AzTehsil.com


Xəbərlər
22 dekabr 2021
1 210


Nadir İsrafilov: Burada hər şey düzgün idarəçilikdən asılıdır.




“Məktəblərdə pul yığımlarının olması qeyri-qanunidir. Bu, cəmiyyətin xroniki problemidir...”– Emin Əmrullayev


Hər şeydən əvvəl onu qeyd edim ki, o qədər də uzaq olmayan keçmişdə kolleqial idarəetmə orqanı olan, pedaqoji kollektivə ümumtəhsil prosesinin, təhsil alanların dərsdənkənar vaxtının, sosial müdafiəsinin təşkilində köməklik göstərmək məqsədilə yaradılan ictimai xarakterli Valideyn komitələri məktəb rəhbərliyi, pedaqoji şura, ictimai təşkilatlarla, mövcud qanunvericilik çərçivəsində sıx əlaqədə işləyirdi. Məktəb Nizamnaməsi və Valideyn komitəsi barədə Əsasnaməyə uyğun olaraq öz işini qurur, uşaqların tərbiyəsində vahid tələbləri müəyyən etmək və onun səmərəliliyini artırmaq məqsədilə ailənin, məktəbin və ictimaiyyətin əlaqələrini möhkəmləndirməyə yardımçı olurdu. Ümumi məktəb valideyn komitəsi ilə yanaşı hər sinif valideyn komitələri də fəaliyyət göstərirdi. Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilən “Ümumtəhsil məktəbinin valideyn komitəsi barədə Əsasnamə”də Valideyn komitəsinin işinin məzmunu və vəzifələri, Valideyn Komitəsinin işinin təşkili, Valideyn Komitəsinin hüquqları və digər məsələlər öz əksini tapmışdı.


"Məktəb üçbucağı”- məktəb, ailə və cəmiyyət anlayışı pedaqoji ədəbiyyatda və kütləvi mətbuatda ən çox işlənən ifadələrdən biri idi. Hamı dərk edirdi ki, bu üçbucağın bütün mexanizmləri işlək vəziyyətə gətiriləndə  məktəb həyatı da saat mexanizmi kimi işləyir, təlim-tərbiyədə, şagirdlərin hərtərəfli inkişafında uğurlara və nailiyyətlərə gətirib çıxarır.  Hansı tərəfdəsə ciddi çatışmazlıq olarsa, onda həm cəmiyyət, həm ailə, həm də məktəb problemlər qarşısında qalır, arzuolunmaz nəticələrə gətirib çıxarır. Axı, insanı yetişdirən, formalaşdıran ilk ocaq sayılan ailədən sonra məktəb və pedaqoji mühitdir,  və burada hər şey düzgün idarəçilikdən asılıdır. Heç də əbəs yerə deyil ki,  "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda da qeyd edildiyi  kimi, təhsilin keyfiyyətinin dayanıqlı yüksəlişində maraqlı tərəflərin cəlb olunmasını təmin edən səmərəli idarəetmə mühüm rol oynayır.


Lakin sonralar bir çoxları nədənsə valideyn-müəllim-şagird münasibətlərinə köhnəlmiş sovet düşüncəsi kimi baxmağa başladı. Bəlkə də, yüksək texnologiyaların insanlararası canlı ünsiyyəti üstələməsi, virtuallıq buna şərait yaradır. Ona görə də valideynlə müəllim arasında sanki müəyyən uçurum yaranıb. Görünür bir ara bu vacib münasibətlərin məqsəd və məzmununu düzgün başa düşmədik, effektiv icra mexanizmini tapa bilmədik, bir çox hallarda isə bu kimi münasibətlərdə sui-istifadə hallarına yol verdik. Yoxsa nə oldu ki,  birdən birə cəmiyyətimizdə məktəbə edilən maddi dəstək müzakirə mövzusu oldu,  "fond pulu”, "süpürgə pulu”, "kağız pulu”, "KSQ, BSQ pulu”, "printer üçün katric pulu” və s. bu kimi yeni anlayışlar dövriyyəyə buraxıldı, məktəbin korrupsiyaya bulaşması haqqında fikirlər səsləndirildı, ayrı-ayrı müəllimlərə, məktəb rəhbərlərinə qarşı ittihamlar irəli sürüldü.


