Pedaqoji idarəetmənin kollegial imkanları
Ölkəmizin təhsil müəssisələrinin idarə olunması isə pedaqoji idarəetmə və özünüidarə prinsipləri əsasında idarə olunur.
"Təhsil Qanunu”, müvafiq qanunvericilik aktları, əsasnamələr və nizamnamə ilə tənzim olunur. Ümumtəhsil məktəbləri isə dövlət-ictimai xarakterli idarəetmə əsasında formalaşmağa üstünlük verir.
”Təhsil Qanunun”da (maddə 30. bənd 2) deyilir: "Dövlət təhsil müəssisəsinə rəhbərliyi müvafiq icra hakimiyyəti оrqanı tərəfindən təyin edilmiş dövlət təhsil müəssisəsinin rəhbəri (rəhbərliyi) həyata keçirir. Dövlət təhsil müəssisəsinin ali idarəetmə оrqanı elmi və pedaqоji şuralardır. Elmi və pedaqоji şuraların yaradılması və fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq оlunmuş əsasnaməyə və təhsil müəssisəsinin nizamnaməsinə əsasən müəyyən edilir”.
Pedaqoji idarəetmənin mahiyyəti, prinsipləri qanunauyğunluqlarının konkret təzahürünü göstərir. Bunlar məktəbdaxili idarəetmənin əsas qanunauyğunluqları sırasına daxildir. Ümumtəhsil məktəblərinin ali idarəetmə orqanı pedaqoji şura olsa da kollegial idarəetməni, demоkratikliyi və şəffaflığı təmin etmək məqsədi ilə özünüidarə orqanları kimi ümumi yığıncaq, məktəb şurası, pedaqoji şura, himayəçilər şurası, elmi-metоdiki şura, məktəb icmasi, şagird təşkilatlatı, qəyyumlar şuraları, məzun şəbəkələri, özünüaudit qurumları və s. yaradılır.
Bu qurumların yaradılması qaydaları və səlahiyyətləri təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir. Ümumtəhsil məktəblərinin idarə edilməsinin mahiyyəti dedikdə, pedaqoji məntiqlə əsaslandırılmış olan məqsədin irəli sürülməsidir. Bu zaman idarə edilən obyektin mövcud vəziyyəti hərtərəfli öyrənib müəyyənləşdirilir və əldə olunmuş məlumat əsasında məqsədli planlaşdırma aparılır. Müntəzəm əks-əlaqələrin yaradılması ilə idarə olunan obyektdən müəyyən parametrlər üzrə məlumatlar alınır. Görülən işlər təhlil olunur və qiymətləndirilir. Pedaqoji idarəetmənin obyektiv imkanı subyektiv amildən asılıdır, yəni pedaqoji kollektivin rolundan düzgün istifadə edildikdə əməli gerçəkliyə çevrilə bilir.
Təhsil sisteminin əsas istiqaməti hərtərəfli biliyə, bacarığa, praktik hazırlığa, yüksək mədəniyyətə, məsuliyyət hissinə, mütərəqqi dünyagörüşə malik dəyərlərə sahib olan şəxsiyyət formalaşdırmağa yönəlmişdir. Xalqımız və dövlətimiz dərin biliklərə yiyələnən, dinamik inkişafda olan, vətənini, millətini sevən, intelektual səviyəli, demokratikliyinə görə dünyanın, ən qabaqcıl ölkələrinin vətəndaşları ilə rəqabət qabiliyyətli sağlam yurddaşlar yetişdirmək arzusundadır.
Hal-hazırda məktəblərdə yeniləşən məzmun, metod və qiymətləndirmə prosesləri, idarəetmə funksiylarının ciddi surətdə dəyişdirilməsini tələb edir. Müasir məktəbi təkbaşına idarə etmək metodu inzibati amirliyə yönəlməyə aparıb çıxarır. Buna görə də pedaqoji idarəetmədə məzmun etibarı ilə kollegiallığa üstünlük verilir. Kollegiallıq ümumi əhəmiyyətli işlərin bir qrup şəxslər tərəfindən birlikdə ümumi müzakirəsi və həlli mənası daşıyır. Bu pedaqoji idarəetmədə kollegial orqanların həyata keçirdiyi rəhbərlik metodudur. Pedaqoji idarəetmədə kollegiallıq tapşırılan işi ümumi və şəxsi məsuliyyətinin uzlaşdırılması fonunda icrası, kollektiv qərar qəbuletmə ilə həyata keçirilir. Onun məqsədi atılan addımın, fəaliyyətinin cavabdehlik məsuliyyətini təmin etməkdən ibarətdir.
Kollegiallıq məsələyə dərin və hərtərəfli düşünərək yanaşmağı təmin edir. Ümumtəhsil məktəblərinin idarəolunmasında pedaqoji şəraiti elmi cəhətdən qiymətləndirmək, təlim-tərbiyənin nəticələrini əvvəlcədən duymaq, işdə əsas məsələləri kollegial müzakirə edib qərar qəbul etmək, bütövlükdə düzgün yanaşma ilə işləri vaxtında icra etmək əsas məsələ kimi qarşıda durur. Müasir məktəbə ayrı-ayrı sahələrdən ibarət bütöv bir sosial pedaqoji sistem kimi baxılır, bu sistem məktəbin daxilində təşkil olunmuşdur və xarici mühitlə də müəyyən əlaqəyə malikdir. Məktəbi idarə edənlər və idarə olunanlar qaşılıqlı sistemdə bütövləşir. Məktəbin rəhbərlərini və pedaqoji kollektivi birləşdirən idarəedici yarımsistem aparıcı rol oynayır. Pedaqoji idarəetmə mahiyyət etibarı müəyyən fikri ifadə edir.
Fikrimizcə, idarəetmə məktəbin daxilində baş verən mürəkkəb prosesləri və münasibətləri şüurlu surətdə tənzimləmək deməkdir. Məktəb təcrübəsində idarəetmə pedaqoji fəaliyyətin dövrəsi olan dərs ili ərzində həyata keçirilir.
Ümumtəhsil məktəblərinin idarə olunmasında real şəraitin nəzərə alınması mürəkkəb pedaqoji məsələləri yaradıcılıqla həll edilir. Pedaqoji idarəetmədə nəzarət işi icranı yoxlamağın ən əsas vasitədir. Nəzarətin beynəlxalq təcrübədə sınanılmış ən mütərəqqi, demokratik və şəffaf metodu özünüauditdir. Məktəblilərin inkişafı, təhsilin kefiyyətinin dinamikliyinin təmin olunması ağır və çox məsul işdir. Ona görə də idarəetmə prosesində özünə və iş yoldaşlarına qarşı tələbkarlığı müasir metod olan özünüauditlə həyata keçirmək əlverişlidir.
Bu zaman vətəndaş məmnunluğu, demokratiklik, humanistlik önə çəkilir. Məktəbi idarə edənin məharəti öz ifadəsini adamlarla ünsiyyət yaratmaq, kollegiallığa üstünlük vermək bacarığında tapır. Ümumitəhsil məktəblərin idarə olunmasıda kollegiallıq baxımından yanaşarkən hesabatlılıq, məsuliyyətin bölüşdürülməsi və inkişafın dinamikasının monitorinqi əsas götürülür. Hesabatlılıq nəticə etibarilə ümumi təhsilin həyata keçirildiyi məktəblərdə kollektivin hər bir üzvünün tapşırılmış iş sahəsində cavabdehliyini, məsuliyyətini nəzarətdə saxlamış olur.
Bəs, hesabatlılıq nədir? (ardı var).
Ş.Qəribov, İ.Əsədova