AzTehsil.com


Xəbərlər / Müəllim / Ekspert
27 iyul 2021
1 409


Nadir İsrafilov:Təhsil sahəsində aparılan islahatlar uğurlu nəticələrini göstərir



Nadir İsrafilov:Təhsil sahəsində aparılan islahatlar uğurlu nəticələrini göstərir

 

Azərbaycanda təhsilin inkişafına hər zaman diqqət, qayğı olub. Lakin müstəqilliyimizin ilk illərində ölkədəki xaos təhsil sisteminə də öz mənfi təsirlərini göstərdi.
 
Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi təhsildə də dirçəliş hiss olundu. Ötən illər ərzində təhsilin inkişafı istiqamətində atılan mühüm addımlar bu sahənin prioritet olduğunu göstərdi. Təhsil sahəsində son on ilin ən mühüm hadisələri Prezident İlham Əliyevin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”, habelə Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində bu sahə üzrə müzakirələrin təşkili, elm və təhsilin problemlərinə dair bir sıra beynəlxalq sərgilərin təşkilinə ev sahibliyi, bir sıra mühüm qanun və qərarların qəbul edilməsidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov deyib. O bildirib ki, Strategiyanın qəbulu təhsilin mövcud durumuna nəzər salmağa imkanı verdi: "Bu mühüm sənəddəki təhlillər göstərdi ki, təhsilin idarə olunmasında başlıca problemlərdən biri təhsildə tənzimləmə, idarəetmə və nəzarət funksiyalarının dəqiq müəyyən edilməməsidir. Təhsil müəssisələrinin idarəetmədə rolu məhduddur, dövlət təhsil müəssisələri maliyyə müstəqilliyinə malik deyil. Bununla yanaşı, təhsil müəssisələrinin rəhbərliyi tədrisin nəticələrinə görə ciddi məsuliyyət daşımır. Təhsil müəssisələrinin maliyyələşdirilməsi təqdim etdiyi təhsilin nəticələrindən asılı deyildir və keyfiyyətə yönəlməyib. Peşəkarlığa əsaslanan stimullaşdırıcı əməkhaqqı sisteminin olmaması, təhsil müəssisəsi səviyyəsində idarəetmənin qeyri-effektivliyi, müəllim hazırlığı üzrə infrastrukturun zəif olması müəllim nüfuzuna təsir edən amillər sırasındadır. Bütün bunlar nəzərə alınaraq, təhsil sisteminin institusional əsasları, infrastrukturu və insan resursları inkişaf etdirilməsi, strateji hədəf kimi müəllimin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması üzrə yeni sistemin yaradılması, təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün təhsili idarəetmə sisteminin yenidən qurulması, bu sahədə insan resurslarının inkişaf etdirilməsi və müəllim peşəsinin nüfuzunun artırılması zəruriliyi önə çəkildi”.

Nadir İsrafilov qeyd edib ki, Strategiyada beşinci strateji istiqamət Azərbaycan Respublikasında iqtisadi cəhətdən dayanıqlı və dünyanın aparıcı təhsil sistemlərinin standartları ilə eyni səviyyəyə uyğun təhsil sisteminin maliyyələşdirilməsi modelinin qurulmasıdır. Bu istiqamət, o cümlədən müxtəlif mənbələrdən istifadə olunmaqla təhsili maliyyələşdirmə mexanizminin təkmilləşdirilməsini, təhsil müəssisələrinin adambaşına maliyyələşdirilməsinə keçidi, ödənişli təhsil xidmətlərinin göstərilməsinin dəstəklənməsini, Təhsilin İnkişafı Fondunun yaradılmasını nəzərdə tutur.

Strategiyanın qəbul edilməsindən keçən müddət ərzində nəzərdə tutulan hədəflərə çatmaq istiqamətində mühüm addımlar atılıb. Hər şeydən əvvəl əsaslı tikinti, təmir, təchizat, bununla bağlı digər infrastrukturlar yaradılıb və daha da təkmilləşdirilib. Təhsil məzmun və formaca yenilənib, təhsildə mütərəqqi metod və müasir texnologiyaların tətbiqi sahəsində xeyli nəzərəçarpacaq işlər görülüb. Təhsil müəssisələrinin rasionallaşdırılması və optimallaşma istiqamətində davamlı işlər gedir. Təhsilin təkmilləşdirilməsi istiqamətində "Təhsil haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq dəyişikliklər edilib, bu məqsədlə yeni sahəvi qanunlar qəbul olunub.

"Bu illər ərzində təhsil sahəsində beynəlxalq əməkdaşlıq, ölkələrarası müqavilələrə uyğun olaraq təhsillə bağlı birgə tədbirlərin həyata keçirilməsi, təhsil sahəsində beynəlxalq proqram və layihələrin reallaşdırılması prosesində beynəlxalq təşkilatlarla əməkdaşlıq qurulub. Təhsil müəssisələri arasında birbaşa əlaqələr, şagird, tələbə mübadiləsi, müəllimlərin ixtisasının artırılması, staj keçməsi, müxtəlif təhsil mübadilə proqramlarını həyata keçirən təşkilat və digər donor qurumların təqaüdləri hesabına xaricdə təhsil imkanı yaradılıb. Dövlət xətti ilə ikitərəfli razılaşmalar əsasında Azərbaycan vətəndaşları üçün ayrılan təqaüdlər hesabına həyata keçirilən xaricdə təhsil məsələləri də diqqət mərkəzində olub. Ən başlıcası isə pandemiyanın təhsilə ciddi təsirini minimuma endirmək, vəziyyəti normal axara salmaq üçün təhsil prosesinin davamlılığını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumları tərəfindən bütün mümkün olan lazımi tədbirlər həyata keçirilib. Beləliklə, təhsil sahəsində son on ildə aparılan islahatlar bu gün uğurlu nəticələrini göstərir”, - deyə Nadir İsrafilov qeyd edib.



