AzTehsil.com

Xəbərlər / Ekspert
23 aprel 2020
3 041

Müəllim olmaq istəyənlər niyə artıb… - SƏBƏBLƏR

Müəllim olmaq istəyənlər niyə artıb… - SƏBƏBLƏR

Son illər ölkədə müəllimlik ixtisasına maraq artıb. Buna müxtəlif səbəblər əsas gətirilir.

Bəziləri diaqnostik qiymətləndirilməni, digərləri müəllim maaşının artdığını, başqaları repititorluq fəaliyyətinin gücləndiyini nümunə göstərir.

Doğurdanmı bu amillər müəllimliyə marağı artırır ya ortada başqa səbəblər var?
 
Məsələ ilə bağlı Modern.az-a danışan təhsil eksperti, pedaqoq Nadir İsrafilov ölkədə müəllimyönümlü siyasət yürüdülməsinə görə bu peşəyə marağın artdığını bildirib:

"Müəllim olmaq istəyən abituriyentlərin sayında artımın müşahidə olunmasını təkcə müəllimlərə verilən əməkhaqqının son illər yüksəlməsi və ya repititorluq institutunun güclənməsi ilə əlaqələndirmək düzgün olmaz, baxmayaraq ki, bu faktorların da rolu və əhəmiyyəti danılmazdır. Bu, hər şeydən əvvəl strateji hədəf kimi müəllimin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması üzrə yeni sistemin yaradılması, təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün idarəetmə sisteminin yenidən qurulması, bu sahədə insan resurslarının inkişaf etdirilməsi və müəllim peşəsinin nüfuzunun artırılması zəruriliyinin önə çəkilməsi, məsələyə kompleks yanaşılması ilə bağlıdır. Daha konkret desək, Azərbaycanda müəllimyönümlü siyasət yürüdülməsinə başlanılıb. Açıq etiraf etməliyik ki, əvvəlki onilliklərlə müqayisədə müəllimə olan inam və etibar nəzərəçarpacaq dərəcədə azalmışdı. Elmi-texniki tərəqqi, yüksək texnologiyaların insani münasibətlərin önünə keçməsi əsas bilik ötürücüsü kimi müəllim faktorunu da böyük ölçüdə arxa plana keçirmişdi. Fransız mənşəli amerikalı mədəniyyət tarixçisi, pedaqoq, publisist, Kolumbiya Universitetinin professoru olmuş Jak Barzenin belə bir sözü var: "Müəllimlik itirilmiş peşə deyil, lakin müəllimə hörmət itirilmiş ənənədir”. Burdan belə bir qənaətə gəlmək olur ki, bu vəziyyət bütün dünya ölkələri üçün xarakterik hala çevrilib”.

N.İsrafilov deyir ki, ixtisaslar üzrə ali məktəbə qəbul prosesi repititorların artmasına rəvac verib:

"Ali məktəblərə qəbul prosesinin ixtisas qrupları üzrə aparılması müəllimə alternativ "yeni peşə sahiblərinin” – repetitorların, markerlərin, hətta el arasında deyildiyi kimi "bunker repetitorlarının” dəbə minməsinə və bunların müştərilərinin də xeyli sayda artmasına rəvac verib. Əbəs yerə deyil ki, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda mövcud vəziyyətin təhlili göstərib ki, peşəkarlığa əsaslanan stimullaşdırıcı əmək haqqı sisteminin olmaması, təhsil müəssisəsi səviyyəsində idarəetmənin qeyri-effektivliyi, müəllim hazırlığı üzrə infrastrukturun zəif olması müəllim nüfuzuna təsir edən amillər sırasındadır. Əlbəttə son illər müəllim hazırlığı və müəllim əməyinə qiymət verilməsi istiqamətində müəyyən addımlar atılıb və bu sahədə davamlı işlər uğurla davam etdirilir. Müəllimlərin öz işinə daha da sevgi və məsuliyyətlə yanaşmasına şərait yaratmaq məqsədilə, hələ 2014-cü il sentyabrın 15-dən "Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında” Nazirlər Kabinetinin 2010-cu il 14 aprel tarixli 67 nömrəli qərarında dəyişiklik edilib. Müəllim peşəsinə marağı artırmaq üçün Təhsil Nazirliyi tərəfindən 2014-2015-ci tədris ilindən başlayaraq "Gələcəyin müəllimi təqaüdü” təsis edilib. Bu təqaüd pedaqoji kadr hazırlığı aparılan ali təhsil müəssisələrinə qəbul imtahanlarında 500 və daha yüksək bal toplayan, ixtisas seçimində birinci və ya ikinci yerdə müəllimlik ixtisasını qeyd edən tələbələrə şamil olunur. Müəllim əməyinin stimullasdırılması, əmək haqqına differensial yanaşma istiqamətində müəllimlərin diaqnostik qiymətləndirilməsikeçirilib və s. O da vacib amillərdəndir ki, müəllim peşəsinin nüfuzunun artırılması istiqamətində Təhsil Nazirliyi iki istiqamətdə iş aparır: birinci istiqamət mövcud ümumi təhsil müəssisələrində çalışan müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması və müəllim heyətinin keyfiyyətinin yaxşılaşdırılmasıdır. İkinci istiqamət isə pedaqoji kadr hazırlığı həyata keçirən ali təhsil müəssisələrində ilkin müəllim hazırlığının təkmilləşdirilməsidir. Bu kimi misalların sayını artırmaq da olar”.
 
