AzTehsil.com


Xəbərlər
18 mart 2022
1 186


Məktəblərdəki problemlər nədən qaynaqlanır? Dosent İlham Əhmədov




Bu  gün məktəb təhsilində xeyli problemlərimiz  var. Bunlar istər təlim, istərsə də tərbiyə sahəsində müşahidə edilir.

Son 2 ayda məktəb problemləri ictimaiyyətin diqqətini cəlb etdi,  KİV-lərdə və sosial şəbəkələrdə müzakirə mövzusu oldu.  Belə problemlər əvvəllər də məktəblərdə müşahidə edilirdi. Lakin o vaxtlar təhsilin idarəetmə sistemində  peşəkar təhsil işçiləri çox olduğundan, bu problemlərin həllində müasir və  klassik pedaqoji elmin nailiyyətlərindən istifadə edərək, problemləri elmi əsaslarla həll edə bilirdilər. Lakin son illər  təhsilin  idarə edilməsində qeyri peşkarların sayının artması, nəinki yeni tərtibli problemləri, heç ənənəvi problemləri də həll etməyə imkan vermir. Təcrübəsizlik və qeyri peşəkarlıq öz sözünü deyir. Xüsusən Təhsil İnstitutunun bu sahədə  fəaliyyəti zəif hiss edilir.


Bu yaxınlarda RF Dövlət Dumasının vitse spikeri Pyotr  Tolstoy  öz müsahibəsində bildirib ki, RF-nın təhsil islahatları xaricdən, dost olmayan ölkələr tərəfindən ölkəyə idxal edilmişdir, bu səbəbdən təhsil sahəsində ilbəil geriləmə hiss edilir. Qeyd edək ki, RF-da bizdəki kimi, təhsil islahatlarının təşkilatçısı Dünya Bankıdır.


P.Tolstoy RF-da təhsilin 2  ciddi probleminin olduğunu  xüsusi qeyd edir: keyfiyyətin aşağı olması və təhsilin səmərəsizliyi. O, məktəblərdə tərbiyə işinin də aşağı səviyyədə olmasını qeyd edir. Bunun səbəbi kimi ölkədə ideologiyanın olmamasını qeyd edir. RF müəllimlərinin çoxu bu fikirlərlə razıdırlar. Göründüyü kimi bu problemlər elə bizim təhsil sisteminə də xasdır.


Bizim məktəblərdə də xeyli problemlər var. Bu problemlərin bir qismi  aysberqin üzdə görünən hissəsi kimi aşkar görünür, bir qismi isə  aysberqin suyun altında qalan hissəsi kimi daha dərindədir. Bu problemlərin bəzilərinə nəzər yetirək. 

Şagird və müəllimlərin həddindən artıq yüklənməsi. İnsanın fiziki və bioloji  imkanları məhduddur. İnsan həddən artıq yüklənəndə təbii ki,  inkişaf haqqında düşünə bilməz. Belə insan, yalnız istirahət haqqında düşünər. Bu gün müəllimlər də, şagirdlər də çox yükləniblər. Müəllimlər müxtəlif hesabatların hazırlanması, KSQ, BSQ v.s. ilə, şagirdlər isə məktəb-repetitor  sistemində paralel təlim almaqla çox yüklənirlər.

Yüksək təhsil nəticələrinə nail olmaq üçün repetitorların xidmətindən istifadə.


Bu gün ölkəmizdə bu ciddi problemdir. Artıq 30 ildir ki, bu problem mövcuddur, nəticədə formal təhsil ilbəil zəifləyir, amma Təhsil Nazirliyi bu problemin həllində həəvəsli görünmür, yoxsa 30 il  gözləməzdi,  elə 1-2 ilə bunu həll edə bilərdi.  Bu  problemin bir səbəbi məktəb müəllimlərinin  məzmunca tədrisi qurması ilə  qəbul imtahanlarının aparılması arasında uçurumun olmasıdırsa, digər səbəbi müəllimlərin maaşının hələ dəaşağı olmasıdır. Digər tərəfdən məktəb müəllimlərinin  həm də repetitor kimi çalışır və bu  ümumi işin səmərəsinə  mənfi  təsiridir. Ümumən repetitorluğun ləğv edilməsi təhsilimizin inkişafına dəstək ola bilərdi.


