AzTehsil.com


Xəbərlər
04 aprel 2019
2 009


Aprel zəfərinin üçüncü ildönümü - cəbhə xəttində



 

Aprel zəfərinin üçüncü ildönümü - cəbhə xəttində

 

Aprelin 4-də Təhsil və Müdafiə nazirliklərinin birgə təşkilatçılığı ilə Füzuli rayonunun Horadiz şəhərində aprel zəfərinin üçüncü ildönümünə həsr olunmuş tədbir keçirilib.


Tədbirin keçirilməsində əsas məqsəq Azərbaycanın müasir hərb tarixinin zəfər səhifəsi sayılan aprel döyüşlərinin üçüncü ildönümünü qeyd etmək, yeniyetmə və gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsinə töhfə verməkdir.


Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, Müdafiə Nazirliyi Mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi, general-mayor Rasim Əliyev, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, millət vəkilləri, media qurumlarının rəhbərləri, KİV nümayəndələri, hərbçilər, tələbə-könüllülər, şagird və müəllimlər iştirak ediblər.


Əvvəlcə tədbir iştirakçıları Füzuli rayonunun Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzinə gələrək, ümummilli liderin abidəsi önünə gül dəstələri qoyublar.


Sonra Horadiz şəhərində ucaldılmış "Aprel şəhidlərinə xatirə” abidəsi ziyarət edilib, şəhidlərin xatirəsi ehtiramla anılıb. Abidənin yaxınlığındakı ərazidə və Cocuq Mərcanlıya gedən yolun kənarında milli vətənpərvərlik musiqisinin sədaları altında aprel zəfərindən ötən hər gün üçün 1100 ağac əkilib. Qeyd edək ki, ağaclar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təqdim olunub.


Daha sonra tədbir iştirakçıları ön xəttə yollanıb, əsgərlərin xidmət şəraiti ilə tanış olublar. Əsgər və zabitlərlə görüş zamanı təhsil nazirinin müavini Firudin Qurbanov qeyd edib ki, ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Milli Ordusunun 2016-cı ilin aprel ayında həyata keçirdiyi uğurlu əməliyyat nəticəsində strateji mövqelərə nəzarət bərpa olunub və ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində mühüm qələbə qazanılıb. Firudin Qurbanov Milli Ordumuzun şanlı tarixinə çevrilmiş aprel döyüşlərinin hər bir vətəndaşda qürur hissi yaratdığını qeyd edib.


Nazir müavini vurğulayıb ki, aprel döyüşlərində qazanılan qələbənin ildönümünün hər il qeyd olunması xalqımızın mübarizə ruhunu və yüksək vətənpərvərlik hissini bir daha nümayiş etdirir. Firudin Qurbanov işğal altındakı digər torpaqlarımızın da işğaldan azad ediləcəyinə əminliyini ifadə edib.


Əsgərlərlə söhbət zamanı Müdafiə Nazirliyinin Mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi, general-mayor Rasim Əliyev aprel şəhidlərinin şücaətindən söz açıb. Rasim Əliyev bildirib ki, 2016-cı ilin aprel ayında  Azərbaycan ordusu düşməni tam məğlub etməyə hər zaman hazır olduğunu nümayiş etdirib. General-mayor Azərbaycan ordusunun işğal altındakı bütün torpaqlarımızı azad etməyə tam qadir olduğunu vurğulayıb.


Daha sonra təhsil nazirinin müavini Firudin Qurbanov və tədbir iştirakçıları Cəbrayıl rayonunun Novruz Aslanov adına  Cocuq Mərcanlı kənd tam orta məktəbinin şagird və müəllim kollektivi ilə görüşüb. Şagirdlər vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər. Məktəbə Təhsil Nazirliyi tərəfindən idman ləvazimatları hədiyyə olunub.


Sonda tədbir iştirakçıları Füzuli rayonunda yerləşən "N" saylı hərbi hissədə əsgər və zabitlərlə birgə nahar ediblər.




