AzTehsil.com


Xəbərlər
23 may 2020
1 088


Nadir İsrafilov: “Hər hansı məsələyə irad bildirərkən təklif yoxdursa, bu, artıq qərəzdir”



Nadir İsrafilov: “Hər hansı məsələyə irad bildirərkən təklif yoxdursa, bu, artıq qərəzdir”

 

"Mövcud hadisələrin fonunuda təhsilimizə olan diqqət və maraq bir az da artıb, əsasən də ümumi orta təhsilə. Bu da təbiidir. Çünki "Ümumi təhsil Azərbaycanda fasiləsiz təhsil sisteminin bir pilləsi olmaqla fərdin, cəmiyyətin və dövlətin maraqları nəzərə alınaraq davamlı inkişaf etdirilən və təhsilalanlar tərəfindən bilik, bacarıq və vərdişlərin mənimsənilməsini təmin edən prioritet fəaliyyət sahəsidir”.

Bu mənada əgər belə bir qənaətə gəlsək ki, məktəbin ən başlıca funksiyası olan təlim və tərbiyə bir sosial element kimi cəmiyyətin digər üstqurum və bazis elementləri ilə şərtlənir, mövcud əxlaqi keyfiyyətlər sosial, iqtisadi , hüquqi və s. münasibətlər təlim-tərbiyə prosesinə də təsirsiz ötüşmür, heç də yanılmamış olarıq..

Bununla belə yeniyetmə və gənclərin təlim-tərbiyəsində, mənəviyyatının formalaşmasında məktəbin rolu, əhəmiyyəti, məsuliyyəti nə qədər böyük və danılmaz olsa da, cəmiyyətdə baş verən hətta sıradan olan proseslərdə belə, təkcə məktəbi ittiham etmək, başlıca səbəbkar kimi məhz müəllimi günahlandırmaq, o qədər də ədalətli mövqe deyil və ola da bilməz. Məsələyə sosial kontekstdə yanaşmaq hər şeydən əvvəl onunla şərtlənir ki, istənilən gözlənilməz hallar təkcə təhsilə deyil, bütövlükdə sosial-iqtisadi mühitə təsir edir, özü də təkcə bizdə deyil, bütün dünyada belədir.

Böyük axtarışlar və gərgin zəhmət hesabına təhsilimizin ayaqda durması üçün nə qədər işlər görülsə də, bu ağır və çətin günlərdə olmazın fədakarlıq nümunələri göstərilsə belə mübahisəli fikirlərdən, ziddiyətli yanaşmalardan heç cür azad ola bilmirik ki, bilmirik. Uğurlarımızı qəbul edənlər nə qədər çox olsa belə, etməyənlər az olsa da olmamış deyil. Təəssüf ki,hələ də uğursusluqlarımızda səbəb və bəhanə axtarıb, bir birimizı günahlandırır, bir qismimiz uğurları,müəyyən qismimiz qüsurları qabardırıq. Təhsilimizin problemlərində bəzən təhsil alanları, bəzən də təhsil verənləri hədəfə alırıq, Təhsilmizin müvəqqəti və keçici vəziyyətdən çıxmasına yönəlik atılan məqsədyönlü addımlar kiminsə tərifinə, kiminsə tənqidinə tuş gəlir.

Nəzərə alsaq ki, təhsil mühiti müxtəlif xarakterə malik çoxsaylı fərdlər toplumundan ibarət böyük bir şəbəkədir, deməli, istənilən fakt və hadisələrə müxtəlif fərqli yanaşmaların sərgilənməsi də qaçılmazdır. Sadəcə emosiyalara qapılaraq, müxtəlif versiyalar irəli sürüb, geniş ictimaiyyət arasında çaşqınlıq yaratmaq deyil, bir az dözümlülük və soyuqqanlıq göstərib, qarşılıqlı anlaşma nümayiş etdirmək lazımdır.

Müasir dövrümüzdə insanlıq üçün böyük bəlaya çevrilən pademiya ilə mübarizənin vacibliyinə diqqət çəkmək üçün ümumtəhsil məktəblərində ardıcıl və davamlı tədbirlər həyata keçirilir. baş verənlərə subyektiv emosiya və qərəzli ambisiya baxımından deyil, obyektiv və sağlam düşüncə tərzi ilə yanaşmalıyıq. Çünki, məktəb də bizim məktəbdir, uşaq da bizimkidir, valideyn də biz özümüzük. Başlıca vəzifələrdən birini uşaq və valideyni məktəbə döğmalaşdırmaqda, məktəb, ailə və ictimaiyyətin qarşılıqlı səylərinin səmərəli yollarını axtarıb tapmaqda görürəm.