Cəmiyyət təhsili  dəyər saymır. Məktəbdə təhsil pulsuzdur. Ancaq  valideynlər repetitorlara  təlim üçün pul ödəyirlər, bu səbəbdən də valideynlər uşağın repetitorla necə təlim keçdiyini  izləyir, fənni öyrənmək üçün təhsil motivasiyası  formalaşmasına kömək edir.

Təhsil mühitinin müxtəlifliyi. Ölkədə vahid təhsil mühitinin qurulması zəruridir.  Təhsildə bir çox amillər resurslardan asılıdır. Resurslar  isə  müxtəlif regionlarda fərqlidir, paytaxtda və iri şəhərlərdə daha yaxşıdır, nəinki kəndlərdə, xüsusən İnternetin əlçatanlığı fərqlidir. Təhsil mühiti  və bunun nəticəsi kimi təhsil məkanının müxtəlifliyi problemi  həll edilməlidir.


Müəllimlərin peşəkarlıq səriştələrininmüxtəlifliyi   İnsanların  peşəkar səriştəliyi eyni ola bilərmi? Söhbət müəllimlərin fərqli olmasında  deyil, əslində insanların hamısı fərqlidir. Hər kəsin fərqli təcrübəsi, qabiliyyəti, biliyi və bacarığı var. Müəllimlərin peşəkar kompetensiyalarının  eyniliyini təmin edə biləcək ixtisasartırma kursları yaradılmalıdır.


İxtisaslı kadr çatışmazlığı (loqoped, defektoloq, psixoloq və s.)  Amma bu faktların problem kimi tanınması, qəbul edilməsi bu problemin həll olunacağına ümid verir.  Çünki sağlamlıq imkanları məhdud uşaqların sayı durmadan artır. Bunun bir çox səbəbləri var, amma konkret həll  yolları  hələ də yoxdur. Səriştəli Loqoped,  defektoloq və psixoloqların sayı hələ də azdır.  


Qeyri normal davranışlı şagirdlərin sayının artması. İndi çox məktəblərdə belə şagirdlərə  rast gəlmək olar. Məktəblər belə şagirdlərlə işi adekvat  qura bilmir. Şagirdlərin  demək olar ki, hamısının  məktəbdə mobil telefondan istifadə etməsi, məktəbdə olan hadisələrin video çəkilişi və sosial şəbəkələrdə yayılması, şagird-müəllim-valideyn münasibətlərinin düzgün qurulmaması, məktəblərdə  qeyri-qanuni pul yığımı kimi məsələlər də tədrisin normal təşkilinə problemlər yaradır.

Hesab edirik ki, bu problemlərin həlli istiqamətində Təhsil Nazirliyi ciddi düşünməlidir.





Загрузка...
Həmçinin oxuyun:
Universitetlərimizi necə XİLAS EDƏK? -İlham Əhmədov

Universitetlərimizi necə XİLAS EDƏK? -İlham Əhmədov

Elm və təhsilimizin müstəqillik problemləri

Elm və təhsilimizin müstəqillik problemləri

ELŞƏN QAFAROV : Şagird dərs zamanı görür ki, müəllim telefonla oynayır...

ELŞƏN QAFAROV : Şagird dərs zamanı görür ki, müəllim telefonla oynayır...

"Təhsilimizin  inkişafının kadr təminatı"-Dosent İlham Əhmədov

"Təhsilimizin inkişafının kadr təminatı"-Dosent İlham Əhmədov

Təhsil nazirinin müavini: Müəllimlərin psixoloji problemləri var

Təhsil nazirinin müavini: Müəllimlərin psixoloji problemləri var

Təhsil islahatların elmi təminatı  zəruridir.