Загрузка...
Həmçinin oxuyun:
Təhsil Nazirliyinin təşkilatçılığı ilə Cocuq Mərcanlıya səfər edilib

Təhsil Nazirliyinin təşkilatçılığı ilə Cocuq Mərcanlıya səfər edilib

UNEC kollektivi Lələtəpədə - Fotolar

UNEC kollektivi Lələtəpədə - Fotolar

BDU-nun yeni rektoru ilk tədbirini keçirdi

BDU-nun yeni rektoru ilk tədbirini keçirdi

AMEA Mərkəzi Elmi Kitabxanasının təmsilçiləri Cocuq Mərcanlıya səfər edib

AMEA Mərkəzi Elmi Kitabxanasının təmsilçiləri Cocuq Mərcanlıya səfər edib

Firudin Qurbanov Koreya Respublikasının səfiri ilə görüşüb

Firudin Qurbanov Koreya Respublikasının səfiri ilə görüşüb

ADPU-də Aprel hadisələrinin ildönümünə həsr olunmuş tədbir keçirilmişdir

ADPU-də Aprel hadisələrinin ildönümünə həsr olunmuş tədbir keçirilmişdir

Qərb Universitetinin tələbələri cəbhə bölgəsində əsgərlərlə birgə

Qərb Universitetinin tələbələri cəbhə bölgəsində əsgərlərlə birgə

“Təhsil Nazirliyi aprel döyüşləri ilə bağlı addımlar atmalıdır”

“Təhsil Nazirliyi aprel döyüşləri ilə bağlı addımlar atmalıdır”

Firudin Qurbanov BDU-nun rektor əvəzi oldu - RƏSMİ

Firudin Qurbanov BDU-nun rektor əvəzi oldu - RƏSMİ

Firudin Qurbanov BDU-nun rektor əvəzi oldu - RƏSMİ

Firudin Qurbanov BDU-nun rektor əvəzi oldu - RƏSMİ

“Şahin” hərbi-idman oyunu üzrə rayon birinciliyinə yekun vurulub

“Şahin” hərbi-idman oyunu üzrə rayon birinciliyinə yekun vurulub

Nazir müavini cəbhə bölgəsində

Nazir müavini cəbhə bölgəsində

Bütün direktorların və müəllimlərin nəzərinə! Təhsil naziri yeni əmr imzaladı: 15 sentyabrda bütün məktəblərdə...

Bütün direktorların və müəllimlərin nəzərinə! Təhsil naziri yeni əmr imzaladı: 15 sentyabrda bütün məktəblərdə...

Cocuq Mərcanlıya səfər ediləcək

Cocuq Mərcanlıya səfər ediləcək

“Rəşadətli Azərbaycan Ordusu” mövzusunda tədbirlər keçirilib

“Rəşadətli Azərbaycan Ordusu” mövzusunda tədbirlər keçirilib

Heydər Əliyev Mərkəzinin parkında “Oxu Günü” keçirilib

Heydər Əliyev Mərkəzinin parkında “Oxu Günü” keçirilib

Təhsil Nazirliyində təltifetmə mərasimi

Təhsil Nazirliyində təltifetmə mərasimi

Çinin ölkəmizdəki səfiri ilə görüş

Çinin ölkəmizdəki səfiri ilə görüş

“Qayıdış” Yaz Məktəbi başa çatıb.

“Qayıdış” Yaz Məktəbi başa çatıb.

Bakı Dövlət Universitetində doktorantlarla görüş

Bakı Dövlət Universitetində doktorantlarla görüş

31-ci Beynəlxalq İnformatika Olimpiadası üzrə birgə iclas

31-ci Beynəlxalq İnformatika Olimpiadası üzrə birgə iclas

“Vətənpərvərlik milli-mənəvi dəyərimiz kimi” mövzusunda tədbir keçirilib

“Vətənpərvərlik milli-mənəvi dəyərimiz kimi” mövzusunda tədbir keçirilib

Balakəndə şeir müsabiqəsi keçirilib

Balakəndə şeir müsabiqəsi keçirilib

“Qayıdış” Yaz Məktəbi keçiriləcək

“Qayıdış” Yaz Məktəbi keçiriləcək