.  2008-ci ildə Xaçmaz kəndinə V.İbrahimov adına tam orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsilin təşkili və idarə olunması ixtisasına daxil olmuşdur. Ə.Abdulhüseynov adına Sincan kənd tam orta məktəbində məktəbdənkənar və sinifdənxaric tərbiyyə işi üzrə təşkilatçı vəzifəsində işləmişdir.



Rəvan Lətifov noyabrın 6-da Daşaltı-Şuşa istiqamətində qəhrəmancasına şəhid olub.

Şəhid Rəvan Lətifov “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.


 Əvdil Quliyev


Quliyev Əvdil Qardaşxan oğlu 31 iyul 1972-ci ildə Beyləqan rayonunun Təzəkənd kəndində anadan olub. 2018-ci ildən etibarən Ə.Məmmədov adına Təzəkənd kənd tam orta məktəbində “Gənclərin çağırışaqədərki hazırlığı” fənninin tədrisi ilə məşğul olub.



O, 6 noyabr 2020-ci ildə Şuşakənd istiqamətində gedən döyüşlərdə şəhid olan zabit yoldaşına kömək etmək istəyərkən düşmən tərəfindən açılan snayper atəşi ilə şəhid olub. Şəhid Əvdil Quliyev ölümündən sonra “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalı ilə təltif olunub.


Rabil İsmayılov

Rabil İsmayılov 1980-cı il fevralın 12-də Gəncə şəhərində anadan olub. O, noyabrın 3-də Xocavənd döyüşləri zamanı şəhid olub.  2017-ci ildən M. Müşfiq adına 14 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi olaraq çalışırdı.


 

Şəhid Rabil İsmayılov ölümündən sonra “Vətən uğrunda” və “Cəbrayıl azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, və”Füzulinin azad olunmasına görə”,  medalı ilə təltif olunub.


 Emil Qurbanov


Emil Qurbanov 1980-ci il avqustun 25-də Lənkəranda anadan olub. 2012-ci ildə Lənkəran şəhər A.Məhərrəmov adına 7 nömrəli tam orta məktəbində gənclərin çağırışaqədərki hazırlığı müəllimi vəzifəsində işləməyə başlamışdır.



O,  Oktyabrın 29-da Qubadlının düşməndən azad olunması uğrunda döyüşdə şəhid olub.


Şəhid Emil Qurbanov ölümündən sonra “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə”,  “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.

Kənan Müzəffərli

Müzəffərli Kənan Azər oğlu 22 dekabr 1995-ci ildə Gədəbəy rayonun Çalburun kəndində anadan olub.  2019- cu ildən Gədəbəy rayonun Dəyəqarabulaq kənd tam orta məktəbində müəllim kimi çalışıb. 23 dekabr 2019-cu il bələdiyyə seçkilərindən sonra Miskinli kənd bələdiyyəsinin sədr müavini kimi çalışıb. O, 27 oktyabr 2020-ci ildə Zəngilan uğrunda gedən döyüşlərdə şəhid olub.


Şəhid Kənan Müzəffərli ölümündən sonra “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə”,  medalları ilə təltif olunub.


 


Düşmənə dərs keçən müəllimlərimizi ehtiramla anırıq! Allah bütün Şəhidlərimizə Rəhmət eləsin !


Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

Bir sıra hərbi qulluqçulara orden verdildi – SİYAHI

Bir sıra hərbi qulluqçulara orden verdildi – SİYAHI

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Şəki məktəblərinin son 3 illik göstəriciləri – Bölgə təhsili

Şəki məktəblərinin son 3 illik göstəriciləri – Bölgə təhsili

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB

Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Nazir  pedaqoji mühazirələrin  qaliblərini təltif etdi.. ƏMR  №F-480

Nazir pedaqoji mühazirələrin qaliblərini təltif etdi.. ƏMR №F-480

Məzuniyyətlər haqqında  AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Məzuniyyətlər haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Əmək müqaviləsinin  bağlamnması  , məzmunu, forması , müddəti

Əmək müqaviləsinin bağlamnması , məzmunu, forması , müddəti

Ümumtəhsil məktəbinin direktorunun   əmək funksiyaları, hüquq və vəzifələri

Ümumtəhsil məktəbinin direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Əmək sahəsindəki hüquq münasibətlərinin anlayışı və sistemi

Əmək sahəsindəki hüquq münasibətlərinin anlayışı və sistemi

Əmək Məcəlləsindən çıxarış   Əmək normaları, əməyin ödənİlməsi normaları, qaydaları və təminatları

Əmək Məcəlləsindən çıxarış Əmək normaları, əməyin ödənİlməsi normaları, qaydaları və təminatları

Azərbaycan dünyanın ən zəngin, coğrafi mövqeyi mükəmməl olan bir regionunda yerləşir.

Azərbaycan dünyanın ən zəngin, coğrafi mövqeyi mükəmməl olan bir regionunda yerləşir.

İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə NK-nın 186 saylı QƏRARI

İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə NK-nın 186 saylı QƏRARI

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Ən çox medal alan generallar... - FOTO

Ən çox medal alan generallar... - FOTO

Zalda hər tələbə üçün xüsusi ofis yaradılıb..Dünyanın ən maraqlı altı məktəbi- FOTOLAR

Zalda hər tələbə üçün xüsusi ofis yaradılıb..Dünyanın ən maraqlı altı məktəbi- FOTOLAR

Vətən Müharibəsində tarix yazan tarix müəllimi - Fotolar

Vətən Müharibəsində tarix yazan tarix müəllimi - Fotolar

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Azərbaycan təhsil və pedaqoji fikir tarixinin mahir tədqiqatçısı

Azərbaycan təhsil və pedaqoji fikir tarixinin mahir tədqiqatçısı