Məktəblərdə valideynlərdən müxtəlif adlarla və istənilən məqsəd üçün pul yığmaq birmənalı şəkildə yolverilməzdir. Lakin bu heç də o anlama gəlmir ki, hansısa valideyn könüllü surətdə məktəbə maddi cəhətdən dəstək vermək fikrinə düşübsə bu təpki ilə qarşılansın və ya hansısa məktəbdə hansısa direktor və ya müəllim tərəfindən pul yığılıbsa, bunu şouya çevirib bütün məktəblər haqqında ümumi rəy yaradasan. Dünyanın əksər inkişaf etmiş ölkələrində, sivil cəmiyyətlərdə valideynlər məktəbə könüllü olaraq,  heç bir təzyiq olmadan maddi dəstək göstərir. Onlar təhsil ocaqlarında təlim-tərbiyə işinin mükəmməl şəkildə qurulmasına, maddi-texniki bazanın daha da güclənməsinə öz töhfələrini verir. Çünki onlar üçün məktəb bir məbəd hesab olunur. Düşünürlər ki, məktəb onların övladlarını yetişdirir, təhsil verir. Bu baxımdan da məktəb üçün fədakarlıq etməyə  könüldən can atırlar. 


Bütün hallarda dövlət orta məktəblərində pul yığıla bilməz. Valideynin təhsilin idarəolunmasinda iştirakı və töhfəsi məsələləri Təhsil haqqında qanunun və Təhsilin inkişafı strategiyasının müvafiq bəndləri ilə tənzimlənir. Valideyn məktəbə istər təşkilati, istər maddi və digər dəstəyi yalnız qanunvericilik çərçivəsində həyata keçirə bilər və dünya praktikasında da bu mövcuddur. Sadəcə, valideynlər məktəbə maddi dəstək göstərəndə bilməlidirlər ki, həmin pullar hara xərclənir. Əgər valideyn hiss etsə ki, onun maddi və mənəvi dəstəyi həqiqətən də onun övladının təhsil aldığı məktəbin ehtiyaclarına sərf olunur, o bundan məmnun qalacaq və məktəbin  ab-havasına  daha fəal qoşulacaq. Belə məktəblərimiz və valideynlərimiz o qədər də az deyil. Müasir kurikulumun tələbləri və xüsusilə də üzləşdiyimiz pandemiya şəraiti bizi məktəb-valideyn münasibətlərini yeni müstəviyə qaldırılması zərurəti ilə üz-üzə qoyub. Maraqlı olan əsas tərəflərdən biri kimi valideynlər təhsil prosesinin fəal iştirakçısına çevrilməklə məktəbin təhsil mühitinə demokratik, aşkarlıq və şəffaflıq ab-havası gətirirlər, şagird-müəllim-valideyn əlaqələrinin mərkəzində dayanaraq məktəbin məhsuldar fəaliyyətini tənzimləyirlər.


Bu gün dünyanın bütün ölkələrində valideynlərin məktəbə müəyyən maddi dəstək verməsi məsələsi var, amma bunun mexanizmləri də var, bu qanunauyğun və şəffaf olmalıdır. Təhsil naziri də çıxışında bunu deyirdi: “Məktəblərdə pul yığımlarının olması qeyri-qanunidir. Bu, cəmiyyətin xroniki problemidir. Mən oxuduğum müddətdə də belə problem var idi. Yəni məktəblər hansısa pul yığımı olarsa, bu, qaydalar çərçivəsində məcburi yox, könüllü şəkildə olmalıdır". Lakin, nazirin brifinqdə  açıqlamasındakı fikirləri təhrif edib başqa məcraya yönəltmək, geniş ictimaiyyət arasında çaşqınlıq yaratmaq, hansı məqsədlərə xidmət edir, bax, bu maraqlıdır. Ümumiyyətlə, açıq etiraf edək ki, biz hansısa fikri təhrif edib bundan şou yaratmağa meylliyik.


Bir çox milli və bəşəri dəyər və ənənələrimizə diqqət və sayğı göstərdiyimiz kimi, ciddi səylər və böyük zəhmət hesabına əldə etdiyimiz təhsil dəyərlərimizi və ənənələrimizi də qoruyub saxlamalı, bu şərəfli və məsuliyyətli missiyada əlimizdən gələni əsirgəməməliyik. Məktəblərdə yaradılan assosasiya, komitə, icma olmasından asılı olmayaraq bunun bir adı, bir məramı, bir məqsədi var – məktəb müqəddəs məbədgah kimi öz nüfuzunu qorumalıdır...




