AzTehsil.com


Xəbərlər / Ekspert
27 yanvar 2022
1 000


Nadir İsrafilov: Müəllimi cəzalandırmaq yaranmış vəziyyətdən çıxış yolu deyil.




Nadir İsrafilov: “İstənilən mövqedən yanaşsaq belə, məktəbdə baş verən son olay təhsilimizə baş ucalığı gətirmir...”


Nə qədər ki, biz səbəb deyil, nəticə əsasında qərar verməyə üstünlük verəcəyik, bu kimi hallar bir o qədər qaçılmaz olacaq.


"Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda da qeyd edilir ki, təhsilin keyfiyyətinin dayanıqlı yüksəlişində maraqlı tərəflərin cəlb olunmasını təmin edən səmərəli idarəetmə mühüm rol oynayır. “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən isə, ümumtəhsil məktəbləri üzrə təhsil prosesinin iştirakçıları təhsilalanlar və təhsilverənlərlə yanaşı, həm də valideynlər və ya digər qanuni nümayəndələridir. Onların təhsil prosesinin təşkili, tədrisin keyfiyyəti, övladlarının dərsə davamiyyəti, təhsilə marağı və davranışı ilə əlaqədar hüquq və vəzifələri Nümunəvi Nizamnamə ilə müəyyənləşdirilibsə, elə isə, onlar məsuliyyətin bölüşməsində niyə kənarda qalmalıdırlar...?


 Bu sözləri AzEdu az.-a açıqlamasında Bakının 165 nömrəli tam orta məktəbində şagirdlərin dərs prosesi zamanı lentə alınmış qeyri-etik videosuna münsibət bildirərkən təhsil eksperti Nadir İsrafilov deyib.

Onun sözlərinə görə, məktəbdə baş verən son olayda diqqət çəkən bir məqam da odur ki,  dərs prosesinin pozulmasının birinci hal olduğu o qədər də real görünmür. Çox güman ki, bu çəkiliş  dəfələrlə təkrarlanan situasiyalardan biridir. Elədirsə, niyə buna göz yumulub, məktəb rəhbərliyi hara baxıb, vəziyyətin sabitləşdirilməsi üçün hansı imkanları arayıb...?


Ekspertin sözlərinə görə məslənin birtərəfli həlli düzgün mövqe sayıla bilməz. Baş verənlərə yanaşma tərzimiz dəyişməlidir:


“Müəllimi cəzalandırmaq yaranmış vəziyyətdən çıxış yolu deyil. Bu kimi hallarla bağlı nə qədər müəllim, təhsil müəssisə rəhbəri müxtəlif xarakterli cəzalar alıb, dəyişən nə olub? Əksinə, vəziyyət bir qədər də gərginləşib, kütləvi xarakter alıb. Nə qədər ki, biz səbəb deyil, nəticə əsasında qərar verməyə üstünlük verəcəyik, bu kimi hallar bir o qədər qaçılmaz olacaq.


Məsələ burasındadır ki, müəllimin istənilən tənbeh xarakterli hərəkəti istər Uşaq hüquqları Konvensiyasında, istər Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının qanununda, istər “Müəllimlərin etik davranış Qaydaları”nda və bir cox digər normativ-hüquqi aktlarda  cəzalandırma vasitəsi kimi uşağa fiziki zorakılıq tətbiq etməyi qadağan edir. Yəni bu sənədlərə əsasən uşağın azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. Bu mənada, onlara qarşı psixi və fiziki təzyiq göstərilməsi zorakılıq  əməli kimi qiymətləndirilir və əslində müəllimin bir tərbiyəçi kimi fəliyyətini heçə endirmiş olur.  


Normativ sənədlərimizə “Müəllim təhsilalanlarla münasibətdə qarşılıqlı hörmətə əsaslanan ünsiyyət tərzi seçməlidir”; “Müəllim təmkinli davranmalı və hər bir vəziyyətdə özünü ələ almağı bacarmalıdır”; “Müəllim təhsilalanlara qarşı fiziki zor işlətməməli, onların şərəf və ləyaqətini alçaldan hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir” və hətta “Müəllim hər zaman nitqinə fikir verməli, nitqində kobud və təhqiredici sözlər işlətməməlidir” kimi müddəaların daxil edilməsi, təhsil verənin təhsilalana qarşı hər hansı bir tənbehedici addımın atmasını, uşağın tərbiyəsinə qarşı bütün əks təsiredici imkanlardan istifadə etməsini məhdudlaşdırır.