31 ildir ki, müəllim, 24 ildir repititor kimi çalışan Göyçay şəhər R.Rza adına 1 saylı tam orta məktəbin tarix müəllimi Sahibə Zeynalova deyir ki, şagirdlərinin son dövrlər müəllim olmağa marağı əmək haqqının yüksək olması ilə əlaqədardır:

"Artıq uzun illərdir ki, həm müəllim həm də repititor kimi fəaliyyət göstərirəm. Müəllimlik ixtisasına maraq şagirdlərim arasında hər zaman olub, amma artım tendensiyasını son bir-iki ildə müşahidə edirəm. Əsasən qızlar müəllimə olmaq istəyir ki, buna da səbəb kimi, iş saatının az, məvacibin yüksək olmasını göstərirlər. Amma onu deyim ki, repititorluq məsələsinin müəllim olmaq istəyinə heç bir təsiri yoxdur. Çünki indi gənclər bir qədər əziyyətdən qaçırlar, repititorluq isə bildiyiniz kimi əlavə iş saatı və daha çox yorğunluq deməkdir. Bəzən şagirdlərlə söhbət aparanda da mənə bildirirlər ki, repititroluq onlara görə deyil, əsas hədəfləri müəllim olmaq və yüksək maaş almaqdır. Lakin dərk etmək lazımdır ki, məvacib nə qədər yüksək olsa da bu ixtisasa sevgi və bacarıqla gəlmək lazımdır, əks halda peşəkar kadr kimi formalşamaq olmaz”.

"İlin gənc müəllimi" seçilmiş ingilis dili müəlllimi Şəbnəm Cəbrayıl müəllimliyə marağın yüksəlməsinə səbəb kimi respublikada müəllim nüfuzunun artmasını göstərib:

"Məncə müəllimliyə marağın artması birbaşa olaraq ölkəmizdə  müəllim nüfuzunun artması ilə bağlıdır. Bu gün Azərbaycan müəlliminə dəyər verilir, müəllimin istər sosial rifahının artırılması, istərsə də müəllim fəaliyyətinin stimullaşdırılması ilə bağlı görülən tədbirlərin nəticəsidir ki, müəllim olmaq istəyənlərin sayı artır. Gənc müəllimlər Assosiasiyasının yaranmasının da burada həvəsləndirici rolu vardır. Gənc müəllimlər üçün yay məktəbi təşkil edilir, əlavə məşğuliyyətlər olur, hansısa bir bölgəyə gələn nazir və Nazirliyin səlahiyyətli şəxsləri mütləq gənc müəllimlər ilə xüsusi görüşür. İnsanları nə cəlb edir ? Təbii ki diqqət və hörmət…”.

Загрузка...
Həmçinin oxuyun:
“Müəllimlik itirilmiş sənət deyil, lakin müəllimə hörmət itirilmiş ənənədir”

“Müəllimlik itirilmiş sənət deyil, lakin müəllimə hörmət itirilmiş ənənədir”

Təhsilin keyfiyyəti və aparılan islahatlar ekspertin gözü ilə...