Təhsil islahatların elmi təminatı zəruridir.

Təhsil nazirinin müavini: Müəllimlərin psixoloji problemləri var

Təhsil nazirinin müavini: Müəllimlərin psixoloji problemləri var

Məktəb psixoloqu qarşıya çıxan problemləri necə həll etməlidir ?

Məktəb psixoloqu qarşıya çıxan problemləri necə həll etməlidir ?

ADPU-da “Ali təhsilin informatlaşmasının aktual problemləri, Elektron Universitet,  reallıqlar və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib

ADPU-da “Ali təhsilin informatlaşmasının aktual problemləri, Elektron Universitet, reallıqlar və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib

Ölkədə 50-dən çox ali məktəb var, amma...dosent İlham Əhmədov

Ölkədə 50-dən çox ali məktəb var, amma...dosent İlham Əhmədov

Niyə bizim distant  təhsil  keyfiyyətsizdir?- dosent İlham Əhmədov, təhsil eksperti

Niyə bizim distant təhsil keyfiyyətsizdir?- dosent İlham Əhmədov, təhsil eksperti

COVID-19-dan sağalan uşaqlarda uzunmüddətli sağlamlıq problemləri müşahidə edilib

COVID-19-dan sağalan uşaqlarda uzunmüddətli sağlamlıq problemləri müşahidə edilib

Məktəbdəki müəllimlərin 23,3 faizi niyə ali təhsilli olmadan dərs deyir?

Məktəbdəki müəllimlərin 23,3 faizi niyə ali təhsilli olmadan dərs deyir?

MƏKTƏB VƏ İDARƏETMƏYƏ AİD ƏDƏBİYYATLARIN SİYAHISI

MƏKTƏB VƏ İDARƏETMƏYƏ AİD ƏDƏBİYYATLARIN SİYAHISI

Türkiyə universiteti LDU ilə birgə işləyəcək

Türkiyə universiteti LDU ilə birgə işləyəcək

İlham Əhmədov : Universitetlərin  potensialı müəllim və tələbələrin səviyyəsi ilə müəyyən edilir.

İlham Əhmədov : Universitetlərin potensialı müəllim və tələbələrin səviyyəsi ilə müəyyən edilir.

“Azərbaycanda riyaziyyat fənninin tədrisi ilə bağlı ciddi problemlər var”

“Azərbaycanda riyaziyyat fənninin tədrisi ilə bağlı ciddi problemlər var”

Konservatizm   və təhsildə innovasiyalar

Konservatizm və təhsildə innovasiyalar

Təhsildəki problemləri araşdırmaq üçün bu sistemlərin rolu əvəzsizdir - Ceyhun Bayramov

Təhsildəki problemləri araşdırmaq üçün bu sistemlərin rolu əvəzsizdir - Ceyhun Bayramov

Təhsil Nazirliyi orta məktəblərdə psixoloji işin təşkili sahəsindəki problemləri açıqlayıb

Təhsil Nazirliyi orta məktəblərdə psixoloji işin təşkili sahəsindəki problemləri açıqlayıb

Təhsilin, innovasiyaların, iqtisadi tərəqqinin açarı

Təhsilin, innovasiyaların, iqtisadi tərəqqinin açarı

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İnstitut direktoru və müavini nöqsanlara görə işdən azad edilib

İnstitut direktoru və müavini nöqsanlara görə işdən azad edilib

Universitetlər  yeni dərs ilinin əvvəlindən  yenə distant təhsildən istifadə  edəcəklərmi?-Dosent  İlham Əhmədov

Universitetlər yeni dərs ilinin əvvəlindən yenə distant təhsildən istifadə edəcəklərmi?-Dosent İlham Əhmədov