Загрузка...
Həmçinin oxuyun:
Ümumtəhsil məktəbinin valideyn komitəsi haqqında Əsasnamə

Ümumtəhsil məktəbinin valideyn komitəsi haqqında Əsasnamə

Valideyn  komitəsinin  hüquqları  və  vəzifələri

Valideyn komitəsinin hüquqları və vəzifələri

Məktəblərdə valideyn komitələri valideyinlərdən 30-40 manat pul yığır? – Müəllimlər günü “həyəcanı”

Məktəblərdə valideyn komitələri valideyinlərdən 30-40 manat pul yığır? – Müəllimlər günü “həyəcanı”

“Cürətlə deyirəm, məktəblərdəki Pedaqoji Şura  sovet mirasıdır, dəyişməlidir” – Əməkdar müəllim

“Cürətlə deyirəm, məktəblərdəki Pedaqoji Şura sovet mirasıdır, dəyişməlidir” – Əməkdar müəllim

Məktəblərdə vahid forma necə müəyyənləşdirilir?- Dizayn və qiymət fərqləri

Məktəblərdə vahid forma necə müəyyənləşdirilir?- Dizayn və qiymət fərqləri

Nadir İsrafilov - Təhsil işçiləri üçün stolüstü kitaba çevrilə biləcək yeni vəsait çap olundu.

Nadir İsrafilov - Təhsil işçiləri üçün stolüstü kitaba çevrilə biləcək yeni vəsait çap olundu.

Məktəblərdə İŞ VAXTI və ondan istifadə edilməsinə aid 9 QAYDA

Məktəblərdə İŞ VAXTI və ondan istifadə edilməsinə aid 9 QAYDA

Ümumi təhsilin idarə olunmasının dövlət standartları

Ümumi təhsilin idarə olunmasının dövlət standartları

Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə

Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə

Təhsil müəssisələrində Pedaqoji Şura

Təhsil müəssisələrində Pedaqoji Şura

Pedaqoji Şura haqqında Əsasnamə

Pedaqoji Şura haqqında Əsasnamə

Ümumtəhsil məktəbinin idarə olunması - Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsindən

Ümumtəhsil məktəbinin idarə olunması - Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsindən

Pedaqoji Şura  haqqında  Əsasnamə

Pedaqoji Şura haqqında Əsasnamə

Valideyinlərlə əlaqələrin qurulması  və  möhkəmlənməsinə rəhbərlik

Valideyinlərlə əlaqələrin qurulması və möhkəmlənməsinə rəhbərlik

Pedaqoji şura - bir kollektivdə işləyən peşəkarların şurasıdır.

Pedaqoji şura - bir kollektivdə işləyən peşəkarların şurasıdır.

Qaradağ rayonunun daha üç məktəbində görüşlər keçirilib

Qaradağ rayonunun daha üç məktəbində görüşlər keçirilib

"Yenilikçi RTŞ müdiri " - onu belə adlandırırlar.

"Yenilikçi RTŞ müdiri " - onu belə adlandırırlar.

Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə

Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə

Nadir İsrafilov: Təhsil müəssisələrinin bağlanması təhsildə fəaliyyətsizlik demək deyil...

Nadir İsrafilov: Təhsil müəssisələrinin bağlanması təhsildə fəaliyyətsizlik demək deyil...

Lənkəranda  İctimai Şura üzvləri ilə görüş

Lənkəranda İctimai Şura üzvləri ilə görüş

Məktəblərdə köhnə miras - “Valideyn-Müəllim Assosiasiyaları” kimlərə xidmət edir...

Məktəblərdə köhnə miras - “Valideyn-Müəllim Assosiasiyaları” kimlərə xidmət edir...

Emin Əmrullayev: “Valideyn məktəbə pul ödəməyə məcbur edilməməlidir”

Emin Əmrullayev: “Valideyn məktəbə pul ödəməyə məcbur edilməməlidir”

Pedaqoji idarəetmənin kollegial imkanları

Pedaqoji idarəetmənin kollegial imkanları

PEDAQOJI   ŞURA  VƏ  DİREKTORYANI   MÜŞAVİRƏ  VASİTƏSİLƏ   TƏLİM-TƏRBİYƏ İŞLƏRİNƏ   RƏHBƏRLİK

PEDAQOJI ŞURA VƏ DİREKTORYANI MÜŞAVİRƏ VASİTƏSİLƏ TƏLİM-TƏRBİYƏ İŞLƏRİNƏ RƏHBƏRLİK