Onu da nəzərə almayanlar tapılır ki, ümumilikdə, ölkə üzrə görülən bu və digər tədbirlər, texnologiya əsrinin aktual çağırışlarından olan məsafədən təhsil modelinin reallaşmasına əsaslı təkan olub, yaranmış çətin vəziyyətdən qısa zamanda, sabitləşməyə doğru keçidə imkan yaradıb. Vəziyyətin nəzarətdə saxlanması baxımından teledərslərin müvafiq dəstəkləyici resurslar – video, qrafika, səs və digər multimedia vasitələri, elektron mənbələr, vizuallaşdırılmış dərs formaları, "Virtual məktəb” layihəsi, internet üzərindən bu kimi və digər mövcud olan mexanizmlər – əimizdə olan bütün vasitələr müvəqqəti fasilədən yaranan boşluqlarla əlaqədar passivliyi aradan qaldırmaq, mümkün olan bütün metod və formalardan istifadə etməklə təhsilalanların aktivliyinin qorunub saxlanılmasına yönəldilib.

Tədrisin məsafədən təşkili, təhsilə əlçatanlığın təmin olunmasının daha səmərəli üsul və formaları, təhsilalanların qiymətləndirilməsi, imtahanların keçirilməsi, yay tətilinin təşkili, əlavə dəstəkləyici vasitələrdən və çevik modellərdən istifadə olunması kimi həyata keçirilən digər tədbirlərin effektinə şübhə ilə yanaşanların, görülən işlərə kölgə salmaq kimi meyllərə baş vuranların məntiqsiz mövqeyi heç çür başa düşülən deyil. Halbuki, mövcud vəziyyətdə növbəti mərhələlərdə görüləcək işlər barədə hər hansı bir dəstək, görülən işlərə əsassız iradlardan ümumi işimiz üçün daha faydalı olardı.

Ölkə başçısının da vurğuladığı kimi məktəblərimiz və universitetlərimiz koronavirusa görə martın əvvəlindən bağlanıb və tədris ilinin sonuna qədər onlar, birmənalı olaraq, açılmayacaq… Buna görə məsafədən təhsil imkanları həqiqətən çox vacibdir. Əgər bizdə bütün məktəblərimizin tam bağlantısı olan sistem olarsa, onda bu, çox böyük imkana çevriləcək, bu halda Azərbaycan aparıcı ölkələrdən biri olacaq”.



Загрузка...
Həmçinin oxuyun:
Bütün baş verənlərdə təkcə məktəb günahkardırmı…?

Bütün baş verənlərdə təkcə məktəb günahkardırmı…?

Nadir İsrafilov: Qlobal xarakter alan koronovirus təhlükəsi cəmiyyətin bütün sosial-iqtisadi həyatına olduğu kimi təhsilə də təsirsiz ötüşməyib

Nadir İsrafilov: Qlobal xarakter alan koronovirus təhlükəsi cəmiyyətin bütün sosial-iqtisadi həyatına olduğu kimi təhsilə də təsirsiz ötüşməyib

Məktəbdə baş verən son intihar hadisəsi üzücü olduğu qədər də təəssüfləndiricidir.

Məktəbdə baş verən son intihar hadisəsi üzücü olduğu qədər də təəssüfləndiricidir.

Nadir İsrafilov: Təhsil müəssisələrinin bağlanması təhsildə fəaliyyətsizlik demək deyil...

Nadir İsrafilov: Təhsil müəssisələrinin bağlanması təhsildə fəaliyyətsizlik demək deyil...

Nadir İsrafilov: “İctimaiiyyəti yanlış istiqamətə yönəldə biləcək proqnozlar verməkdən uzağam…”

Nadir İsrafilov: “İctimaiiyyəti yanlış istiqamətə yönəldə biləcək proqnozlar verməkdən uzağam…”

Nadir İsrafilov: “Məktəbin günahı böyükdür, lakin güahkar təkcə məktəb deyil…”

Nadir İsrafilov: “Məktəbin günahı böyükdür, lakin güahkar təkcə məktəb deyil…”

“Məktəblər və universitetlər birmənalı olaraq açılmayacaq” – Prezident

“Məktəblər və universitetlər birmənalı olaraq açılmayacaq” – Prezident

Nadir İsrafilov: “Bu, Azərbaycan dövlətinin pandemiya ilə mübarizədə nə qədər çevik reaksiya verdiyinin göstəricisidir”

