Xəbərlər / Müəllim
02 oktyabr 2021
2 364


Məktəblərdə valideyn komitələri valideyinlərdən 30-40 manat pul yığır? – Müəllimlər günü “həyəcanı”

Məktəblərdə valideyn komitələri valideyinlərdən 30-40 manat pul yığır? – Müəllimlər günü “həyəcanı”

 

5 oktyabr 1966-cı ildə YUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən "Müəllimlərin statusu haqqında” adlı ilk beynəlxalq sənəd imzalanıb.

1994-cü ildən isə həmin tarix YUNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilib. Hazırda dünyanın 100-dən çox ölkəsində ümumdünya səviyyəsində qeyd olunduğu halda, bəzi ölkələrdə müxtəlif tarixlərdə ayrıca olaraq milli səviyyədə "Müəllimlər günü” qeyd edilir. Məsələn, müxtəlif əlamətdar hadisələr əsasında "Müəllimlər günü” Albaniyada 8 mart, Cənubi Koreyada 15 may, Argentinada 11 sentyabr, Çində 28 sentyabr, Özbəkistanda 1 oktyabr, Türkiyədə isə 24 noyabr tarixlərində qeyd olunur.

Azərbaycanda isə bu tarix 1993-cü il 5 oktyabrda rəsmiləşdirilib və bu peşə bayramı hər il 5 oktyabrda ölkə ictimaiyyəti tərəfindən qeyd olunur. Xüsusilə, həmin bayram günü şagirdlər və tələbələr öz sevimli müəllimlərini təbrik edirlər. Ölkəmizdə təbriklər isə müxtəlif formada olur. Söz, hədiyyə və pulla…

Dərs ilinin yeni başlanmasına, müəllimlər günə hələ bir neçə gün qalmasına baxmayaraq, məktəblərdə və bağçalarda artıq pul yığma mexanizmi işə düşüb. Pul yığmaqdan başqa bir işlə məşğul olmayan, müəllimlərə yaxınlığı ilə seçilən valideyn komitələri düşüblər valideyinlərin canına ki, 30-40 manatdan verin. Hələ bu harasıdı. Hətta bəzi müəllimlər artıq elan ediblər ki, sinif adından pul qəbul etməyəcək və hər uşaq ayrı-ayrılıqda "hörmət”ini etsin.

Bunun səbəbi bilirsiniz nədir? Valideynlər sinif halında yığıldıqda 30-40 verəcəkdisə, birbaşa müəlliməyə verəndə məcbur olub daha çox pul verməli olacaq. Həm də hansı uşağın valideyni "hörmət” etməyibsə, bu açıq-aşkar bilinəcək və müəllimlərin uşaqlar arasında ayrı-seçkilik etməsinə gətirib çıxardacaq.

Müəllimlik qədər ali peşəni, bu qədər ucuzlaşdırmağa dəyərmi? Gələcəyimizi yetişdirən müəllimlər uşaqlarımıza bu cürmü örnək olur?

Mənbə Bizimyol.info
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
5 Oktyabr - Müəllim ən böyük təbrikə layiqdir !

5 Oktyabr - Müəllim ən böyük təbrikə layiqdir !

Bakıda direktorlar iclasa başladı – Bir həftədir nə axtarırlar?

Bakıda direktorlar iclasa başladı – Bir həftədir nə axtarırlar?

5 Oktyabr...Müəllim nüfuzu...Thomas...

5 Oktyabr...Müəllim nüfuzu...Thomas...

Həqiqi müəllim adını daşıyan insan həmişə......

Həqiqi müəllim adını daşıyan insan həmişə......

Beynəlxalq Müəllimlər günü LDU-da təntənə ilə qeyd olundu.

Beynəlxalq Müəllimlər günü LDU-da təntənə ilə qeyd olundu.

Azərbaycanda bu məktəblərdə müəllimlər üçün pul yığılır - SİYAHI

Azərbaycanda bu məktəblərdə müəllimlər üçün pul yığılır - SİYAHI

Sinif rəhbərinin illik tədbirlər planı

Sinif rəhbərinin illik tədbirlər planı

Təhsil naziri Ceyhun Bayramovun 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə təbriki

Təhsil naziri Ceyhun Bayramovun 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə təbriki

"Müəllimlər kommunal xərclərdən azad edilsinlər"

"Müəllimlər kommunal xərclərdən azad edilsinlər"

20-22 yanvar günləri iş olacaqmı?

20-22 yanvar günləri iş olacaqmı?

Nazirdən "Bilik günü" MÜRACİƏTİ

Nazirdən "Bilik günü" MÜRACİƏTİ

Mikayıl Cabbarov müəllimləri təbrik etdi

Mikayıl Cabbarov müəllimləri təbrik etdi

"Müəllimlər Günü ilə əlaqədar pul yığılması hallarına rast gəlinərsə..."

"Müəllimlər Günü ilə əlaqədar pul yığılması hallarına rast gəlinərsə..."

18 oktyabr  Müstəqillik Günü Ağstafa şəhər 1 saylı məktəbdə qeyd edilib

18 oktyabr Müstəqillik Günü Ağstafa şəhər 1 saylı məktəbdə qeyd edilib

Ali məktəblərdə dərslər oktyabrda başlayacaq? - Nazirlikdən REAKSİYA

Ali məktəblərdə dərslər oktyabrda başlayacaq? - Nazirlikdən REAKSİYA

Təhsil Nazirliyi məktəblilərin qış tətilini açıqladı - 5 gün olacaq

Təhsil Nazirliyi məktəblilərin qış tətilini açıqladı - 5 gün olacaq

Dərslər nə vaxt başlayacaq?

Dərslər nə vaxt başlayacaq?

SUAL -  10 ildən artıq pedaqoji stajı olub 3 ildən az müddətə işdən ayrılan müəllimlərin yenidən işə qəbulu hansı qaydada həyata keçirilir?

SUAL - 10 ildən artıq pedaqoji stajı olub 3 ildən az müddətə işdən ayrılan müəllimlərin yenidən işə qəbulu hansı qaydada həyata keçirilir?

Dünya ölkələrində Bilik günü bu tarixlərdə qeyd edilir - MARAQLI

Dünya ölkələrində Bilik günü bu tarixlərdə qeyd edilir - MARAQLI

20 Yanvar günü dərs və iş olacaqmı? – AÇIQLAMA

20 Yanvar günü dərs və iş olacaqmı? – AÇIQLAMA

Valideyn və şagirdlərin nəzərinə -Sabah altıgünlük məktəblərdə dərs olacaq

Valideyn və şagirdlərin nəzərinə -Sabah altıgünlük məktəblərdə dərs olacaq

Təhsil Nazirliyi valideynlərə müraciət etdi

Təhsil Nazirliyi valideynlərə müraciət etdi

Dünya Azərbaycanlılarının Həmrəylik Günü

Dünya Azərbaycanlılarının Həmrəylik Günü

Azərbaycanlı müəllimlər 1 milyon dollar qazana bilər - SON TARİX...

Azərbaycanlı müəllimlər 1 milyon dollar qazana bilər - SON TARİX...