AzTehsil.com


Xəbərlər / Müəllim
29 dekabr 2021
1 076


Nadir İsrafilov: Bu ifadə, təkcə gələcəyimiz olan təhsilimizə deyil, bütövlükdə cəmiyyətimizə aşağılıq və utanclıq gətirir...




Problemi təkrar-təkrar qaldırmazlar – birdəfəlik aradan qaldırarlar. Bir vaxtlar məktəblərdə müəllimləri 8 mart Beynəlxalq qadınlar bayramı və 5 oktyabr-Beynəlxalq Müəllimlər günü münasibətilə müəllimləri təbrik etmək üçün ayrı-ayrı məktəblərdə valideynlər tərəfindən pul toplanması barədə xəbərlər yayılardı.


Sonralar “süpgə pulu”, “fond pulu” kimi anlayışlar dövriyyəyə buraxıldı. Daha sonra isə "kağız pulu”, "KSQ, BSQ pulu”, "printer üçün katric pulu” kimi ifadələr müzakirə obyektinə çevrildi, müəyyən narazılıqlar və narahatçılıqlarla müşayət olundu. İş o yerə çatdı ki, bu kimi halların qarşısını almaq üçün təhsilin yuxarı idarətmə orqanları tərəfindən xəbərdarlıq xarakterli əmrlər belə imzalandı. 2011-ci ildə “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə “ümumtəhsil məktəbi qanunvericiliklə müəyyən edilmiş qaydada fiziki və hüquqi şəxslərə ödənişli müxtəlif təhsil xidmətləri göstərmək, fiziki və hüquqi şəxslərdən ianələr və könüllü yardımlar almaq hüququna malikdir” barədə ayrıca maddə daxil edəndə fikirləşmədik ki, könüllü sözü varsa, könüllülüyə məcburi yanaşma da yaranacaq. İndi isə etiraf etmək zorunda qalmışıq ki, kimsə könüllü olaraq məktəbə yardım etmək istəyirsə, burada problem yoxdur, sadəcə bununla bağlı mexanizm olmalıdır. 

Ötən əsrin 90-cı illərində bu kimi halların qarşısını almaq məqsədilə, ayrı-ayrı məktəblərdə Təhsil şuraları ilə yanaşı, “Məktəb-Valideyn fondları” yaradıldı. Bu məqsədlə, məktəb rəhbərliyi, müəllim və valideynlərdən ibarət komissiyalar təşkil olundu. Xüsusi möhürlənmiş və surquclanmış kitab açıldı. Bütün daxil olan köçürmələr kitaba yazıldı. Daxil olan və xərclənən vəsait komissiya üzvləri tərəfindən nəzarətə götürüldü.


Sonradan bu təcrübə naməlum səbəblərdən qüvvədən düşmüş oldu. İndi isə deyirik ki, valideyn-müəllim, valideyn-məktəb fəaliyyətinin düzgün qurulması ilə bağlı ictimai təşkilatların yaradılması nəzərdə tutulub. Hazırda yeni təşkilatın yaradılması ilə bağlı müzakirələr aparılır. Artıq müəyyən maraqlı təkliflər var. Yaxın gələcəkdə alternativ idarəetmə qurumu olacaq. Nə vaxta qədər biz işlək mexanizmi hazırlamadan qayda və qanunları təsdiq edəcəyik...? Tez-tez məktəblərdə valideynlərdən və şagirdlərdən pul yığılmasının qarşısının necə alınmasından danışırıq. 


Elə götürək, Bir də ki, "kağız pulu”, "KSQ, pulu, BSQ pulu”, "printer üçün katric pulu” yğılmasına səbəb olan böyüklü, kiçikli summativləri. Bunlar bizə çoxmu lazım idi... ? Əgər bir məktəbdə deyək ki, 1500-1700 şagird təhsil alırsa, məktəb üzrə 70-80 sinif komplektləşdirilibsə, bunlardan 50-60 sinfin şagirdləri kurrikulum tədris sistemi ilə təhsil alırsa, hər sinifdə 20-25 şagird varsa, summativləri keçirmək üçün nə qədər çap materialı və bunların çapı üçün nə qədər maddi vəsait tələb olunur? Görəsən heç maraqlanan olubmu ki, müəllimlər və məktəb rəhbərləri vəziyyətdən çıxış yolu tapmaq üçün hansı yollara və vasitələrə əl atırlar? İndi başlamışıq, hansısa siniflərdə, hansısa summativlərin ləğv olunmasından danışmağa.