Nadir İsrafilov: “Bu, Azərbaycan dövlətinin pandemiya ilə mübarizədə nə qədər çevik reaksiya verdiyinin göstəricisidir”

Nadir İsrafilov: “Bu Azərbaycan nümunəsinin, modelinin xarici ölkələrdə də tətbiq edilməsi çox müsbət haldır”

Nadir İsrafilov: “Bu Azərbaycan nümunəsinin, modelinin xarici ölkələrdə də tətbiq edilməsi çox müsbət haldır”

Dövlət işsiz vətəndaşlarına hər zaman diqqət və qayğı ilə yanaşıb.

Dövlət işsiz vətəndaşlarına hər zaman diqqət və qayğı ilə yanaşıb.

Yaranmış vəziyyətlə bağlı pandemiyanı mümkün qədər zərərsiz adlatmaq üçün dövlətimiz tərəfindən lazım olan bütün qabaqlayıcı addımlar atılıb

Yaranmış vəziyyətlə bağlı pandemiyanı mümkün qədər zərərsiz adlatmaq üçün dövlətimiz tərəfindən lazım olan bütün qabaqlayıcı addımlar atılıb

Nadir İsrafilov: “Təhsil hər hansı bir situasiyada düzgün hərəkət etmək bacarığıdır…”

Nadir İsrafilov: “Təhsil hər hansı bir situasiyada düzgün hərəkət etmək bacarığıdır…”

Nadir İsrafilov: “Mövcud durum, elə təhsilimizin özü üçün də bir məktəbdir…”

Nadir İsrafilov: “Mövcud durum, elə təhsilimizin özü üçün də bir məktəbdir…”

Nadir İsrafilov: “Daha dəqiq və konkret qərar qəbul etmək hələ ki, zamanla bağlı məsələdir…”

Nadir İsrafilov: “Daha dəqiq və konkret qərar qəbul etmək hələ ki, zamanla bağlı məsələdir…”

Məktəblərin bağlanması heç də müəllim-şagird-valideyn əlaqələrinin kəsilməsi deyil, əksinə...

Məktəblərin bağlanması heç də müəllim-şagird-valideyn əlaqələrinin kəsilməsi deyil, əksinə...

Klassik pedaqoji irsə və müasir tendensiyalara nə dərəcədə yiyələnmişik?

Klassik pedaqoji irsə və müasir tendensiyalara nə dərəcədə yiyələnmişik?

“İlk növbədə dəyişməyə ehtiyacı olan üçlük bunlardır"—Nadir İsrafilov yazır

“İlk növbədə dəyişməyə ehtiyacı olan üçlük bunlardır"—Nadir İsrafilov yazır

Hər hansı proqnoza deyil, rəsmi məlumatlara istinad etsək, daha düzgün olar.

Hər hansı proqnoza deyil, rəsmi məlumatlara istinad etsək, daha düzgün olar.

Təhsilimiz növbəti sınaq qarşısında. Bu keçid düşündüyümüz qədər də sadə bir proses deyil.

Təhsilimiz növbəti sınaq qarşısında. Bu keçid düşündüyümüz qədər də sadə bir proses deyil.

Məktəb direktoru: “Fəaliyyətimizin təşkilində Bakı şəhəri üzrə Təhsil İdarəsinin dəstəyini daim hiss edirik.”

Məktəb direktoru: “Fəaliyyətimizin təşkilində Bakı şəhəri üzrə Təhsil İdarəsinin dəstəyini daim hiss edirik.”

Ənənəvi məktəbdən müasir məktəbə keçidin fəlsəfəsi

Ənənəvi məktəbdən müasir məktəbə keçidin fəlsəfəsi

“Sosial şəbəkələrdə “ağ atlı oğlan” axtarırlar”

“Sosial şəbəkələrdə “ağ atlı oğlan” axtarırlar”

“Əfsus ki, biz həyat üçün yox, məktəb üçün oxuyuruq”

“Əfsus ki, biz həyat üçün yox, məktəb üçün oxuyuruq”

Etiraf etməliyik ki, müasir dövrümüzdə tərbiyə məsələləri öz əvvəlki mahiyyətini, dəyərini və aktuallığını hələ tam itirməsə də, itirməyə meyillidir.

Etiraf etməliyik ki, müasir dövrümüzdə tərbiyə məsələləri öz əvvəlki mahiyyətini, dəyərini və aktuallığını hələ tam itirməsə də, itirməyə meyillidir.