AzTehsil.com


Xəbərlər / Ekspert
21 dekabr 2021
1 231


Təhsil islahatların elmi təminatı zəruridir.




       " ... Təhsilimizin irəli getməsi üçün elmi tədqiqatlar lazımdır. Bu çərçivədə yeni təhsil siyasəti modellərini yaratmaq mümkündür. Bura təhsilin məzmunu, metodikası və digər məsələlər aiddir. Həmin dəyişiklikləri birbaşa yox, ardıcıl pilot layihələr çərçivəsində tərbiq etmək olar". (Təhsil naziri, E. Əmrullayev)


Təhsil Naziri E. Əmrullayev "Təhsil İnstitutu"nun 90 illiyinə həsr edilmiş tədbirdə çıxış edərkən, bu səpkidə təklif vermişdir. 

Təhsil nazirliyi nəhayət ki,   yöğölan problemlərin həll yolunu müəyyən etməyə yaxındır. Müstəqillik illərində ilk dəfədir ki,  təhsil islahatlarının elmi təminatı məsələləri gündəmı gəlir. TN-nin bu qənaətə gəlməsi müsbət haldır. Amma nə dərəcədə buna nail olacaqlar? Bu problemlərin həlli, bu işlərin icrası TN və Təhsil İnstitutunun məhdud imkanları ilə heç cür reallaşa bilməyəcək. Bu istiqamətdə Universitetlərin, xüsusi ilə pedaqoji profilli universitetlərin elmi potensialından, müstəqil ekspertlərin təcrübəsindən, elmi potensialından geniş istifadə edilməli, müvəqqəti elmi -tədqiqat və layihə qrupları yaradılmalı, onların bu istiqamətdə elmi tədqiqat fəaliyyəti büdcədən maliyyələşdirilməlidir (qrant layihəsi və ya Dövlət Proqramları çərçivəsində). 


Çox təəssüf ki, son 30 ildə universitetlərin və bu istiqamətdə fəaliyyət göstərən digər qurumların elmi potensialından, hökumət, qeyri-hökumət və özəl qurumların imkanlarından istifadə edilməyib (yalnız TN yaxın, "tərəfdaş" qurumlardan başqa, onlar bu illər ərzində təhsilə heç nə verə bilməyiblər, hərçənd ki,  xeyli maliyyə vəsaiti sərf edilib  bu  illər ərzində,  proses bu gün də davam edir, qrant yolu ilə). 


Universitetlərdə aparılan elmi tədqiqatlar "ictimai əsaslarla" reallaşdığından, normal maliyyələşmədiyindən heç bir səmərəsi olmur (universitetlərə il ərzində elmi-tədqiqat  işlərinə qəpik-quruş  vəsait  ayrılır, 20 ildir ki, bu belədir). Nəhayət TN bilməlidir ki, elmə əsaslanmayan islahat, maliyyələşməyən elmi araşdırma əbəs yerə vaxt itkisidir. Elmi araşdırma maliyyə tələb edir. Bu məsələlər nəzərə alınarsa, islahatların irəliləməsinə şans yarana bilər.


Bu tədbirdə təhsil naziri daha sonra bildirib: "Düzgün suallar qoymaqla və bunun ətrafında müzakirələr aparmaqla təhsil sistemini daha sürətli inkişafa təhrik etmək olar". Məncə, nazirlik müzakirələrə açıq olarsa, təhsilə dair verilən təklifləri ciddi araşdırarsa, movcud potensialı bu problemlərin həllinə yönəldərsə, tədricən dəyişikliklərə nail olmaq mümkündür. Şəxsən mən son 15 ildə təhsilə dair 100-dən artıq  məqalələrimdə kifayəət qədər təkliflər vermişəm, amma çox az maraqlanan olub onlarla, xüsusən son 8 ildə heç maraq göstərən olmamışdır, sanki, TN-də dövrü  mətbuatı və pedaqoji jurnalları oxumurlar.


Daha sonra nazir bildirib ki, Azərbaycan bir çox beynəlxalq elmi tədqiqatlarda iştirak edir və nəticələrimiz elə də yüksək olmur: "Reytinqdə niyə aşağıdayıq və günahkar kimdir? Bu suallara cavab tapmaq lazımdır. Şikayət etməklə təhsil sistemi irəli getmir. Sistem o zaman irəli gedər ki, problemi tapıb onun həlli istiqamətində çıxış yolu tapmalıyıq".    "Reytinqdə niyə aşağıdayıq və günahkar kimdir? Bu suallara cavab tapmaq lazımdır.”   Nazirin bu suallarına 2008-ci ildən bu  yana bir neçə dəfə cavab vermişik. 


Bütün bu problemləri gec də olsa həll etmək üçün TN bu sahədəki bütün resurslardan, o cümlədən azsaylı insan kapitalından səmərəli istifadə etməlidir. Universitetlərin nəznində təhsil yönümlü yeni elmi tədqiqat mərkəzləri yaradılmalıdır. Yalnız bu yolla, elm və təhsilin inteqrasiyası zəminində təhsilimiz inkişaf edə bilər. Bəlkə bu halda NK-nin müəyyən etdiyi tələblər səviyyəsində "Tədqiqat Universitetləri" yaratmağa  da  yaxınlaşarıq.