 Beynəlxalq təhsil sisteminə inteqrasiya qaçılmazdır və heç kim bunun əleyhinə deyil. Bununla belə istənilən sistem nə qədər mütərəqqi olsa belə, ona ehkam kimi baxmaq olmaz, o ayrılıqda götürülən hər bir ölkə üçün etalon sayıla bilməz. Bu kimi məsələlər ölkənin sosial-iqtisadi vəziyyətinə, xalqın milli maraqlarına, kadr potensialına uyğunlaşdırılmalı bu məqsədlə müəyyən korektələr aparılmalıdır. Müəllimlərimiz və məktəb rəhbərləri bütün iş-güclərini atıb, bu summativləri keçirmək, nəyi nəyəsə vurub, nəyinsə üstünə gəlib, nəyinsə ədədi ortasını tapıb, nəsə bir yuvarlaq qiymət çıxarmaqla məşğuldurlar.


 Birdəfəlik razılaşmalıyıq ki, məktəb-valideyn münasibətlərinin bütün mexanizmləri işlək vəziyyətə gətiriləndə məktəb həyatı da bir vahid mexanizm kimi işləyər, təlim-tərbiyədə, şagirdlərin hərtərəfli inkişafında uğurlara və nailiyyətlərə gətirib çıxarar. Hansı tərəfdəsə ciddi çatışmazlıq olarsa, onda həm cəmiyyət, həm ailə, həm də məktəb problemlər qarşısında qalar, arzuolunmaz nəticələrə üzləşər. Axı, insanı yetişdirən, formalaşdıran ilk ocaq sayılan ailədən sonra məktəb və pedaqoji mühitdir və burada hər şey düzgün idarəçilikdən asılıdır. Heç də əbəs yerə deyil ki, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda da qeyd edilib kimi, təhsilin keyfiyyətinin dayanıqlı yüksəlişində maraqlı tərəflərin cəlb olunmasını təmin edən səmərəli idarəetmə mühüm rol oynayır. Gəlin, problemi təkrar-təkrar qaldırmaq əvəzinə, onun birdəfəlik aradan qaldırılması barədə düşünək, məbədgah saydığımız məktəbi, müqəddəs hesab etdiyimiz müəllimi bu dərəcədə dilə-dişə salmayaq. Şəffaf mexanizm lazımdırsa, hazırlayaq, valideyn-məktəb fəaliyyətinin düzgün qurulması ilə bağlı əlavə ictimai təşkilatların yaradılmasına ehtiyac varsa yaradaq, digər təkliflər olacaqsa, nəzərdən keçirək. Günü-günə satmayaq, çünki, “Məktəblərdə pul yığılır” ifadəsi, təkcə gələcəyimiz olan təhsilimizə deyil, bütövlükdə cəmiyyətimizə aşağılıq və utanclıq gətirir...




Загрузка...
Həmçinin oxuyun:
Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı – Nazirlik hərəkətə keçdi

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı – Nazirlik hərəkətə keçdi

"Həvəsləndirmə pulu 35 yaşa qədər verilməlidir əks təqdidrdə müəllimlər digər işlərə keçməli olurlar"

"Həvəsləndirmə pulu 35 yaşa qədər verilməlidir əks təqdidrdə müəllimlər digər işlərə keçməli olurlar"

Nadir İsrafilov: Burada hər şey düzgün idarəçilikdən asılıdır.

Nadir İsrafilov: Burada hər şey düzgün idarəçilikdən asılıdır.

Bakıda direktorlar iclasa başladı – Bir həftədir nə axtarırlar?

Bakıda direktorlar iclasa başladı – Bir həftədir nə axtarırlar?