Təhsilin keyfiyyəti və aparılan islahatlar ekspertin gözü ilə...

"Müəllimlər kommunal xərclərdən azad edilsinlər"

"Müəllimlər kommunal xərclərdən azad edilsinlər"

Təhsil naziri İsmayıllıda Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının üzvləri ilə görüşüb

600 ballı abituriyentlərin şərəfli “müəllim” seçimində tərəqqi var…

600 ballı abituriyentlərin şərəfli “müəllim” seçimində tərəqqi var…

“Gələcəyin müəllimi təqaüdü” LƏĞV EDİLİB?

“Gələcəyin müəllimi təqaüdü” LƏĞV EDİLİB?

Təhsil naziri yüksək bal toplayan müəllimliyə namizədlərlə görüşüb

Təhsil naziri yüksək bal toplayan müəllimliyə namizədlərlə görüşüb

"Bugünkü müəllimlərimizin böyük əksəriyyətinin peşəkarlığı bir yana, lazımi bilik və hazırlıq səvviyəsi əvvəlkilərlə müqayisədə xeyli aşağıdır"

"Bugünkü müəllimlərimizin böyük əksəriyyətinin peşəkarlığı bir yana, lazımi bilik və hazırlıq səvviyəsi əvvəlkilərlə müqayisədə xeyli aşağıdır"

Təhsil naziri Şəkidə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının üzvləri ilə görüşüb

Təhsil naziri Şəkidə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının üzvləri ilə görüşüb

İxtisasartırma yolu ilə müəllim olanların aqibətini nə gözləyir? – Ekspert

İxtisasartırma yolu ilə müəllim olanların aqibətini nə gözləyir? – Ekspert

2018- ci il təhsilimizdə nələr ilə yadda qaldı - 2019-cu ildən nələr gözləməliyik...

2018- ci il təhsilimizdə nələr ilə yadda qaldı - 2019-cu ildən nələr gözləməliyik...

500-dən çox bal toplamış 1359 nəfər müəllimlik ixtisasını seçib

500-dən çox bal toplamış 1359 nəfər müəllimlik ixtisasını seçib

Müəllim olmaq fədakar olmaq deməkdir - Gənc müəllim Zahir Abbasov.

Müəllim olmaq fədakar olmaq deməkdir - Gənc müəllim Zahir Abbasov.

ADPU-da məktəb direktorları ilə görüş keçirilib

ADPU-da məktəb direktorları ilə görüş keçirilib

Təhsil Nazirliyi təqaüdləri 50 faiz azaltdı

Təhsil Nazirliyi təqaüdləri 50 faiz azaltdı

Ucqar bölgələrdə dərs deyən müəllimlərin imtiyazları artırılıb

Ucqar bölgələrdə dərs deyən müəllimlərin imtiyazları artırılıb

500-700 bal toplayan abituriyentlərin ən çox seçdiyi ixtisas hansıdır?

500-700 bal toplayan abituriyentlərin ən çox seçdiyi ixtisas hansıdır?

Orta məktəblərdə çalışan müəllimlərin sayı açıqlandı

Orta məktəblərdə çalışan müəllimlərin sayı açıqlandı

Müəllimlərin   maaşı  – Təəccübləndirici rəqəmlər

Müəllimlərin maaşı – Təəccübləndirici rəqəmlər

Mikayıl Cabbarovun qazandığı etimadın sirri...

Mikayıl Cabbarovun qazandığı etimadın sirri...

“Aşağı bal toplayanlarla eyni statusu bölüşmək məni biraz narahat edir” ...Qəbulda 600 dən çox bal toplayan müəllimlər

“Aşağı bal toplayanlarla eyni statusu bölüşmək məni biraz narahat edir” ...Qəbulda 600 dən çox bal toplayan müəllimlər

Yüksək balla kənd məktəbini seçən gənc müəllim

Yüksək balla kənd məktəbini seçən gənc müəllim

Müəllim adı qazananların sayı açıqlandı

Müəllim adı qazananların sayı açıqlandı