Загрузка...
Həmçinin oxuyun:
Dövlət müstəqilliyinin bəxş etdiyi nemətlərdən biri də budur ki, biz təhsil sistemimizi xalqımızın tarixinə, mənəviyyatına, ənənələrinə uyğun qururuq.

Dövlət müstəqilliyinin bəxş etdiyi nemətlərdən biri də budur ki, biz təhsil sistemimizi xalqımızın tarixinə, mənəviyyatına, ənənələrinə uyğun qururuq.

2018- ci il təhsilimizdə nələr ilə yadda qaldı - 2019-cu ildən nələr gözləməliyik...

2018- ci il təhsilimizdə nələr ilə yadda qaldı - 2019-cu ildən nələr gözləməliyik...

Təhsilin keyfiyyəti və aparılan islahatlar ekspertin gözü ilə...

Təhsilin keyfiyyəti və aparılan islahatlar ekspertin gözü ilə...

Təhsilin İnkişaf Fondu təhsil sektorunda hansı dəyişikliyə səbəb olacaq?

Təhsilin İnkişaf Fondu təhsil sektorunda hansı dəyişikliyə səbəb olacaq?

"Boloniya sistemi beynəlxalq əməkdaşlığın ikitərəfli qaydada yerinə yetirilməsinə problemlər yaratdı"

"Boloniya sistemi beynəlxalq əməkdaşlığın ikitərəfli qaydada yerinə yetirilməsinə problemlər yaratdı"

Pedaqoji idarəetmənin təşkili

Pedaqoji idarəetmənin təşkili

"Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər" mövzusunda konfrans

"Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər" mövzusunda konfrans

“İstənilən statusda universitetlərə dövlət dəstəyi zəruridir…”

“İstənilən statusda universitetlərə dövlət dəstəyi zəruridir…”

Yeni mexanizm ali təhsil müəssisələrində cavabdehliklə yanaşı, hesabatlılığın artmasına zəmin yaradacaq

Yeni mexanizm ali təhsil müəssisələrində cavabdehliklə yanaşı, hesabatlılığın artmasına zəmin yaradacaq

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Bakıda orta məktəblər pullu olacaq? (YENİLƏNİB)

Bakıda orta məktəblər pullu olacaq? (YENİLƏNİB)

Təhsildə inqilab edən strategiya 6 yaşında

Təhsildə inqilab edən strategiya 6 yaşında

Azərbaycan müəllimləri prezident seçkiləri ilə əlaqədar bəyanat yayıb

Azərbaycan müəllimləri prezident seçkiləri ilə əlaqədar bəyanat yayıb

YUNESKO-nun Baş Konfransında Azərbaycan təhsil sisteminin inkişafında atılan addımlardan danışılıb

YUNESKO-nun Baş Konfransında Azərbaycan təhsil sisteminin inkişafında atılan addımlardan danışılıb

Nadir İsrafilov: “Tam əminliklə deyə bilərəm ki, İctimai Şuranın fəaliyyəti öz müsbət nəticələrini göstərəcək…”

Nadir İsrafilov: “Tam əminliklə deyə bilərəm ki, İctimai Şuranın fəaliyyəti öz müsbət nəticələrini göstərəcək…”

Nazir müavini Firudin Qurbanov diaspor nümayəndələri ilə görüşüb

Nazir müavini Firudin Qurbanov diaspor nümayəndələri ilə görüşüb

Başa vurduğumuz il təhsil ictimaiyyətinin gözü ilə

Başa vurduğumuz il təhsil ictimaiyyətinin gözü ilə

Təhsildə Keyfiyyət Təminatı Agentliyi yaradılır

Təhsildə Keyfiyyət Təminatı Agentliyi yaradılır

"Nəyə görə "tənzimləmə" funksiyası yox "rəhbərlik" və "nəzarət" funksiyası?"

"Nəyə görə "tənzimləmə" funksiyası yox "rəhbərlik" və "nəzarət" funksiyası?"

“Müəllimlik itirilmiş sənət deyil, lakin müəllimə hörmət itirilmiş ənənədir”

“Müəllimlik itirilmiş sənət deyil, lakin müəllimə hörmət itirilmiş ənənədir”

Məktəblər şagird sayına görə maliyyələşdiriləcək

Məktəblər şagird sayına görə maliyyələşdiriləcək

Qazanılan uğurlar Azərbaycan müəlliminin fədakar əməyinin bəhrəsidir - İlham Əliyev

Qazanılan uğurlar Azərbaycan müəlliminin fədakar əməyinin bəhrəsidir - İlham Əliyev

Müəllim olmaq istəyənlər niyə artıb… - SƏBƏBLƏR

Müəllim olmaq istəyənlər niyə artıb… - SƏBƏBLƏR

Təhsilin inkişafını əsaslandıran Strategiya

Təhsilin inkişafını əsaslandıran Strategiya