AzTehsil.com


Xəbərlər
02 iyun 2022
811


Paytaxtda müəllim şagirdini necə xilas etdi?




1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində paytaxt məktəblərindən birində ibtidai sinif müəllimi valideynləri zərərli vərdişlərə qurşanmış uşağın həyatını xilas edib.


Belə ki, zərərli vərdişlərə aludə olmuş valideynlər övladlarını dərsdən tamamilə yayındırıblar və bir aya yaxın müddətdə onların yerini müəyyən etmək mümkün olmayıb. Müəllim “Məktəblinin dostu”nun dəstəyi ilə ibtidai sinifdə təhsil alan həmin şagirdin ailəsini axtarıb, şəhərin başqa istiqamətində kirayə yaşadığı mənzildə tapıb və uşağın dərsə cəlb olunmasına nail olub.


Bundan sonra Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) və müvafiq qurumların dəstəyi ilə məktəbli uşaq evinə yerləşdirilib, onun həyatı və sağlamlığı üçün mövcud olan təhlükə aradan qaldırılıb.


Onu da qeyd edək ki, uşaqların təhsildən yayındırılmasının qarşısının alınması ilə bağlı bu kimi hallar müşahidə etdiyimiz nümunələrdən biridir. Bu, müəllim fədakarlığının və əsl müəllim təəssübkeşliyinin ifadəsidir.


Valideynlərə əsas çağırışımız ondan ibarətdir ki, övladlarının təhsili və layiqli vətəndaş kimi formalaşdırılması ilə bağlı məsələlərdə həssaslıq nümayiş etdirsinlər. Övladına laqeyd münasibət bəsləyən valideynlərə cəmiyyət də qınaqla yanaşmalı və onları bu kimi əməllərdən çəkindirməlidir.


BŞTİ tərəfindən məktəblinin sağlam və etibarlı mühitə qaytarılmasında göstərdiyi fədakarlığa və əsl vətəndaş mövqeyinə görə müəllim təşəkkürnamə ilə təltif edilib və İdarə rəhbərliyi ona minnətdarlığını bildirib.


BŞTİ-nin müdir müavini Xəyalə Əhmədzadə məktəbdə olub, müəllimlə görüşüb, səmərəli fəaliyyətinə görə onu təbrik edib.


Onu da qeyd edək ki, həmin valideynlər aidiyyəti qurumların dəstəyi ilə nəzarətə götürülərək müəlicəyə cəlb olunublar.




Загрузка...
Həmçinin oxuyun:
Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu

Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu

Texniki Təhlükəsizlik Haqqında Azərbaycan Respublikasının Qanunu

Texniki Təhlükəsizlik Haqqında Azərbaycan Respublikasının Qanunu

Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu

Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu

“MƏKTƏBLİNİN DOSTU” Azərbaycanda inqilabdır

“MƏKTƏBLİNİN DOSTU” Azərbaycanda inqilabdır

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Sinif rəhbərinin illik tədbirlər planı

Sinif rəhbərinin illik tədbirlər planı

ADPU-da “Məktəblinin dostu” layihəsinin iştirakçılarına sertifikatlar verilib

ADPU-da “Məktəblinin dostu” layihəsinin iştirakçılarına sertifikatlar verilib

Məzuniyyətlər haqqında  AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Məzuniyyətlər haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti  QAYDASI

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti QAYDASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Valideynləri maraqlandıran əksər suallara cavab-MÜSAHİBƏ

Valideynləri maraqlandıran əksər suallara cavab-MÜSAHİBƏ

Valideynlərin Və Uşaqların Hüquq Və Vəzifələri

Valideynlərin Və Uşaqların Hüquq Və Vəzifələri

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Məktəblinin dostu layihəsini bəyənib həyata keçirənlər bu xalqın etnopsixologiyasına yaxşı bələd deyillər

Məktəblinin dostu layihəsini bəyənib həyata keçirənlər bu xalqın etnopsixologiyasına yaxşı bələd deyillər

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

1 iyun Uşaqların Beynəlxalq Müdafiyəsi günü - Bayramınız mübarək əziz uşaqlar

1 iyun Uşaqların Beynəlxalq Müdafiyəsi günü - Bayramınız mübarək əziz uşaqlar

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)