 İLHAM ƏHMƏDOV





Загрузка...
Həmçinin oxuyun:
Emin Əmrullayev: Yeni təhsil modelləri hazırlanmalıdır

Emin Əmrullayev: Yeni təhsil modelləri hazırlanmalıdır

Təhsil naziri rektorlarla onlayn görüşüb

Təhsil naziri rektorlarla onlayn görüşüb

Təhsil Naziri hesabat verdi..“Məqsəd keyfiyyətdir: təhsilimiz təhlil müstəvisində” hesabat tədbirindən..

Təhsil Naziri hesabat verdi..“Məqsəd keyfiyyətdir: təhsilimiz təhlil müstəvisində” hesabat tədbirindən..

“Təhsillə elmi birləşdirmək lazımdır” - Deputatlar AMEA institutlarının ləğvini istədilər

“Təhsillə elmi birləşdirmək lazımdır” - Deputatlar AMEA institutlarının ləğvini istədilər

Təhsil naziri Azərbaycanda elmi tədqiqat fəaliyyətini tənqid edib

Təhsil naziri Azərbaycanda elmi tədqiqat fəaliyyətini tənqid edib

Təhsil naziri İƏT-in Təhsil İnstitutunun Himayəçilər Şurasının iclasında iştirak edib

Təhsil naziri İƏT-in Təhsil İnstitutunun Himayəçilər Şurasının iclasında iştirak edib

Təhsil naziri Emin Əmrullayev ali təhsil müəssisələrinin rəhbərləri ilə videogörüş keçirdi

Təhsil naziri Emin Əmrullayev ali təhsil müəssisələrinin rəhbərləri ilə videogörüş keçirdi

Yeni təhsil naziri: Müəllimin gözəl geyinib, özünü məmur kimi aparmasının heç bir faydası yoxdur

Yeni təhsil naziri: Müəllimin gözəl geyinib, özünü məmur kimi aparmasının heç bir faydası yoxdur

"Təhsilimizin  inkişafının kadr təminatı"-Dosent İlham Əhmədov

"Təhsilimizin inkişafının kadr təminatı"-Dosent İlham Əhmədov

Akademiyanın bu institutlarına yeni direktorlar seçiləcək

Akademiyanın bu institutlarına yeni direktorlar seçiləcək

"Heç də hər bir elmi araşdırma uğurla nəticələnmir"

"Heç də hər bir elmi araşdırma uğurla nəticələnmir"

İbtidai təhsilin pedaqogikası və metodikası kafedrasının növbəti elmi seminarı keçirilmişdir

İbtidai təhsilin pedaqogikası və metodikası kafedrasının növbəti elmi seminarı keçirilmişdir

Magistraturaay qəbul olan oğlanların sayı artıb-Nazirin çıxışı

Magistraturaay qəbul olan oğlanların sayı artıb-Nazirin çıxışı

Hesab edirəm ki, 2014-cü ildən yeni mərhələyə qədəm qoymuş islahatçılıq kursu davam etdiriləcək…

Hesab edirəm ki, 2014-cü ildən yeni mərhələyə qədəm qoymuş islahatçılıq kursu davam etdiriləcək…

Ölkədə 50-dən çox ali məktəb var, amma...dosent İlham Əhmədov

Ölkədə 50-dən çox ali məktəb var, amma...dosent İlham Əhmədov

Azərbaycanlı şərqşünas alim Tatarıstanda keçirilən ümumrusiya müşavirəsində ekspert kimi iştirak edib

Azərbaycanlı şərqşünas alim Tatarıstanda keçirilən ümumrusiya müşavirəsində ekspert kimi iştirak edib

Tarix İnstitutu 2017-ci ildə: 58 kitab, 275 məqalə...

Tarix İnstitutu 2017-ci ildə: 58 kitab, 275 məqalə...

Təhsilə  həsr edilmüş ömür.

Təhsilə həsr edilmüş ömür.

UNEC-də “Elm aylığı” - elmi tədqiqata maraq artıb

UNEC-də “Elm aylığı” - elmi tədqiqata maraq artıb

AMEA vitse-prezidenti: “Mərkəzi Elmi Kitabxana AMEA-nın müstəqil elmi mərkəzinə çevrilir”

AMEA vitse-prezidenti: “Mərkəzi Elmi Kitabxana AMEA-nın müstəqil elmi mərkəzinə çevrilir”

Təhsil naziri Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş tədbirdə çıxış edib

Təhsil naziri Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş tədbirdə çıxış edib

Nazir: “Azərbaycanda tədris ili gec başlasa da, davamlılığı təmin edə bilirik”

Nazir: “Azərbaycanda tədris ili gec başlasa da, davamlılığı təmin edə bilirik”

“Ekologiya və torpaqşünaslıq elmləri XXI əsrdə” mövzusunda virtual elmi konfrans

“Ekologiya və torpaqşünaslıq elmləri XXI əsrdə” mövzusunda virtual elmi konfrans

Emin Əmrullayev: “Təhsilin dayanıqlı formada təşkili təmin edilməlidir”

Emin Əmrullayev: “Təhsilin dayanıqlı formada təşkili təmin edilməlidir”