“Məlum yenilik heç də dövlət təhsil müəssisələrinin pullu olması anlamına gəlmir”

“Məlum yenilik heç də dövlət təhsil müəssisələrinin pullu olması anlamına gəlmir”

Nadir İsrafilov: "İndi bir çoxları nədənsə valideyn-müəllim-şagird münasibətlərinə köhnəlmiş sovet düşüncəsi kimi baxır"

Nadir İsrafilov: "İndi bir çoxları nədənsə valideyn-müəllim-şagird münasibətlərinə köhnəlmiş sovet düşüncəsi kimi baxır"

Bakı Avropa Liseyindən şikayət gəldi: 100 manat fond pulu yığırlar - İDDİA

Bakı Avropa Liseyindən şikayət gəldi: 100 manat fond pulu yığırlar - İDDİA

5 Oktyabr...Müəllim nüfuzu...Thomas...

5 Oktyabr...Müəllim nüfuzu...Thomas...

Stol pulu 1-5, sinfi dəyişmək 200 manat: Azərbaycanda daha bir məktəb direktoru bazar açıb?

Stol pulu 1-5, sinfi dəyişmək 200 manat: Azərbaycanda daha bir məktəb direktoru bazar açıb?

Təhsil Nazirliyi valideynlərə müraciət etdi

Təhsil Nazirliyi valideynlərə müraciət etdi

Yeni Qiymətləndirmə Konsepsiyasının qəbul edilməsinə ehtiyac var...

Yeni Qiymətləndirmə Konsepsiyasının qəbul edilməsinə ehtiyac var...

Azərbaycanda bu məktəblərdə müəllimlər üçün pul yığılır - SİYAHI

Azərbaycanda bu məktəblərdə müəllimlər üçün pul yığılır - SİYAHI

KRİMİNAL HESABLAŞMA - Məktəbin direktoru cidd-cəhdlə hadisəni ört-basdır etməyə çalışır

KRİMİNAL HESABLAŞMA - Məktəbin direktoru cidd-cəhdlə hadisəni ört-basdır etməyə çalışır

Ümumtəhsil məktəbinin idarə olunması - Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsindən

Ümumtəhsil məktəbinin idarə olunması - Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsindən

Məktəblərdə valideyn komitələri valideyinlərdən 30-40 manat pul yığır? – Müəllimlər günü “həyəcanı”

Məktəblərdə valideyn komitələri valideyinlərdən 30-40 manat pul yığır? – Müəllimlər günü “həyəcanı”

Məktəblərdə Müəllimlər Günü ilə əlaqədar pul yığılır? - AÇIQLAMA

Məktəblərdə Müəllimlər Günü ilə əlaqədar pul yığılır? - AÇIQLAMA

Ağstafada 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə adlı tədbir keçirilib

Ağstafada 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə adlı tədbir keçirilib

Təhsil naziri müəllimləri təbrik edib

Təhsil naziri müəllimləri təbrik edib

Nazirlik xəbərdarlıq etdi – Bu müəllimlər işdən azad ediləcək

Nazirlik xəbərdarlıq etdi – Bu müəllimlər işdən azad ediləcək

Sumqayıtda müəllim 1-ci sinfə gedən uşağı döyüb — Valideyn şikayəti

Sumqayıtda müəllim 1-ci sinfə gedən uşağı döyüb — Valideyn şikayəti

Məktəbin, müəllimin müdafiəsinə qalxanı, dərhal məsxərəyə qoyuruq…

Məktəbin, müəllimin müdafiəsinə qalxanı, dərhal məsxərəyə qoyuruq…

I sinfə qəbul zamanı işıq pulu qəbzi tələb edilir

I sinfə qəbul zamanı işıq pulu qəbzi tələb edilir

Mənimsəməyə görə saxlanılan BSU-nun sabiq şöbə müdiri: “Aldığım pulun 6 800 manatını Nurlana Əliyevaya verdim”

Mənimsəməyə görə saxlanılan BSU-nun sabiq şöbə müdiri: “Aldığım pulun 6 800 manatını Nurlana Əliyevaya verdim”

Məktəblərdə ön partada oturmaq üçün şagirdlərdən 200 manat tələb edilir -RƏSMİ AÇIQLAMA

Məktəblərdə ön partada oturmaq üçün şagirdlərdən 200 manat tələb edilir -RƏSMİ AÇIQLAMA