Bu isə öz növbəsində uşaqda ifrat dərəcədə sərbəstliyə, daha geniş çərçivədə “əl-qol açmasına” rəvac verir.


Kim bilir, bəlkə də sözü gedən müəllim “Uşağı döymək olmaz, söymək olmaz, sinifdə saxlamaq olmaz, məktəbdən qovmaq olmaz, loru dildə desək, “gözün üstə qaşın var” da demək olmaz prinsipini əsas tutaraq, əsəblərini pozmaq istəməyib və baş verənləri sıradan adi hal kimi qəbul edərək, baş verənlərə etinasıx yanaşıb. Səbəb isə ilk növbədə Təhsil qanunvericiliyimizlə real həyatda yaranan təzadlardır.


Çıxardığımız nəticə isə - “vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi”, “əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməməsi”, “Müəllimlərin etik davranış Qaydaları”nın tələblərini pozması və s. Götürdüyümüz ölçü – axırıncı xəbərdarlıq, töhmət, sonuncu xəbərdarlıqla şiddətli töhmət, əmək müqaviləsini ləğv etmək, ən yaxşı halda isə uşaqlara qarşı zorakılıq hallarının yolverilməz olduğunu diqqətə çatdırmaq, bu kimi əməlləri qətiyyətlə pisləmək. 


Ona görə də, ilk növbədə təhsil qanunvericiliyimizdə dəyişiklik edilməlidir. “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ə müəllimlərin, şagirdlərin və valideynlərin hüquq və vəzifələrinə dair müəyyən müddəalar daxil edilibsə də, bunlar yaranan vəziyyəti stabilləşdirmək üçün kifayət etmir. Nə vaxta qədər deyək ki, şagirdin məktəbdən yayınmasına görə məktəb rəhbərliyi sorumlu olacaq? Müəllim-şagird münasibətlərində istənilən neqativ hala görə təkcə müəllim cəzalanacaq və şagirdlərə qarşı cəzasızlıq sindromu hökm sürəcək? Dünya təcrübəsinə inteqrasiya edirik. Halbuki, bir çox dünya ölkələrində valideynin məsuliyyəti qanunvericiliklə təsbit olunursa, biz niyə belə bir təcrübədən yararlanmayaq, gələcək nəslin təlim-tərbiyəsində məsuliyyəti və cavabdehliyi birgə daşımayaq...?




Загрузка...
Həmçinin oxuyun:
Nadir İsrafilov: Bu ifadə, təkcə gələcəyimiz olan təhsilimizə deyil, bütövlükdə cəmiyyətimizə aşağılıq və utanclıq gətirir...

Nadir İsrafilov: Bu ifadə, təkcə gələcəyimiz olan təhsilimizə deyil, bütövlükdə cəmiyyətimizə aşağılıq və utanclıq gətirir...

"Təhsil Nazirliyinin səlahiyyətinin artırılması təhsildə varislik və fasiləsizliyi daha da gücləndirəcək" - EKSPERT

"Təhsil Nazirliyinin səlahiyyətinin artırılması təhsildə varislik və fasiləsizliyi daha da gücləndirəcək" - EKSPERT

Ümumtəhsil məktəbinin idarə olunması - Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsindən

Ümumtəhsil məktəbinin idarə olunması - Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsindən

Publik hüququ şəxs statusu nə əhəmiyyət daşıyır?-ekspert rəyi

Publik hüququ şəxs statusu nə əhəmiyyət daşıyır?-ekspert rəyi

Valideynlərin və ya digər qanuni nümayəndələrin hüquq və vəzifələri

Valideynlərin və ya digər qanuni nümayəndələrin hüquq və vəzifələri

“Baş verənlər təkcə təhsilin problemi deyil”-AÇIQLAMA

“Baş verənlər təkcə təhsilin problemi deyil”-AÇIQLAMA

Nadir İsrafilov: “Məktəblilərin ənənəvi formada təhsilə başlaması istisna deyil”

Nadir İsrafilov: “Məktəblilərin ənənəvi formada təhsilə başlaması istisna deyil”

Nadir İsrafilov: “Müəllimlərin dərsə hazırlıqsız gəlmələri uzun illərdir yaşanan problemdir”

Nadir İsrafilov: “Müəllimlərin dərsə hazırlıqsız gəlmələri uzun illərdir yaşanan problemdir”

Nadir İsrafilov: Burada hər şey düzgün idarəçilikdən asılıdır.

