Ən çox medal alan generallar... - FOTO
İkinci ən çox medal alan general isə Xüsusi Təyinatlı Qüvvələrin komandanı Hikmət Mirzəyevdir. Müharibə gedişatında, oktyabrın 17-də general-leytenant rütbəsi alan H.Mirzəyev Kəlbəcər, Şuşa, Qubadlı, Füzuli və Cəbrayılın azad edilməsinə görə medalları ilə təltif olunub. Onun altıncı mükafatı isə "Vətən Müharibəsi Qəhrəmanı” adı olub.
"Aprel döyüşləri”ndəki qəhrəmanlığı ilə tanınan artilleriya qoşunlarının komandanı Ağamir Sultanov Vətən müharibəsindən sonra 5 medalla qiymətləndirilib. Dekabrın 7-də Prezidentin sərəncamı ilə general-mayor rütbəsi verilən, "Zəfər” ordenli A.Sultanov həmçinin, Cəbrayıl, Zəngilan, Qubadlı və Şuşanın azad olunmasına görə təltif olunub. O, "Zəfər paradı”nda artilleriya silahları sistemlərinin kolonuna rəhbərlik edib.
Polkovnik Balağa Rzayevin oğlu, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin rəisi general-mayor Mübariz Rzayev Vətən müharibəsindən sonra 5 medalla müfakatlandırılıb. O, 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilən altı generaldan biri olub. Bundan başqa, Cəbrayıl, Zəngilan, Xocəvənd və Qubadlının azad olunmasına görə medalları ilə təltif edilib. Müharibə başlamadan iki ay öncə də "Vətən uğrunda” medalını alıb.
Hikmət Mirzəyevin müavini, noyabrın 20-də general-mayor rütbəsi alan Kənan Seyidov da 4 medala layiq görülüb. K.Seyidov "Vətən Müharibəsi Qərhrəmanı” adı ilə birgə Şuşa, Füzuli və Cəbrayılın azad olunmasına görə medalları ilə təltif edilib
Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev "Zəfər” ordeni ilə mükafatlandırılıb. Bundan başqa Ağdam, Qubadlı və Cəbrayılın azad olunmasına görə təltif edilib.
Şuşa şəhərinin ilk komendantı, "Zəfər paradı”nda meydanda "Zəfər bayrağı”nı daşıyan general-mayor Zaur Məmmədov da 3 medalla təltif edilib. Dekabrın 7-də general-rütbəsi verilən, Xüsusi Təyinatlı Qüvvələrin komandanlarından biri olan Z.Məmmədov "Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb. Pənahəli xanın nəslindən olan Zaur Məmmədov Şuşanın və Füzulinin azad edilməsinə görə də mükafatlandırılıb.


Zəfər paradına Şuşaya sancılan bayrağı Pənahəli xanın nəslindən olan general-mayor gətirəcək

Səməd bəy Mehmandarovun doğum günüdür

Qəlbi vətən eşqiylə döyünən Elsevər sanki hərbiçi doğulmuşdur.

Bir sıra hərbi qulluqçulara orden verdildi – SİYAHI

İgidlik və mərdlik nümunəsi göstərən Ramid Hacıyev

“Vətən uğrunda” medalı ilə təltif edilən şəhid Hüseyn Həmidzadə

Mayor Zaur Rəhimovun böyük şücaəti - VİDEO

Prezident generalın anasına, polkovnikin oğluna zəng etdi - FOTOLAR

Dövlət qurumunun 11 əməkdaşı “Cəsur döyüşçü” medalı ilə təltif edildi

Prezidentdən Vətən Müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması barədə SƏRƏNCAM

Şəhid polkovnikin oğlu Prezidentin ona zəngindən danışdı - VİDEO

Qərargah rəisini xilas edərkən şəhid olan hərbi həkim - FOTO

Aprel zəfərinin üçüncü ildönümü - cəbhə xəttində

General Polad Həşimov və polkovnik İlqar Mirzəyev II Fəxri Xiyabanda dəfn olundu

Polad kimi Mübariz qəhrəmanlarımız.

Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Ruhin Xəlilov

Laçınlı şəhidimiz qəhrəmanlığı ilə dastan yazdı: Ölümünə dözə bilməyən atası vəfat etdi - VİDEOREPORTAJ

UNEC kollektivi Lələtəpədə - Fotolar

Ailəsindən eşitdikləri onda vətənə çox böyük məhəbbət yaratmışdır.

XTQ-nin igid əsgəri, xalqımızın şəhid oğlu Cahid Tağızadə - FOTOLAR

Şəhid generalımız qızının qatıldığı yarışda: Arxiv görüntüləri üzə çıxdı

Şəhid polkovnik Babək Səmidli dəfn olunub - FOTO

Şəhid anası: “Oğlumun bir sözü var idi: Ya tarix yazacağam, ya da tarixdə qalacağam”

112 nəfər qızıl, 67 nəfər isə gümüş medala layiq görülüb