Nadir İsrafilov: Burada hər şey düzgün idarəçilikdən asılıdır.

“Məlum yenilik heç də dövlət təhsil müəssisələrinin pullu olması anlamına gəlmir”

“Məlum yenilik heç də dövlət təhsil müəssisələrinin pullu olması anlamına gəlmir”

Nadir İsrafilov:“Problem xarakterli yeni çətinliklərin yaranmasını istisna etmirəm”.

Nadir İsrafilov:“Problem xarakterli yeni çətinliklərin yaranmasını istisna etmirəm”.

Nadir İsrafilov: Biz distant təhsilə məqsəd yox, vasitə kimi baxmalıyıq.

Nadir İsrafilov: Biz distant təhsilə məqsəd yox, vasitə kimi baxmalıyıq.

Təhsil Nazirliyinin səlahiyyəti artırılıb

Təhsil Nazirliyinin səlahiyyəti artırılıb

Müəllim oxuya da bilər, rəqs də edər, digər əyləncələrə də baş vura bilər-Nadir İsrafilov

Müəllim oxuya da bilər, rəqs də edər, digər əyləncələrə də baş vura bilər-Nadir İsrafilov

Məktəblərdə ölmüş “vəzifə”  - “Sinif nümayəndəsinin işi bu səbəbdən təcili gücləndirilməlidir”

Məktəblərdə ölmüş “vəzifə” - “Sinif nümayəndəsinin işi bu səbəbdən təcili gücləndirilməlidir”

“İstənilən statusda universitetlərə dövlət dəstəyi zəruridir…”

“İstənilən statusda universitetlərə dövlət dəstəyi zəruridir…”

Nadir İsrafilov: Təhsil müəssisələrinin bağlanması təhsildə fəaliyyətsizlik demək deyil...

Nadir İsrafilov: Təhsil müəssisələrinin bağlanması təhsildə fəaliyyətsizlik demək deyil...

Müəllimlərin yerdəyişməsi və işə qəbulu üçün müsahibə proqramı

Müəllimlərin yerdəyişməsi və işə qəbulu üçün müsahibə proqramı

Nadir İsrafilov:Təhsil sahəsində aparılan islahatlar uğurlu nəticələrini göstərir

Nadir İsrafilov:Təhsil sahəsində aparılan islahatlar uğurlu nəticələrini göstərir

"Nəyə görə "tənzimləmə" funksiyası yox "rəhbərlik" və "nəzarət" funksiyası?"

"Nəyə görə "tənzimləmə" funksiyası yox "rəhbərlik" və "nəzarət" funksiyası?"

Nadir İsrafilov: “Hər hansı məsələyə irad bildirərkən təklif yoxdursa, bu, artıq qərəzdir”

Nadir İsrafilov: “Hər hansı məsələyə irad bildirərkən təklif yoxdursa, bu, artıq qərəzdir”

Təhsilin keyfiyyəti və aparılan islahatlar ekspertin gözü ilə...

Təhsilin keyfiyyəti və aparılan islahatlar ekspertin gözü ilə...

Nadir İsrafilov-Tərbiyə və təlimin daha da təkmilləşdirilməsi üçün məktəb, ailə və cəmiyyət əməkdaşlığının inkişafı önəmlidir.

Nadir İsrafilov-Tərbiyə və təlimin daha da təkmilləşdirilməsi üçün məktəb, ailə və cəmiyyət əməkdaşlığının inkişafı önəmlidir.

"Əyani təhsilin bütün il boyu davamlı və dayanıqlı olacağı kimlərdəsə arxayınçılıq yaranmasına əsas vermir" - Sədr müavini

"Əyani təhsilin bütün il boyu davamlı və dayanıqlı olacağı kimlərdəsə arxayınçılıq yaranmasına əsas vermir" - Sədr müavini